Azərbaycana gələn əcnəbilərin sayı 50 %-ə yaxın artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 368,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 49,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Sonxeber.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Gələnlərin 32,3 faizi Rusiya Federasiyası, 21,5 faizi Türkiyə, 9,1 faizi İran, 5,6 faizi Gürcüstan, 4,2 faizi Hindistan, 2,7 faizi Pakistan, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Qazaxıstan, hər birindən 1,7 faiz olmaqla Səudiyyə Ərəbistanı və Özbəkistan, hər birindən 1,6 faiz olmaqla Ukrayna və Belarus, 1,4 faizi Küveyt, 1,3 faizi Türkmənistan, 10,8 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 76,9 faizini kişilər, 23,1 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 5,4 dəfə, Türkmənistandan - 4,2 dəfə, Özbəkistandan - 4,1 dəfə, Çindən - 3,6 dəfə, Belarusdan - 3,4 dəfə, Qazaxıstandan - 2,3 dəfə, Pakistandan - 2,0 dəfə, Rusiya Federasiyasından - 1,8 dəfə, İsraildən - 1,7 dəfə, ABŞ-dan - 1,5 dəfə, Gürcüstandan - 45,2 faiz, Böyük Britaniyadan - 40,6 faiz, Omandan - 38,5 faiz, Küveytdən - 32,4 faiz, Türkiyədən - 30,2 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 28,0 faiz artıb.
2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 151,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40,1 faiz artaraq 15,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,5 faiz artaraq 59,1 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 63,2 faizi hava, 35,3 faizi dəmir yolu və avtomobil, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Gündə minimum addım sayı təyin edildi
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Qızılın qiymətində yeni göstəricilər
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video