Deputatlar televiziyaların fəaliyyətini tənqid ediblər: "Tamaşaçıların sayı ən azı 10 dəfə azalıb"
"Düşünürəm ki, media siyasətinə, bir sıra televiziyalarımızın fəaliyyətinə yenidən baxmalıyıq. Televiziyanın funksiyası yalnız insanları əyləndirmək deyil, eyni zamanda, maarifləndirməkdir. İnsanlarımızın bizə ən çox narazılıqlarının biri də bununla bağlıdır. O baxımdan televiziyalarımız maarifləndirmə proqramlarına daha geniş yer verməlidirlər".
Sonxeber.az-ın xəbərinə görə, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.
"Anlayıram ki, televiziyalar xərclərini ödəmək üçün əyləncə verilişlərinə daha çox üstünlük verirlər. Ancaq onlar milli-mənəvi dəyərlərimizin aşınmasına, ailə dəyərlərimizin sarsıdılmasına səbəb ola biləcək verilişlərdən çəkinməlidirlər. Biz mənəviyyatımızı zədələyən, ailə sütununu zəiflədən verilişlərdən imtina etməliyik, əsas üstünlüyü maarifləndirici verilişlərə verməliyik", - deputat bildirib.
C.Məmmədov qeyd edib ki, ənənəvi media sosial şəbəkələrlə rəqabətdə uduzur:
"İnsanların çoxu sosial şəbəkələri izləyir. Sosial media siyasətimizə də yenidən baxmalı, bu istiqamətdə də fəal iş aparmalıyıq. Biz informasiyaları elə təqdim etməliyik ki, insanlar ona baxsınlar. Bəzən televiziyada bir verilişə min adam baxırsa, sosial mediada milyonlarla insan baxır".
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı isə bildirib ki, bu gün televiziya kanalları cəmiyyəti pozan verilişlər yayımlayır.
O söyləyib ki, televiziyalar milli mentalitetimizə uyğun olmayan verilişlər verirlər: "Bu verilişlər milləti millət olmaqdan çıxarır. Hər şey millətin mədəniyyətinə uyğun olmalıdır, xalqın dövlətin, gələcəyini düşünməlidir. Aktyorlar, başqaları çıxırlar efirə yarı Azərbaycan, yarı rus dilində danışırlar. Onlar kim imkan verir ki, xalqa belə müraciət edirlər?! Bu məsələlərə diqqət artırılmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 967 Tarix: 02 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur
Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur. Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfran
9 oktyabrSəbuhi Əliyevə vəzifə verildi - Dosye
Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa
8 oktyabrHadrutun işğaldan azad olunmasından 6 il ötür
Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind
9 oktyabrVahid məktəbli forması ayrı-seçkiliyin qarşısını alır - AÇIQLAMA
"Məktəblərdə vahid geyim formasının tətbiqi yalnız vizual tələb deyil, həm də təhsilin dünyəvilik prinsipi və sosial bərabərlik məsələsidir. Məktəb uşaqların sosial statusundan, ailələrinin maddi imkanlarından və ya dini mənsubiyyətindən asılı olmayaraq hər bir şagirdin özünü bərabər hiss etməl
9 oktyabrMəktəbli forması ilə bağlı monitorinqlər keçirilir: Məqsəd nədir?
Məktəblərdə vahid geyim formalarına dair monitorinqlərin keçirilməsi müəyyən edilmiş qaydalara əməl olunmasına nəzarət baxımından əhəmiyyətlidir. xəbər verir ki, məktəbli forması şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını almağa, bərabərliyin qorunmasına və nizam-intizamın gücləndirilməsin
9 oktyabrCəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
Cəbrayılda Dağmaşanlı kəndi ərazisində ikinci mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonu ərazisində baş verən partlayış zamanı xəsarət alan 1966-c
9 oktyabr