Ən yüksək balı toplayan abituriyentlər - FOTO
Məlum olduğu kimi, martın 12-də keçirilən buraxılış imtahanın nəticələri açıqlanıb.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, imtahanda 297.5 bal toplamaqla yüksək nəticə göstərən 4 abituriyent var:
Abışova Fidan Yusif qızı - Bakı şəhər Nəsimi rayon Texniki-humanitar liseyi;
Cəfərzadə Taliə Cavid qızı - Bakı şəhər Nəsimi rayon Texniki-humanitar liseyi;
Mürşüdlü Nəzrin Elxan qızı - Səbail rayon 160 nömrəli Klassik gimnaziya;
Quliyeva Ləman Sənan qızı - Sabunçu rayon 169 nömrəli orta məktəb.
Texniki-humanitar liseyin tələbəsi Taliə Cəfərzadə saytımıza açıqlamasında həkim olmaq istədiyini bildirib: "Bu 3 fəndən yüksək nəticəni müəlimlərimin sayəsində qazanmışam. Azərbaycan Tibb Universitetinə qəbul olmaq istəyirəm, arzum həkim olmaqdır".
Nəsimi rayon Texniki-humanitar liseyin məzunu Fidan Abışova isə hansı ixtisası seçəcəyini hələ müəyyənləşdirməyib.
Səbail rayon 160 nömrəli Klassik gimnaziyanın məzunu Nəzrin Mürşüdlü isə ayrıca müəllim yanına getmədiyini, məktəbdə hazırlaşdığını deyir: "Gələcəkdə sahə mühəndisliyi fakültəsində təhsil almaq istəyirəm. Amma hələ hansı universiteti seçməyimlə bağlı qərar verməmişəm".
Qeyd edək ki, bu buraxılış imtahanında 300 ballıq maksimum nəticə qeydə alınmayıb.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Gündə minimum addım sayı təyin edildi
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Qızılın qiymətində yeni göstəricilər
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video