Yer kürəsindəki ən böyük mağaraya 40 mərtəbəli göydələn asanlıqla yerləşərdi

Yer kürəsindəki ən böyük mağaraya 40 mərtəbəli göydələn asanlıqla yerləşərdiTədqiqatçıların ehtimalına görə, Vyetnamdakı Şondonq mağarasının yaşı 2 milyon ildən 5 milyon ilədək hesablanıb.

2009-cu ilədək bu yerlər gözdən iraq olaraq qalıb. Nəhayət Britaniya Mağara Tədqiqatçıları Assosiasiyasından olan alimlər qrupu Vyetnamda, qurumuş ağacların arxasında gizlənmiş Şondonq ("Hang Son Doong") mağarasını aşkarlaya biliblər.

Qeyd edək ki, bu maraqlı "nəhənglərin sığınacağı" ilk dəfə 1991-ci ildə yerli sakin Ho Khan tərəfindən aşkarlanıb. Lakin növbəti 18 il onu yerini axtarıb tapmaq mümkün olmayıb. Əvvəllər ən böyük mağara titulu Malayziyada "Maral" mağarasına məxsus idi. Lakin Şondonqun ölçüləri bundan əvvəlki rekordsmenin ölçülərini 5 dəfə üstələyir.

AZƏRTAC bu barədə xarici ölkə KİV-lərinə istinadla xəbər verir.

Tədqiqatçılar qeyd edirlər ki, Şondonq pliosen və ya gec miosen dövrünə, təqribən 2 milyon ildən 5 milyon ilədək bundan əvvələ gedib çıxır. Mağara sisteminin uzunluğu 5 kilometrə, "tavan"larının hündürlüyü isə təqribən 200 metrə çatır. Bu isə o deməkdir ki, onun içərisinə 40 mərtəbəli göydələn yerləşə bilər.

Şondonqun keçidləri 38,4 milyon kubmetr həcmə malikdir, onların uzunluğu isə təxminən 9 kilometr, eni isə 198 metr təşkil edir. Maraqlıdır ki, bu ölçülər "Boeing 747"nin mağaranın divarlarına toxunmadan düz uçmasına kifayət edər. Alimlər onu da qeyd edirlər ki, hətta nəhəng mağaraya giriş təsir bağışlayan ölçülərə - təxminən 50 metr hündürlüyə sahibdir.

Şondonqun içində sürətli çay axır. Görünür bu çay mağaranı yüz min illər ərzində formalaşdırıb. Yağışlar mövsümündə çay o qədər gur axır ki, nəhəng mağara sistemini əlçatmaz edir.

Daha bir görməli yer nəhəng stalaqmitlər (mağaraların dibində yuxarıdan tökülən damcılardan əmələ gələn əhəngli ərp) hesab olunur, onların hündürlüyü bəzən rekord 70 metrə çatır, ən böyüyü isə "İt əli" adlanır. Mağaranın kömür kimi qapqara keçidləri boyunca "işıqlı lyuk"lara bənzər böyük çuxurlar da maraqlı görünür. Bu, meşəyə mağaranın dərinliklərinə genişlənmək imkanı verib. Ehtimal olunur ki, iki vadidən kiçiyi olan "Dinozavrlardan ehtiyatlı olun" vadisi son yarım milyon il ərzində formalaşıb. Böyük vadi "Edem bağı" adlanır və 163 metr uzanır, bu çuxurlardakı ağacların hündürlüyü 30 metrə çatır.

Alimlər bu işıqlı çuxurlarda həyatın qaynadığını aşkarlayıblar: müxtəlif quşlar, ilan və meymunlar bu guşəni özləri üçün seçiblər. Bu növlərin çoxu yox olma təhlükəsinə məruz qalan növlərdir. Tədqiqatçılar onu da aşkar ediblər ki, Şondonqun alt yolları bir neçə növlər üçün – daha əvvəl elmə məlum olmayan məryəmqurdu və quşlar üçün yaşayış yeridir.

Qeyd edək ki, 2010-cu ildə "National Geographic" mağara sistemi xəritəsi yaradıb, bundan başqa virtual tur da əlçatandır. Bu səbəbdən arzu edən hər kəs Şondonqu gəzə bilər. Bununla belə alimlər əmindirlər ki, Yer kürəsinin ən böyük mağara sisteminin vur-tut 30 faizinin tədqiq edilməsinə nail olunub.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1690   Tarix: 30 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Süni intellektin təhlükəli potensialı ilə bağlı xəbərdarlıq: Viruslar yarada bilir?

"Anthropic", "OpenAI", "Google DeepMind" şirkətləri və Böyük Britaniyanın Süni İntellekt Təhlükəsizliyi İnstitutunun (AISI) əməkdaşları süni intellekt modellərin sürətli inkişafı səbəbindən güclü psixoloji təzyiq və stres yaşadıqlarını bildirirlər. FT-yə istinadən xəbə

23 sentyabr
.

Maqnitlə işləyən soyuducu - qazsız soyudur

Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori

22 sentyabr
.

Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır

Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri

19 sentyabr
.

Bəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?

Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları

20 sentyabr
.

Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər: aktiv edin

Müasir smartfonlar yalnız zəng etmək və mesaj göndərmək üçün nəzərdə tutulmayıb. Təhlükəli vəziyyətdə bu cihazlar təcili xidmətlərlə əlaqə saxlaya, istifadəçinin yerini ötürə, yaxınlarını məlumatlandıra və mümkün təhlükə barədə xəbərdarlıq edə bilər. xarici mediaya istinadla xəbər verir ki, "Popula

22 sentyabr
.

Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər

Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən

20 sentyabr
.

Britaniyalı qadın səhərlər gəzməyə başladı və gözlənilməz bir kəşf etdi

Britaniyalı jurnalist Elis Porter hər gün səhər işdən əvvəl gəzintiyə çıxmaq qərarına gəlib və gözlənilməz bir kəşf edib. -ın xəbərinə görə, o, öz təcrübəsinin nəticələrini "Fit and Well" nəşri ilə bölüşüb. Elis Porterin sözlərinə görə, uzun müddət səhərlər məhz qəhvə sayəsində özünü gümra

23 sentyabr
.

Sinqapurda ictimai nəqliyyatda yeni qadağalar: Cərimələr 4 min dollara çatır

Sinqapur hökuməti avtobuslarda ictimai asayişin pozulmasına görə təxminən 400 dollar məbləğində cərimə tətbiq edir. xəbər verir ki, bu barədə Sinqapurun Yerüstü Nəqliyyat İdarəsinin dərc etdiyi məlumatda bildirilir. Yeni qaydalar sentyabrın 23-dən qüvvəyə minəcək. Bildirilir ki, ictimai nəqliyyatda yüksə

23 sentyabr
.

Dişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət

"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir". xəbər verir ki, bunu -ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib. Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onları

21 sentyabr