İçkili vəziyyətdə avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ - FOTO
İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən içkili vəziyyətdə avtoxuliqanlıq edən sürücü saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sonxeber.az-a verilən məlumata görə, rayon sakini Emil Mehbalıyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yollarda intizamsızlıq edərək avtoxuliqanlıq hərəkətləri edib və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub.
Həmin şəxs RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman onun sürücülük hüququ olmadan və içkili vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi məlum olub. Bundan əlavə, E.Mehbalıyevin müxtəlif vaxtlarda idarə etdiyi nəqliyyat vasitəsi ilə analoji qayda pozuntularına yol verdiyi və həmin qayda pozuntularının görüntülərini sosial şəbəkələrdə paylaşdığı da müəyyən edilib.
İmişli RPŞ-nin DYPB-də sürücü barəsində toplanmış materiallar baxılması üçün aidiyyatı üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Mehbalıyev 15 sutka inzibati qaydada həbs edilib.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 833 Tarix: 27 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səbuhi Əliyevə vəzifə verildi - Dosye
Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa
8 oktyabrMəktəbli forması şagirdlərdə kollektivə aidlik hissini də gücləndirə bilər
"Vahid məktəbli forması şagirdlərin davranışına və məktəbdə nizam-intizama təsir edən amillərdən biri hesab oluna bilər. Eyni geyim qaydasının tətbiqi şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, məktəbin daxili qaydalarına hörmətin artmasına və daha sistemli təhsil mühitinin yaranmasına şərai
9 oktyabrQəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı
Qəbələdə Yeni il şənliyi zamanı "Şaxta baba" obrazında olan şəxsi döyməkdə təqsirləndirilən "Fortuna Boutique Hotel"in sahibi Samir Abdullayev barəsində inzibati tənbeh tətbiq edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə qərarına əsasən, 1985-ci ildə Yevlax şəhərində anadan olan, al
8 oktyabrMəleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"nun məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşlı Mina yenicə oğul övladını dünyaya gətiribmiş. Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaş
8 oktyabrYollarda duman var - Sürücülərin nəzərinə!
Avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 10-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağ
10 oktyabr