Media nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirildi - FOTO
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Sonxeber.az xəbər verir ki, yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü münasibətilə sözügedən qurumların rəsmilərinin, media subyektlərinin rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyası zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bu gün media nümayəndələri ilə keçirilən ağacəkmə aksiyası zamanı hər kəsi bu aksiyalara qoşulmağa dəvət edib:
"Ümid edirik ki, bütün vətəndaşlarımız, təşkilatlar, qurumlar bu aksiyaya qoşulacaq və ölkəmiz, şəhərlərimiz daha yaşıl olacaq. Bu gün Elm və Təhsil Nazirliyinin əməkdaşlarının da iştirakı ilə bu ərazidə ağac əkmişik. İnanırıq ki, bura böyük bir bağ olacaq. Ümumilli liderimiz Heydər Əliyevə həsr olunmuş bu aksiyalar bir kampaniya kimi ilin əvvəlindən başlayıb və sonuna qədər də davam edəcək".
Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva qeyd edib ki, Müşfiqabadda bu vaxta qədər 300 hektara qədər ərazi yaşıllaşdırılıb:
"Müşfiqabadda bu ərazi müasir suvarma sistemi ilə təchiz olunub. Ərazidə formalaşan tullantı sularının təmizlənməsi prosesi həyata keçirilir və ağacların suvarılmasında istifadə olunur. Bu tədbir ulu öndər Heydər Əliyevin 100 illiyinin qeyd olunması çərçivəsində ölkənin bütün regionlarını əhatə edən tədbirlərdən biridir. Məqsədimiz bu il ərzində 3 milyon ağacın əkilməsidir. Bu günə qədər əkin kampaniyası çərçivəsində 1 milyondan çox ağac əkilib. Çox şadıq ki, bu mühüm işlərdə tək deyilik. Bütün nazirliklər, təşkilatlar, eləcə də media nümayəndələri bu prosesdə təmsil olunurlar".
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib ki, Azərbaycanda müstəqil mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır:
"Ulu Öndər həmişə jurnalist peşəsinə dərin hörmət bəsləyib, mətbuat işçiləri ilə yaxın təmasda olub. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamızda söz, fikir və məbuat azadlığı ilə bağlı konkret müddəalar əksini tapıb.
2002-ci ilin martında Azərbaycan jurnalistləri arasında keçirilmiş sorğu nəticəsində Heydər Əliyevin "Jurnalistlərin dostu" seçilməsi Ümummilli Liderin medianın inkişafına diqqət və qayğısının məntiqi nəticəsi olub.
Ümummilli liderimiz Heydər Əliyevin nurlu xatirəsi Azərbaycan mətbuatının tarixində, jurnalistlərin qəlbində əbədi yaşayacaq, Azərbaycan jurnalistləri Ulu Öndərimizi həmişə qədirbilənliklə anacaqlar".
"Şərq" qəzetinin təsisçisi Akif Aşırlı qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı keçirilən silsilə tədbirlər içərisində bu aksiyanın da xüsusi yeri var: "Heydər Əliyev təbiəti, ağacları sevirdi. Hətta belə bir məşhur deyimi var: "Kim ağac kəsərsə, elə bil mənim qolumu kəsib". İndi biz onun vəsiyyətinə əməl edərək qol kəsmirik, ağac əkirik".
Bu aksiyanı həmrəylik baxımından da yüksək qiymətləndirirəm. Burada müxtəlif cinahlarda çalışan media nümayəndələri var. Onları belə bir məqsəd üçün bir yerə toplamaq həmrəylik baxımından gözəl əməldir".
Mətbuat Şurasının sədri Rəşad Məcid qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi jurnalistlərlə artıq bir neçə dəfə ağacəkmə aksiya keçirib:
"Bu gün ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində böyük bir jurnalist ordusunun iştirakı ilə burada ağacəkmə aksiyasının keçirilməsi həm Ümummilli liderin xatirəsinə, həm də təbiətimizə böyük bir töhfədir. Buna görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təşkilatçılığına görə təşəkkürümüzü bildiririk".









Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Gündə minimum addım sayı təyin edildi
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Qızılın qiymətində yeni göstəricilər
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi
Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi