Anar Süleymanov: Ermənistan beynəlxalq idman qurumları arasında özünü rüsvay etdi

Anar Süleymanov: Ermənistan beynəlxalq idman qurumları arasında özünü rüsvay etdiErmənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandallardan biri, "stilistik studiyanın" rəhbəri Aram Nikolyanın Azərbaycan bayrağını yandırması bir vətəndaş və idmançı kimi məni çox məyus etdi. Bu bayrağı uca tutmaq üçün biz idmançılar illərimizi fəda etmişik. Azərbaycanın igid əsgərləri isə canı və qanı bahasına üçrəngli bayrağımızı qoruyub və onun ucalığı, toxunulmazlığı yolunda minlərlə şəhid vermişik.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Kunq-fu Federasiyasının baş məşqçisi, idman eksperti Anar Süleymanov deyib.
Bildirib ki, bu hadisə Yerevanda rəsmi idman yarışı zamanı akkreditasiyadan keçmiş şəxs tərəfindən, həmçinin ölkənin baş nazirinin müavininin gözü qarşısında baş verib və bütün bunlar Ermənistanda hökm sürən hərc-mərclik və özbaşınalığın bariz göstəricisidr. Polis şöbəsindən sərbəst buraxılan A.Nikolyanın alqışlar və böyük coşğu ilə qarşılanması, onun "qəhrəman" kimi təqdim olunması Ermənistan cəmiyyətinin nə qədər çürük olmasının və azərbaycanlılara qarşı böyük nifrət bəslədiklərinin göstəricisidir. Bu təxribatdan sonra həmin şəxsin işdən azad edilməsi isə el dili ilə desək "gözdən pərdə asmaq"dan başqa bir şey deyil.
"Azərbaycan Respublikası Baş Prokurorluğunun bu məsələ ilə bağlı ciddi beynəlxalq addımlar atacağına inanırıq. Ümid edirik ki, tezliklə bu təxribatın təqsirkarları layiqli cavabını alacaq. Bayraq yandırmağı qəhrəmanlıq kimi dəyərləndirən Ermənistan cəmiyyəti anlamalıdır ki, bununla özlərini dünyada, ümumiyyətlə beynəlxalq idman qurumları arasında rüsvay etmiş oldular. Bayrağımızın Ermənistanda təhqir olunması təəccüblü deyil. Çünki Ermənistan cəmiyyətində Azərbaycana və onun vətəndaşlarına qarşı illərlə kök salmış nifrət ermənilərdə dərin iz buraxıb", - deyə A.Süleymanov əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1320   Tarix: 16 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib. "Report" xəbər verir ki, bu raundda üz-üzə gələcək bütün komandaların adlarına 1/16 finalın son oyunundan sonra aydınlıq gəlib. Bununla da turnirin 1/8 fina

4 iyul
.

Elvin Cəfərquliyev İngiltərə Premyer Liqasında?

"Qarabağ"ın və Azərbaycan millisinin cinah müdafiəçisi Elvin Cəfərquliyev sosial şəbəkə hesabında diqqətçəkən foto paylaşıb. Qaynarinfo xəbər verir ki, hazırda Ağdam təmsilçisinin heyətində Avstriyanın Zaltsburq şəhərində təlim-məşq toplanışında olan istedadlı futbolçu asudə vaxtında çəkilmi

30 iyun
.

Kamilo Duranın "Qarabağ"dan "Seltik"ə transferi rəsmən təsdiqləndi

"Qarabağ"ın kolumbiyalı hücumçusu Kamilo Duran "Seltik"ə transferini rəsmiləşdirmək üçün tibbi müayinədən keçməyə hazırlaşır. Qaynarinfo-nun BBC-yə istinadən xəbərinə görə, bu barədə Şotlandiya klubunun baş məşqçisi Martin O'Nill məlumat verib. BBC yazır ki, 24 yaşlı kolumbiyal

8 iyul
.

Orelyen Çuameni zədə səbəbindən Paraqvaya qarşı matçı buraxa bilər

Fransa yığmasının yarımmüdafiəçisi Orelyen Çuameni DÇ-2026-nın 1/8 finalında Paraqvay millisinə qarşı matçı buraxa bilər. "Report" "RMC Sport"a istinadən xəbər verir ki, oyunçu bud nahiyəsindəki zədə səbəbindən narahatlıq hiss edir. Futbolçunun 1/4 finala qədər bərpa olunacağı gözlənilir

4 iyul
.

DÇ-2026: 1/4 finalın bütün cütləri müəyyənləşdi

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib. Qaynarinfo xəbər verir ki, bu raundda üz-üzə gələcək bütün komandaların adlarına 1/8 finalın son oyunundan sonra aydınlıq gəlib. Bu mərhələdə aşağıdakı qarşılaşmala

8 iyul
.

Rafael Fiziyevin nokautla qələbəyə görə qazandığı məbləğ bəlli oldu

"UFC Fight Night Baku" turnirinin turnirinin bonus sahibləri müəyyənləşib. xəbər verir ki, "Gecənin performansı" bonusuna dörd döyüşçü layiq görülüb: Rafael Fiziyev, Asu Almabayev, Abdul Rahman Yahyayev və Daniil Donçenko. Onların hər biri 100 min ABŞ dolları məbləğində mükafat qazanıb

28 iyun
.

Mbappe dünya çempionatlarının tarixinə düşdü

Fransa millisinin hücumçusu Kilian Mbappe üç fərqli dünya çempionatının pley-off mərhələlərində ən azı üç qol vuran ilk futbolçu olub. bu barədə TASS agentliyinə istinadən xəbər verir. Mbappe DÇ-2026-nın 1/8 finalında Paraqvay yığması ilə matçın (1:0) 70-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirməkl

5 iyul
.

Ronaldo karyerasını bitirəcək? - Video

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo 2026-cı il Dünya Çempionatının karyerasındakı son mundial olduğunu rəsmən təsdiqləyib. "Qafqazinfo"nun xəbərinə görə, 41 yaşlı hücumçu Portuqaliyanın 1/8 final mərhələsində İspaniyaya məğlub olaraq turnirlə vidalaşmasından sonra gələcəyi il

7 iyul
.

Qurban Qurbanov: "Bir neçə gün vaxtımız olsaydı..."

"Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışı pis keçməyib. Qaynarinfo xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov klubun mətbuat xidmətinə açıqlamasında deyib. Mütəxəssis keçirdikləri iki yoxlama oyunu barəsində danışıb:. "Bu gün iki oyun keçirdik. "Xarkov"l

2 iyul