Albert Eynşteyn: "İdeal məktəb necə olmalıdır?"

Albert Eynşteyn: "İdeal məktəb necə olmalıdır?"1931-ci ildə Amerikada ölkənin ali təhsil sisteminin 300 illiyi qeyd olunurdu.

Dahi fizik, Nobel mükafatı laureatı Albert Eynşteyn Nyu-York Universitetinin tələbələri qarşısında çıxış edib və mükəmməl məktəbin necə görünməli olduğu barədə düşüncələrini paylaşıb.

Düşünməyi öyrədin

A.Eynşteynin fikrincə, məktəbin əsas məqsədinin yeni nəslə maksimum bilik həcmini çatdırmaq olduğunu düşünmək zərərlidir. "Bilik ölüdür, məktəb yaşayanlar üçün işləyir", - deyə alim qeyd edib. Müəllimlər uşaqlarda cəmiyyətin daha yaxşı olmasına kömək edəcək keyfiyyətləri inkişaf etdirməlidirlər, lakin eyni zamanda hər bir şagirdin fərdiliyini də unutmamalıdırlar. Hər kəsi vahid standarta uyğunlaşdırmaq səyləri insanları orijinallıqlarından məhrum edir, ölkə isə bundan yoxsullaşır. Buna görə də məktəbin müstəqil düşünə və hərəkət edə bilən insanları yetişdirməsi lazımdır.

Praktikada öyrədin

Eynşteyn əmindir ki, şəxsiyyəti uzun sürən mənəvi təlimlər vasitəsilə formalaşdırmaq mümkün deyil - dərhal praktik fəaliyyətə, aktiv hərəkətlərə keçmək lazımdır.
Onun sözlərinə görə, bu, inşa üzərində iş, tapşırıqların həlli ilə və ya idmanla məşğul olmaq üçün eyni dərəcədə ədalətlidir.

Məcburiyyətdən imtina edin

Məktəb qorxutma və məcburiyyət kimi metodlardan imtina etməlidir. A.Eynşteynin izah etdiyi kimi, "bu cür münasibət uşağın sağlam hisslərini, səmimiyyətini və özünə inamını məhv edir". Məktəbi bu "pisliklərin ən pisi"ndən qurtarmaq kifayət qədər sadədir: əsas odur ki, müəllimlərin ixtiyarında mümkün qədər az zorakılıq tədbiri olsun. O zaman şagirdin müəlliminə hörmətli münasibətinin yeganə səbəbi onun insani və peşə keyfiyyətləri olacaq.

Motivasiyanı izləyin

Motivasiya həm yaradıcı, həm də dağıdıcı güc ola bilər, buna görə də onu diqqətlə izləmək lazımdır. Hamı tərəfindən bəyənilmək və qəbul olunmaq istəyi sağlam bir səbəbdir, lakin bizim sinif yoldaşlarımızdan daha yaxşı, daha güclü və ağıllı olduğumuzu sübut etmək istəyi tez bir zamanda həm ayrı-ayrı insan, həm də cəmiyyət üçün zərərli olan eqoizmə səbəb olur.

Uşaqlara təhsil prosesindən zövq almağı öyrədin

Məktəbdə oxumaq və gələcəkdəki işlərdən aldığımız əsas motiv, Eynşteynə görə, bizim zəhmətimizdən, onun nəticələrindən və onların cəmiyyət üçün dəyərini dərk etməkdən əldə etdiyimiz zövqdür.
Buna görə müəllimlərin əsas vəzifəsi şagirdlərə "psixoloji təməl"lə kömək etmək, onlarda oyun sevgisi ilə bilik və bacarıqlar arzusunu oyatmaqdır. Əgər məktəb hər şeyi düzgün edərsə, heç kim ev tapşırıqlarından əziyyət çəkməz.

Müəllimlərə azadlıq verin

Müəllim uşaqlarla işləmək formalarını və onlara çatdırmaq istədiyi materialları sərbəst seçməlidir. Eynşteyn vurğulayır ki, çox vaxt müəllimlər də məhz daimi məhdudiyyətlərə və təzyiqlərə görə işlərindən sevinmirlər.

Fənlər haqqında narahat olmayın

Eynşteyn bildirir ki, hansı təhsilin- humanitar və ya texniki cəhətdən daha zəruri olması məsələsi düşünüldüyü qədər vacib deyil. "Əgər yeniyetmə gimnastika dərsləri və idman gəzintiləri sayəsində öz əzələlərini təlim etdirib dözümlülüyünü artırıbsa, sonralar hər hansı fiziki işin öhdəsindən gələcək", - deyə alim bildirib. Onun fikrincə, eyni şey zəka məşqlərinə də aiddir. Həqiqətən, təhsil - məktəbdə bütün öyrəndiklərimizi unutduğumuzda geridə qalanlardır.

Tehsil.biz


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2157   Tarix: 30 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Romantik şəxsiyyət TESTİ: Bir çiçək ideal ikinci yarınızı aşkarlayacaq

Sevgi tərzinizi kəşf etmək üçün səkkiz çiçəkdən birini seçin. Hər kəsin öz ideal partnyoru var. Bəziləri səxavətli jestlər və gözəl görüş gözləyir, bəziləri isə dinc ev mühitinə üstünlük verir. bildirir ki, bu təəccüblü dərəcədə dəqiq romantika testi, münasibətdən nə istədiyinizi və çiçək seçimləriniz

15 noyabr
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

12 noyabr
.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

8 noyabr
.

Xurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?

Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v

15 noyabr
.

Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər

İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy

14 noyabr
.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

7 noyabr
.

İnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth

15 noyabr
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

7 noyabr
.

Dünyada sahili olmayan yeganə dəniz

Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur

14 noyabr