Azərbaycanın ilk "Formula" pilotu: "Elə bilirəm ki, yarımçıq, tamamlanmamış bir işim qalıb"
"Azərbaycanın ilk və tək "Formula" pilotuyam".
Bunu azərbaycanlı idmançı Gülhüseyn Abdullayev "Report"a açıqlamasında bildirib.
"Formula-1" üzrə Azərbaycan Qran-prisini izləmək üçün Bakı trekində olan pilot əməkdaşımızla söhbətində karyerası ilə bağlı maraqlı məqamlara toxunub.
G.Abdullayev qeyd edib ki, hazırda məşqlərə fərdi şəkildə davam edir:
"Hesab edirəm ki, nə vaxtsa bir dəstək çıxsa, hazırlıqlı olum. Avtoidmanı sevirəm və hələ də elə bilirəm ki, yarımçıq, tamamlanmamış bir işim qalıb".
1997-ci ildə Bakıda doğulduğunu bildirən G.Abdullayev karyerasına 2006-cı ildə kartinq seriyasından başladığını və ilk dəfə Türkiyə çempionatında çıxış etdiyini deyib:
"Türkiyədə davamlı uğurlu çıxışım və çempionluğumdan sonra Azərbaycan Gənclər və İdman Nazirliyinin, eyni zamanda Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə "Formula" seriyalarına yüksələ bildim. 2016-17-ci illərdə "Formula-3", həmin illərdə eyni zamanda BƏƏ-də keçirilən "Formula Gulf" seriyasında, daha sonra 2018-ci ildə "Formula-4" seriyasında çıxış etdim. Hər üç seriyada fərqli nailiyyətlərim oldu".
Azərbaycanlı pilot vurğulayıb ki, səkkiz yaşından başladığı karyerasına hazırda davam edə bilmir, çünki maliyyə baxımından dəstək tapmaq çox çətindir:
"Uşaq yaşlarımdan atamla "Formula-1" yarışlarına baxa-baxa kartinqə həvəsim yarandı. Bundan sonra atam məni özümü yoxlamaq üçün kartinq mərkəzinə gətirdi. O zaman Azərbaycanda kartinq yarışları olmadığından atam qonşu ölkələrdə iştirak etməyim üçün çempionatlar axtarırdı. Həmin illərdə "Formula-1" yarışları artıq ikinci dəfə Türkiyədə keçirilirdi. Ona görə avtoidmana maraq da çox idi. Böyük bir şirkətin sponsorluğu altında kartinq çempionatı keçirilirdi və mən də bu çempionatın ilk mərhələsinə qatıldım. Yarışlarda beş ən yaxşı pilot kateqoriyasına qədər yüksəldim. Bundan sonra karyeram başladı".
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1318 Tarix: 29 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı
"Sabah" Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu gün paytaxt təmsilçisi 1-ci turda "Mançester Yunayted"in qonağı olacaq. "Old Trafford" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyun
10 sentyabrNaxçıvanda ilk Minifutbol Kuboku başa çatıb
Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan Minifutbol Kuboku üzrə iki aya yaxın davam edən mübarizəyə yekun vurulub. Final qarşılaşmasında "Cahan MFK"nı 6:5 hesabı ilə məğlub edən "Prestij MFK" turnirin ilk qalibi adını qazanıb. Sentyabrın 15-də Uzunoba Təlim-Məşq Bazasınd
16 sentyabr"Sabah" "Şəfa"ya qarşı
Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra
14 sentyabrMbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər
Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd
13 sentyabr"Mən və o ən yaxşı futbolçularıq" - Yamal
"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı
14 sentyabrAvropa Liqasında ilk turun oyunları başa çatdı
UEFA Avropa Liqasında əsas mərhələnin ilk turunun oyunları başa çatıb. İlk turda 9 qarşılaşma keçirilib. xarici mediaya istinadla xəbər verir ki, gecənin diqqətçəkən oyunlarından birində Türkiyənin "Beşiktaş" komandası İstanbulda Fransa təmsilçisi "Marsel"i qəbul edib. İstanbul təmsilçis
18 sentyabrFormula 1 altı illik fasilədən sonra İstanbula qayıdır - Tarix açıqlandı
Formula 1 yarışları altı illik fasilədən sonra yenidən İstanbulda keçiriləcək. Qaynarinfo xəbər verir ki, 2027-ci il FIA Formula 1 Dünya Çempionatının təqvimi açıqlanıb. Təqvimə əsasən, "Formula 1 Turkish Grand Prix" 1-3 oktyabr 2027-ci il tarixlərində TOSFED İstanbul Parkda təşkil olunacaq
17 sentyabrMert Günok Türkiyə millisindəki karyerasını başa vurub
"Fənərbağça"nın qapıçısı Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub. xəbər verir ki, 37 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Xatırladaq ki, Mert Günok 2012-ci ildən Türkiyə yığmasının formasını geyinib
18 sentyabr