Qurban Qurbanov: "Əvəzolunmaz insan yoxdur"
"Həyatda, futbolda, məşqçilikdə və bütün sahələrdə əvəzolunmaz insan yoxdur".
Sonxeber.az xəbər verir ki, bunu "report"a müsahibəsində "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov digər azərbaycanlı məşqçilərin onun uğurlarını təkrarlamaq ehtimalına münasibət bildirərkən deyib.
51 yaşlı mütəxəssis ölkədə bacarıqlı və istəkli mütəxəssislərin olduğunu vurğulayıb:
"İnanın, bu barədə danışmaq mənim üçün çox ağırdır. Həmişə çalışmışam ki, üzərimə düşən vəzifəni daim layiqincə yerinə yetirim. Amma bizdən başqa bunları edəcək birisi yoxdur deyə bilmərəm. Ümumiyyətlə, futbol və idman karyerası elədir ki, hərənin öz dönəmi olur.
O gedir və daha sonra başqası gəlir. Mənədək və bizim dövrümüzdə də çox yaxşı baş məşqçilərimiz olub. İnanıram ki, bundan sonra daha yaxşı mütəxəssislər olacaq. Sadəcə, idman elə şeydir ki, burada uğur əldə edən simalar, fərdlər olur.
Şükürlər edirəm ki, bu, mənə də nəsib oldu və Azərbaycan reallığında nəticələr qazana bildik. Həmişə yerli məşqçilərimizin ön planda olmasını istəmişəm".
Qurbanov tanıdğı mütəxəssislərin istəkli olduğunu və əziyyət çəkdiklərini söyləyib:
"Hazırda "Turan Tovuz"da işləyən Ayxan Abbasov, "Qəbələ"dən Elmar Baxşıyev, "Zirə"dən Rəşad Sadıqov, Aftandil Hacıyev və "Kəpəz"dən Tərlan Əhmədovu misal göstərə bilərəm.
Bəlkə kimisə unutdum, xatırlamadım, üzrlü hesab etsinlər. Öz üzərlərində çalışan məşqçilər həddindən artıq çoxdur. Onların haqqında eşidirəm, məlumat da alıram. İstərdim ki, hər şeyi mənim üzərimdə qurmayaq".
Qurban Qurbanovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1209 Tarix: 27 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?
Azərbaycanda eşşəklərin sayı son illər sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Halbuki 2025-ci ildə bu göstərici 12 700 baş olub. Beləliklə, cəmi bir il ərzində eşşəklərin sayı 2 400 baş və ya təxminən 19 faiz azalıb
13 sentyabr"Mən və o ən yaxşı futbolçularıq" - Yamal
"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı
14 sentyabr"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
İsveçrənin "Bazel" klubu baş məşqçisi Stefan Lixtştaynerlə yollarını ayırıb. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna komandanın çempionatdakı uğursuz nəticələri səbəb olub. Çempionatda keçirilən 7 turdan və evdəki iki ardıcıl məğlubiyyətdən sonra rəhbərlik komandanın oyunund
11 sentyabrAzərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 3 idmançısı 1/4 finala vəsiqə qazanıb. Bu barədə -a Azərbaycan Boks Federasiyasından məlumat verilib. Sübhan Mamedov (50 kq) 1/8 finalda Emanuel Koça (Albaniya) ilə döyüşüb. Görüş 5:0 (30:27, 30:26, 30:27, 30:27
21 sentyabr"Şəfa" "İmişli"nin futbolçusu ilə güclənib
"İmişli" Vüsal Qənbərov ilə yollarını ayırıb. verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu "Şəfa" klubuna transfer olunub. Vüsal 2024-cü ildən "İmişli"nin uğurları üçün çalışıb. O, bölgə təmsilçisinin heyətində ümumilikdə keçirdiyi 47 oyund
14 sentyabrİnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub
İspaniyanın "Atletik" klubunun forvardı İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub. "Report" xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İdmançı millini təmsil etməkdən böyük qürur duyduğunu bildirib və bu müddətdə ona dəstək ola
12 sentyabr"Gəncə" Rizvan Səfərovla müqavilənin müddətini uzadıb
"Gəncə" basketbol komandası məşqçisi Rizvan Səfərovla müqavilənin müddətini uzadıb. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Mtəxəssislə sözləşmənin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub. Xatırladaq ki, Rizvan Səfərov 2024-cü ildən "Gəncə"də işləyir
11 sentyabr