Millət vəkili: Lənkəranın Sütəmurdov kəndindən keçən magistral yol Stalinqrad döyüşünü xatırladır
"Bu gün fəxr edirik ki, Azərbaycanda böyük işlər görülür. Azərbaycanın avtomobil yolları da dünyada birincilər sırasındadır. Lakin Lənkəranın Sütəmurdov kəndindən keçən magistral yol Stalinqrad döyüşünü xatırladır".
Sonxeber.az-ın xəbərinə görə, bunu bu gün Milli Məclisin iclasında deputat Rüfət Quliyev bildirib.
Rüfət Quliyevin sözlərinə görə, ayda bir neçə dəfə o yolda qəzalardan tələfatlar olur: "Mən dəfələrlə xahiş etmişəm ki, radarlar qoyulsun. Düzdür, yola işıqforlar qoyublar. Amma yenə də yolda avtomobillər sürətlə sürülür, qəzalar olur. Bir həftə əvvəl də orada iki uşağı avtomobil vurub, reanimasiyadadır. Bu problemlə bağlı Lənkəran Şəhər Polis İdarəsinin rəisinə də müraciət etmişəm, kömək edir. Ancaq radar olmasa, insanların yenə qəzaya düşməsi davam edəcək. Bu gün yəqin ki, daxili işlər nazirinə də məktub yazacam ki, o yola radar qoyulsun, insanların canı qurtarsın".
Deputat mənzil tikintisi zamanı fırıldaqla məşğul olan şirkətlər barədə də danışıb: "Onlardan biri Bakı İnşaat MMC-dir. İnsanların pullarını alıblar, 4-5 aydır, mənzillərin təhvil verilməsini gecikdirirlər. Bu şirkətin rəhbəri Zahir Əsgərovdur. Mənim köməkçim onunla əlaqə saxlamaq istəyir, yayınır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 754 Tarix: 02 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
AMEA-nın Rəyasət Heyəti ləğv edilir
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ləğv edilir və qurumun idarəetmə strukturu tamamilə yenidən formalaşdırılacaq. -a istinadən xəbər verir ki, bu qərarı doğuran əsas səbəb dünyada analoji modelin faktiki olaraq tətbiq edilməməsi və elmi idarəetmənin fərqli mexanizmlər üzərindən qurulmasıdır
27 fevralMartda 17 gün iş olmayacaq
Mart ayında qeyri-iş günlərinin sayı məlum olub. Qaynarinfo verir ki, gələn ay Azərbaycanda üç bayram qeyd olunacaq. Belə ki, martın 8-i Beynəlxalq Qadınlar Günü, martın 20-21-də isə Ramazan və Novruz bayramları qeyd olunacaq. Bu bayramlarla və şənbə-bazar günləri ilə bağlı martda 17 gün iş olmayacaq
28 fevralTolik canlı yayımda vidalaşdı
Aparıcı Tarix Əliyev (Tolik) bu gün tamaşaçıları ilə canlı yayımda sağollaşıb. Axşam.az xəbər verir ki, Tolik öz ərizəsi ilə işdən uzaqlaşdığını deyib:. "Televiziyada yox, sosial şəbəkədə etdiyim səhvə görə rəhbərliyin, işçilərin haqqına girəcəyəmsə, vicdanım sızlayar. Bir ildən artıqdır ki, "Spac
27 fevralBakıda bu şəxslərin binaları TƏMİR OLUNACAQ
Bakı şəhərində keçmiş məcburi köçkünlərin yaşadığı binalarda cari təmir işləri görüləcək. -in Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə Olan Müəssisələr Müdiriyyətindən əldə etdiyi məlumata görə, layihənin ehtimal olunan dəyəri 431 179,08 manat təşkil edəcək. Qeyd edə
27 fevralPensiya, müavinət və sosial yardımla bağlı ŞAD XƏBƏR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün fevral ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib. Nazirlikdən -ə verilən məlumata görə, Fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb. Bundan əvvəl fevralın 13-d
27 fevralƏrini və oğlunu itirən Raya ana 34 il sonra Xocalıda - Foto
Həm oğlunu, həm də həyat yoldaşını Vətən yolunda itirən Raya Əbdülova üçün azad olunan torpaqlara qayıdış sevinc və kədərin bir arada yaşandığı unudulmaz günə çevrilib. "Qafqazinfo"ya danışan 66 yaşlı Raya xanım hazırda Xocalı şəhərində, öz evində övladları və nəvələri ilə birlikdə yaşayır
26 fevral