Messinin "Barselona"ya qayıtması üçün Çempionlar Liqası ilə bağlı şərt
Lionel Messinin "Barselona"ya qayıdıb-qayıtmamaq qərarında "Neqreyra işi"nin necə yekunlaşacağı böyük rol oynayacaq.
Argentinalı hücumçu Çempionlar Liqasında oynamaq istəyir. Bu səbəbdən "Barselona"nın turnirdə iştirakı onun üçün önəmlidir. Əgər klub cəzalandırılsa, Messi geri qayıtmayacaq.
Son zamanlar Kataloniya təmsilçisinin UEFA tərəfindən cəzalandırılmayacağı ilə bağlı xəbərlər var. Ancaq bunlar rəsmi deyil. Qitə futbol qurumu qərar vermək üçün araşdırmaların yekunlaşmasını gözləyir.
Xatırladaq ki, Barselona Prokurorluğu martın 10-da klubun eks-prezidenti Xosep Mariya Bartomeu və Kataloniya komandasına qarşı rəsmən ittiham irəli sürüb. Bartomeu İspaniya Kral Futbol Federasiyasının texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya pul ödəməkdə ittiham olunur. İddialara görə, 2016-2018-ci illərdə Kataloniya klubu Neqreyranın DASNIL 95 şirkətinə 1,4 milyon avro ödəyib.
İspaniyanın vergi orqanları "Barselona"nın Neqreyra ilə əlaqələrində korrupsiya faktı aşkar etməyiblər.
Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsi mövsümün sonuna qədərdir. 35 yaşlı futbolçunu Səudiyyə Ərəbistanı və ABŞ-dən sərfəli təklifləri olsa da, o, Avropada qalmaq və sabiq klubu "Barselona"ya qayıtmağı üstün tutur.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1313 Tarix: 22 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?
Azərbaycanda eşşəklərin sayı son illər sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Halbuki 2025-ci ildə bu göstərici 12 700 baş olub. Beləliklə, cəmi bir il ərzində eşşəklərin sayı 2 400 baş və ya təxminən 19 faiz azalıb
13 sentyabr"Mən və o ən yaxşı futbolçularıq" - Yamal
"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı
14 sentyabr"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
İsveçrənin "Bazel" klubu baş məşqçisi Stefan Lixtştaynerlə yollarını ayırıb. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna komandanın çempionatdakı uğursuz nəticələri səbəb olub. Çempionatda keçirilən 7 turdan və evdəki iki ardıcıl məğlubiyyətdən sonra rəhbərlik komandanın oyunund
11 sentyabrAzərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 3 idmançısı 1/4 finala vəsiqə qazanıb. Bu barədə -a Azərbaycan Boks Federasiyasından məlumat verilib. Sübhan Mamedov (50 kq) 1/8 finalda Emanuel Koça (Albaniya) ilə döyüşüb. Görüş 5:0 (30:27, 30:26, 30:27, 30:27
21 sentyabr"Şəfa" "İmişli"nin futbolçusu ilə güclənib
"İmişli" Vüsal Qənbərov ilə yollarını ayırıb. verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu "Şəfa" klubuna transfer olunub. Vüsal 2024-cü ildən "İmişli"nin uğurları üçün çalışıb. O, bölgə təmsilçisinin heyətində ümumilikdə keçirdiyi 47 oyund
14 sentyabrİnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub
İspaniyanın "Atletik" klubunun forvardı İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub. "Report" xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İdmançı millini təmsil etməkdən böyük qürur duyduğunu bildirib və bu müddətdə ona dəstək ola
12 sentyabr"Gəncə" Rizvan Səfərovla müqavilənin müddətini uzadıb
"Gəncə" basketbol komandası məşqçisi Rizvan Səfərovla müqavilənin müddətini uzadıb. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Mtəxəssislə sözləşmənin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub. Xatırladaq ki, Rizvan Səfərov 2024-cü ildən "Gəncə"də işləyir
11 sentyabr