"Müstəqil Azərbaycanın memarı" adlı elmi konfrans keçirilib
Bakı Dövlət Universiteti (BDU), Yeni Azərbaycan Partiyası (YAP) və Ankara Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfrans keçirilib.
Konfransdan əvvəl tədbir iştirakçıları Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Daha sonra "Gülüstan" sarayında beynəlxalq elmi konfransın açılışı olub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxışında bildirib ki, müasir, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin zəngin milli-mənəvi dəyərlərə və çoxəsrlik dövlətçilik ənənələrinə malik xalqımıza ən böyük tarixi və mənəvi-siyasi mirasıdır. Onun sözlərinə görə, həyata keçirilən uzaqgörən və məqsədyönlü siyasət nəticəsində sabitlik və təhlükəsizlik mühitinin yaradılması, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması və münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında inkişaf etdirilməsi, beynəlxalq təşkilatlarda yüksək fəallığın təmin olunması və digər mühüm addımlar müstəqilliyin möhkəmləndirilməsini, Azərbaycanın regionda rolunun artmasını, qlobal siyasi arenada imkanlarının genişlənməsini təmin etdi, ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevrildi. Qeyd edib ki, Ümummilli Liderin xalqın firavan gələcəyi və dövlətin parlaq perspektivləri naminə müstəsna xidmətlərindən biri də siyasi varisliyin təmin olunmasıdır.
Konfransda çıxış edən BDU-nun rektoru Elçin Babayev deyib ki, həyatının məqsədi, başlıca amalı Azərbaycanın müstəqilliyi, doğma xalqının xoşbəxtliyi olan Ulu Öndər bütün mənalı ömrünü bu məqsədə nail olunmasına sərf edib. Bildirib ki, Ümummilli Lider öz soy-kökünə, milli-mənəvi dəyərlərimizə söykənərək misilsiz xidmətlər göstərib, bu müqəddəs missiyanı uğurla, şərəflə, cəsarət və mərdliklə yerinə yetirib. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
Baş nazirin müavini, YAP sədrinin müavini Əli Əhmədov bildirib ki, bu gün Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri haqqında daha kamil ifadələri işlədə bilirik: "Çünki onun qurduğu Azərbaycan bu gün daha qüdrəti və güclü dövlət kimi beynəlxalq aləmdə öz sözünü deyə bilir. Bundan sonra da Azərbaycan dövləti beynəlxalq aləmdə güclü mövqeyini davam etdirəcək".
Elm və təhsil naziri Emin Əmrullayev isə çıxışında vurğulayıb ki, yüz illik dövrdə elm və təhsil adına əldə etdiyimiz dinamika məhz ötən əsrin 70-80-ci illərində qeydə alınıb: "Ulu Öndər Heydər Əliyevin 70-ci illərdə ali təhsillilərin sayının artırılmasında böyük rolu var. Məhz bu dövrdə Azərbaycanda elm və təhsil sahəsində geriyə dönüşü olmayan müsbət dinamikanın təməli qoyulub. Azərbaycan dilində tədris verən ümumi təhsil müəssisələrinin sayının artırılması və bu kimi irəliləyişlər məhz onun adı ilə bağlıdır. 1970-ci ildən başlayaraq 15 minə yaxın gəncin ölkədən kənarda təhsil almasının dəstəklənməsi məhz Heydər Əliyevin dövründə olub".
Milli Məclis sədrinin I müavini Əli Hüseynli qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan uğrunda mübarizədə yeri əvəzolunmazdır: "Ulu Öndər Heydər Əliyev dövlət müstəqilliyimizin əbədiliyini, Prezident İlham Əliyev isə Azərbaycanın ərazi bütövlüyünü təmin etdi".
Ankara Universitetinin prorektoru Hasan Serdar Öztürk isə Ulu Öndər Heydər Əliyevi "türk dünyasının ən böyük liderlərindən biri" adlandırıb və onun tarixi xidmətlərinin unudulmaz olduğunu deyib.
Qeyd edək ki, iki gün ərzində 3 bölmədə işini davam etdirəcək konfransda 110-dan çox məruzə dinləniləcək. Konfransın işində ölkəmizin müxtəlif qurumlarından olan alimlərlə yanaşı, Türkiyə və İsraildən də qonaqlar iştirak edirlər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Gündə minimum addım sayı təyin edildi
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Qızılın qiymətində yeni göstəricilər
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi
Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi