Beynəlxalq Bankın məhkəməyə verdiyi şirkətlər kimindir?
Azərbaycan Beynəlxalq Bankı (ABB) iki şirkəti məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, ABB kredit müqaviləsi üzrə mübahisələrdən dolayı Bakı Kommersiya Məhkəməsində "Hikmət İnşaat" MMC və "Hikmət Aqro" MMC barəsində iddia qaldırıb. Bankın iddiası hakim Zaur Pirverdiyevin icraatındadır.
"Hikmət İnşaat" MMC 21 dekabr 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Landau küçəsi ev 6-da yerləşir. MMC-nin qanuni təmsilçisi Cəbrayılov Əlihüseyn Səfər oğludur.
21 fevral 2006-cı ildə 20 AZN-lik nizamnamə kapitalı ilə qeydiyyatdan keçən "Hikmət Aqro" MMC də "Hikmət İnşaat" MMC ilə eyni hüquqi ünvanda yerləşir. Şirkətin qanuni təmsilçisi isə Xəlilov İlham Salah oğludur.
Yasamal rayonu, Landau küçəsi, ev 6-da daha iki şirkət qeydiyyatdadır. Bunlardan biri "TNH" MMC-dir ki, onun da qanuni təmsilçisi Cəbrayılov Əlihüseyn Səfər oğludur.
Mediada yayılan məlumatlara görə, "TNH" MMC-nin təsisçiləri "Gilan" MMC və "Hikmət İnşaat" MMC-dir. "Gilan" MMC fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes imperiyasına daxil olan şirkət kimi tanınır. Bu halda "TNH" MMC, "Hikmət Aqro" MMC və "Hikmət İnşaat" MMC-nin də ona məxsus olduğuna şübhələr yaranır.
Yasamal rayonu Landau küçəsi, ev 6 "Astoriya Tibb Mərkəzi" MMC-nin də hüquqi ünvanıdır. MMC-nin qanuni təmsilçisi Əliyev İlham Əlisəftər oğludur.
İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkənidir. O, IV və V çağırış Milli Məclisin deputatı olub.
Beləliklə aydın olur ki, ABB-nin məhkəməyə verdiyi şirkətlər sıradan biznes subyektləri deyil.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1599 Tarix: 27 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səbuhi Əliyevə vəzifə verildi - Dosye
Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa
8 oktyabrMəktəbli forması şagirdlərdə kollektivə aidlik hissini də gücləndirə bilər
"Vahid məktəbli forması şagirdlərin davranışına və məktəbdə nizam-intizama təsir edən amillərdən biri hesab oluna bilər. Eyni geyim qaydasının tətbiqi şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, məktəbin daxili qaydalarına hörmətin artmasına və daha sistemli təhsil mühitinin yaranmasına şərai
9 oktyabrQəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı
Qəbələdə Yeni il şənliyi zamanı "Şaxta baba" obrazında olan şəxsi döyməkdə təqsirləndirilən "Fortuna Boutique Hotel"in sahibi Samir Abdullayev barəsində inzibati tənbeh tətbiq edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə qərarına əsasən, 1985-ci ildə Yevlax şəhərində anadan olan, al
8 oktyabrMəleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"nun məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşlı Mina yenicə oğul övladını dünyaya gətiribmiş. Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaş
8 oktyabrYollarda duman var - Sürücülərin nəzərinə!
Avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 10-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağ
10 oktyabr