Mübahisə edən zaman siz kimsiz – tısbağa, yoxsa tülkü?
İnsanlar biri ilə mübahisə zamanı özlərini müxtəlif cür aparırlar. Bu da psixoloji durumlardan, xarakterdən asılı bir vəziyyətdir.
"Medicina" xəbər verir ki, psixoloqların fikrincə, 5 cür psixotip var: tısbağa, köpək balığı, bayquş, oyuncaq ayı və tülkü.
Tısbağa – belə insanlar münaqişə zamanı özlərinə qapanırlar.
Onlar öz məqsəd və prinsiplərindən əl çəkməyə, eləcə də rəqib üçün əlverişli mövqelərə çəkilməyə hazırdırlar. Nəticədə "tısbağa"ların tez – tez həll olunmamış mübahisələri olur və münasibətdəki problemlər aradan qalxmamış qalır.
Köpək balığı –belə adamlar son dərəcə aqressivdir. O, sanki, futbol meydançasında qapıçı kimidir. Nəyin bahasına olursa olsun, zorla belə o qapını qorumalıdırlar. O hücum edir, qorxudur, qadağan olunmuş hiylələrdən istifadə edir.
Oyuncaq ayı – bu tip insanlar nəyin bahasına olursa olsun, dünyanı qorumağa çalışırlar. Vəziyyəti hamarlaşdırır,tələbləri yumşaldır və hətta münasibətlər naminə özünü, məqsədlərini qurban verir. Onun vəzifəsi heç bir münaqişənin olmamasını təmin etməkdir.
Devid Consonun sözlərinə görə, adətən uşaqlıqda bu insanların hissləri böyüklər tərəfindən xüsusi diqqətdən kənarda qalıb, ola bilsin ki, onlara məhəl qoyulmayıb. Buna görə də onlar instinktiv olaraq ehtiyaclarını minimuma endirir.
Tülkü – bu insan tipi kompromis ustasıdır. Onun üslubu quyruğunu bükməkdir. Lakin bununla yanaşı, "tülkülər" güzəştə getməyi bacarırlar. Sonda hər iki tərəf üçün idealdan uzaq nəticələrə gətirib çıxarır.
Bayquş – belə insanlar üçün münaqişədə vəziyyət uzun müddət uzansa belə, bu münaqişənin həlli mütləqdir. Onlar məqsədlərinə çatmağa və münasibətləri pozmamağla yanaşı, münaqişənin həlli üçün müxtəlif variantlar axtarıb tapır və qarşı tərəfə təklif edirlər. Bu xeyli bir zaman alsa da "bayquş" lar dözməyə, səblə gözləməyə həmişə hazırdılar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava kəskin dəyişəcək, yağıntı intensivləşəcək
Müharibə davam edərkən ürəkağrıdan görüntü - VİDEO
Şəkər xəstələrinə balqabaq yemək olar?
"Bu necə ənənədir?" - Videoya baxanlar iki yerə bölündü
Hindistan prezidentinin davranışı sosial mediada müzakirə yaratdı - VİDEO
Bakıda məşhur klinikada pasiyentin başına oyun açdılar
Gənc qızın küçənin ortasında etdiyi rəqs tənqidlərə səbəb oldu - VİDEO
Aliment ödəməyən şəxsləri hansı cəzalar gözləyir? - AÇIQLAMA
Bu şəxslər Prezidentin fərdi təqaüdünü alacaq - Siyahı
"BakuBus" və "Bakı Taksi Xidməti" "Bakı Metropoliteni"nə BİRLƏŞDİRİLDİ
"Qızım müğənni olsa, atasının ürəyi PARTLAYAR"
Qızının istismar edildiyini öyrənən ana polis idarəsində dünyasını dəyişdi
Qazaxıstanlı idman müəliminin paylaşımı gündəm olub - VİDEO
Şakiradan futbolsevərlərə sürpriz: 2026 Dünya Kubokunun mahnısı açıqlandı
Əmisi tərəfindən cinsi istismar olunduğunu iddia edən qızla bağlı SON XƏBƏR