Yeddi yaşlı Fəridin atası bəzi DETALLARI açıqladı: "Məşqçi az qalıb ki, arvadıma da əl qaldırsın"

Yeddi yaşlı Fəridin atası bəzi DETALLARI açıqladı: "Məşqçi az qalıb ki, arvadıma da əl qaldırsın""Fəridin döyülməsi ilə bağlı videonu dünən gördüm. Həqiqətən də, dəhşətə gəldim və görüntülər mənə çox təsir etdi. Müəllim kimdir axı, uşağıma əl qaldırsın?.."

Bu fikirləri News24.az-a açıqlamasında yeddi yaşlı Fərid Bakarovun atası Eyvaz Bakarov deyib. O, açıqlamasında bəzi detalları qeyd edib:

"Mehman istəyirdi ki, Fərid tələbəsi kimi yarışlarda yüksək yer tutsun və onun adını qaldırsın. Üç-dörd ay olardı ki, onunla məşğul olurdu. Əvvəllər onların videolarını görmüşdüm və hər şey normal idi. Bu videonu gördükdə dəhşətə gəldim. Yeddi yaşlı uşağın nə canı var?! Əgər narazı idisə, deyərdi ki, gətirməyin. Uşağım bir gün sonra yarışa çıxmalı idi. Hadisə baş verən gün anası da orada olub, mən işdə olmuşam. Məşq zalında səs-küy olub, anası səs-küyü eşidib, iki dəfə içəri keçib. Amma məşqçi az qalıb ki, anasına da əl qaldırsın. Deyib ki, "qız kimi böyütmə". Məşqdən sonra Fərid çox halsız olub. Hətta uşaq altını isladıb".
Fəridin atası video ilə bağlı da bəzi faktları qeyd edib:

"Video təmiz çəkilməyib, amma 99 faiz həmin zaldır. Ziyadla Fərid eyni köynəkdə olanlardır. Orada vəhşicəsinə Fəridin və digər uşağın saçından tutub qaldırıb və dəfələrlə zərbələr endirib. Bu, insanlıq deyil, heyvanlıqdır, vəhşilikdir! Ondan qabaq da uşaq döyülmüşdü, çünki uşağı oraya gətirəndə halsız idi. Mən axıra qədər bu işin arxasınca gedəcəyəm. Fikirləşməsinlər ki, azad olub, çıxacaq. Ona ən ağır cəzanın verilməsini istəyirəm. Əlaqədar qurumlardan, hüquq-mühafizə orqanlarından mənə köməklik göstərilməsini xahiş edirəm".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4403   Tarix: 02 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur

Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur. Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfran

9 oktyabr
.

Səbuhi Əliyevə vəzifə verildi - Dosye

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa

8 oktyabr
.

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind

9 oktyabr
.

Vahid məktəbli forması ayrı-seçkiliyin qarşısını alır - AÇIQLAMA

"Məktəblərdə vahid geyim formasının tətbiqi yalnız vizual tələb deyil, həm də təhsilin dünyəvilik prinsipi və sosial bərabərlik məsələsidir. Məktəb uşaqların sosial statusundan, ailələrinin maddi imkanlarından və ya dini mənsubiyyətindən asılı olmayaraq hər bir şagirdin özünü bərabər hiss etməl

9 oktyabr
.

Məktəbli forması ilə bağlı monitorinqlər keçirilir: Məqsəd nədir?

Məktəblərdə vahid geyim formalarına dair monitorinqlərin keçirilməsi müəyyən edilmiş qaydalara əməl olunmasına nəzarət baxımından əhəmiyyətlidir. xəbər verir ki, məktəbli forması şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını almağa, bərabərliyin qorunmasına və nizam-intizamın gücləndirilməsin

9 oktyabr
.

Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı

Cəbrayılda Dağmaşanlı kəndi ərazisində ikinci mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonu ərazisində baş verən partlayış zamanı xəsarət alan 1966-c

9 oktyabr
.

Ramin Məmmədov: "Məqsədimiz tarixini anlayan və dövlətinin nailiyyətlərini dərk edən vətəndaş yetişdirməkdir"

"Milli-mənəvi dəyərlər yalnız keçmişdən miras qalan irs deyil, həm də dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdən biridir". BİG.AZ xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusund

9 oktyabr
.

Son istifadə tarixinə 2-3 ay qalan məhsulları almaq olarmı? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Supermarketlərdə alıcıların diqqətini cəlb edən endirimlər arasında son istifadə tarixinə iki-üç ay qalmış ərzaq məhsulları da var. Qiymətlərin aşağı salınması istehlakçılara daha sərfəli alış-veriş imkanı yaratsa da, belə məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı suallar ortaya çıxır. Xüsusil

9 oktyabr
.

"Grafinya"nın sahibi ondan şikayət edən qonşuya cinayət işi açdırmaq istədi - Rədd edildi

Oğuz rayonu, Kərimli kəndində yerləşən "Grafinya" ailəvi istirahət mərkəzinin rəhbəri İlham Cəfərov qonşusuna qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, İlham Cəfərov qonşusunun uzun müddət ərzində onun və rəhbərlik etdiy

8 oktyabr