Qazaxıstanı təmsil edən MMA döyüşçüsü: "Atam bakılıdır, bir neçə dəfə orada olmuşam"
"Atam bakılıdır, bir neçə dəfə orada olmuşam".
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Qazaxıstanı təmsil edən MMA döyüşçüsü Rafail Abbasov Azərbaycanla bağlılığı haqqında danışarkən deyib.
32 yaşlı idmançı qohumlarının Bakıda yaşadıqlarını bildirib:
"Fürsət düşdükcə Azərbaycana gəlməyə, yaxınlarımıza baş çəkməyə çalışıram. Səhv etmirəmsə, sonuncu dəfə 2019-cu ildə orada olmuşam".
O, gələcəkdə beynəlxalq arenada Qazaxıstanla yanaşı, Azərbaycanı da təmsil etməyə hazır olduğunu bildirib:
"Amma hələlik ata vətənimdən bununla bağlı mənə təklif gəlməyib. Nə vaxt dəvət olsa, o zaman bu barədə danışa bilərik".
Abbasov son illər müxtəlif ölkələrin şərəfini qoruyan idmançıların Azərbaycan bayrağı altında döyüşmək istədiklərinə də toxunub:
"Azərbaycan hər zaman öz idmançılarını dəstəkləyir. Çoxları bunu bilir və Azərbaycanı təmsil etmək istəyirlər".
"Metis" ləqəbli idmançı bu adın ona yaxınları tərəfindən verildiyini söyləyib: "Mənası qarışıq qan deməkdir".
O, bəzi azərbaycanlı idmançılarla yaxşı münasibətlərinin olduğunu vurğulayıb:
"Çox yaxın olduğumuzu deyə bilmərəm. Amma Emil Novruzov və Kamran Şahsuvarlı kimi bir çox idmançı ilə daha isti münasibətlərim var".
Abbasov Azərbaycanın yüngül çəkidə UFC döyüşçüsü Rafael Fiziyevin Castin Geyci ilə döyüşünü izlədiyini bildirib:
"Fiziyevin karyerası hələ qabaqdadır. Geyci əbəs yerə ən yaxşı döyüşçülərdən biri deyil. Mənə elə gəlir ki, Fiziyev rəqibinə yalnız təcrübədə uduzdu".
Qeyd edək ki, Rafail Abbasov indiyədək peşəkar səviyyədə keçirdiyi dörd döyüşün hamısında qələbə qazanıb.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1412 Tarix: 17 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?
Azərbaycanda eşşəklərin sayı son illər sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Halbuki 2025-ci ildə bu göstərici 12 700 baş olub. Beləliklə, cəmi bir il ərzində eşşəklərin sayı 2 400 baş və ya təxminən 19 faiz azalıb
13 sentyabr"Mən və o ən yaxşı futbolçularıq" - Yamal
"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı
14 sentyabr"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
İsveçrənin "Bazel" klubu baş məşqçisi Stefan Lixtştaynerlə yollarını ayırıb. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna komandanın çempionatdakı uğursuz nəticələri səbəb olub. Çempionatda keçirilən 7 turdan və evdəki iki ardıcıl məğlubiyyətdən sonra rəhbərlik komandanın oyunund
11 sentyabrAzərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 3 idmançısı 1/4 finala vəsiqə qazanıb. Bu barədə -a Azərbaycan Boks Federasiyasından məlumat verilib. Sübhan Mamedov (50 kq) 1/8 finalda Emanuel Koça (Albaniya) ilə döyüşüb. Görüş 5:0 (30:27, 30:26, 30:27, 30:27
21 sentyabr"Şəfa" "İmişli"nin futbolçusu ilə güclənib
"İmişli" Vüsal Qənbərov ilə yollarını ayırıb. verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu "Şəfa" klubuna transfer olunub. Vüsal 2024-cü ildən "İmişli"nin uğurları üçün çalışıb. O, bölgə təmsilçisinin heyətində ümumilikdə keçirdiyi 47 oyund
14 sentyabrİnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub
İspaniyanın "Atletik" klubunun forvardı İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub. "Report" xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İdmançı millini təmsil etməkdən böyük qürur duyduğunu bildirib və bu müddətdə ona dəstək ola
12 sentyabr"Gəncə" Rizvan Səfərovla müqavilənin müddətini uzadıb
"Gəncə" basketbol komandası məşqçisi Rizvan Səfərovla müqavilənin müddətini uzadıb. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Mtəxəssislə sözləşmənin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub. Xatırladaq ki, Rizvan Səfərov 2024-cü ildən "Gəncə"də işləyir
11 sentyabr