"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam tanıyır və Azərbaycandan da bunu gözləyir" - Paşinyan
"Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tamamilə tanıyır və Ermənistan SSR-in bütün ərazisini Ermənistan Respublikası kimi tanımaqla Azərbaycanın da eyni addımı atmasını gözləyir".
Sonxeber.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Parlamentdə çıxışı zamanı deyib.
"Əgər iki ölkə bir-birinin ərazi bütövlüyünü qeyri-müəyyənliklər və tələlər olmadan tanısa və bir-birlərinə indi və ya heç vaxt ərazi iddiaları irəli sürməmək öhdəliyi götürsələr, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi reallaşar" ,- deyə Baş nazir bildirib.
Paşinyan xatırladıb ki, belə bir razılıq Azərbaycan prezidenti ilə 2022-ci il oktyabrın 6-da Praqada və 31 oktyabrda Soçidə keçirilən görüşlərdə əldə olunub.
"Bununla belə, həm İrəvandan, həm də Bakıdan qarşı tərəfi razılaşmalara əməl etməməkdə ittiham edən rəsmi bəyanatlar eşidilir. Bir daha demək istəyirəm ki, Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır və biz Ermənistan SSR-in bütün ərazisini Ermənistan Respublikası kimi tanımaqla Azərbaycanın da bunu edəcəyini gözləyirik", - deyə Paşinyan bildirib.
Paşinyan bildirib ki, Azərbaycanın Ermənistanın sülh müqaviləsi danışıqları zamanı Azərbaycanın ərazi bütövlüyünü tam tanımaqdan imtina etməsi ilə bağlı ittihamları həqiqətə uyğun deyil.
O bildirib ki, Ermənistan özü Ermənistan və Azərbaycan SSR-in SSRİ tərəfindən təsdiq edilmiş xəritələrinin iki ölkənin ərazi bütövlüyünün əsası kimi müqaviləyə əlavə edilməsini təklif edib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb