Məşhur Hollivud ulduzuna xaş yedizdirən azərbaycanlı kim idi?
Hollivudun ən məşhur ulduzlarından biri, dünya şöhrətli Robert De Nironun Şən və Hazırcavablar Klubunun rəhbəri Anar Məmmədxanlı ilə xaş yediyini bilirdiniz?
Lent.az bu barədə maraqlı məlumatı təqdim edir.
2000-ci illərin əvvəllərində Robert De Niro Moskvaya qonaq gəlib. Həmin vaxt Moskvada səfərdə olan Anar Məmmədxanlı dostları vasitəsilə bir məclisdə Robert De Niro ilə tanış olur. Həmin gecə onlar arasında xoş münasibət yaranır. Səhərə qədər yeyib-içən məclis üzvlərinin çoxu masa başında mürgüləyir. Bircə Robert Ne Niro ilə Anar Məmmədxanlı oyaq qalırlar. Onlar sübh tezdən şəhəri gəzməyə çıxırlar. Yolda Hollivud ulduzu soruşur: "Bakıda bu vaxtlar nə edirlər, səhərlər insanların əsas məşğuliyyəti nə olur?"
Anar zarafatla cavab verir ki, bu vaxt ancaq xaş yeyirlər. Ulduz xaşın nə olduğunu soruşur, Anar da başa salır. O xaş yemək istədiyini bildirir.
Anar səhər tezdən bütün tanışlarına zəng vurub, harada xaş yeyə biləcəklərini soruşur. Nəhayət Bakı yəhudilərinin xaş bişirdiyi balaca bir kafe tapırlar.
Kafe gözlənilənin əksinə lüks yer olmayıb. Zirzəmidə yerləşən sadə bir yeməkxanaya giriblər.
Anar qonağı ilə xaşxanaya daxil olanda heç kim Hollivud ulduzunu tanımayıb. Onunla görüşüblər, "sənin qonağın bizim də qardaşımızdır" deyirlər. Lakin qonaqlarının dünya şöhrətli aktyor olduğunu biləndə onlardan birinin həyəcandan ürəyi gedib. Anarın təbiri ilə desək, yağlı, sarımsaqlı dodaqları ilə Roberti öpməyə başalyırlar.
Həmin gün o balaca yeməkxanadakı məclis Robert De Nironun o qədər xoşuna gəlib ki, onlar səhər saat 6-da getdikləri xaş məclisindən ayağa qalxanda axşam saat 6 imiş.

Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1712 Tarix: 02 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maqnitlə işləyən soyuducu - qazsız soyudur
Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori
22 sentyabrAyaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri
19 sentyabrBəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?
Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları
20 sentyabrTelefonun bu funksiyaları həyatınızı xilas edə bilər: aktiv edin
Müasir smartfonlar yalnız zəng etmək və mesaj göndərmək üçün nəzərdə tutulmayıb. Təhlükəli vəziyyətdə bu cihazlar təcili xidmətlərlə əlaqə saxlaya, istifadəçinin yerini ötürə, yaxınlarını məlumatlandıra və mümkün təhlükə barədə xəbərdarlıq edə bilər. xarici mediaya istinadla xəbər verir ki, "Popula
22 sentyabrGecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən
20 sentyabrBritaniyalı qadın səhərlər gəzməyə başladı və gözlənilməz bir kəşf etdi
Britaniyalı jurnalist Elis Porter hər gün səhər işdən əvvəl gəzintiyə çıxmaq qərarına gəlib və gözlənilməz bir kəşf edib. -ın xəbərinə görə, o, öz təcrübəsinin nəticələrini "Fit and Well" nəşri ilə bölüşüb. Elis Porterin sözlərinə görə, uzun müddət səhərlər məhz qəhvə sayəsində özünü gümra
23 sentyabrSinqapurda ictimai nəqliyyatda yeni qadağalar: Cərimələr 4 min dollara çatır
Sinqapur hökuməti avtobuslarda ictimai asayişin pozulmasına görə təxminən 400 dollar məbləğində cərimə tətbiq edir. xəbər verir ki, bu barədə Sinqapurun Yerüstü Nəqliyyat İdarəsinin dərc etdiyi məlumatda bildirilir. Yeni qaydalar sentyabrın 23-dən qüvvəyə minəcək. Bildirilir ki, ictimai nəqliyyatda yüksə
23 sentyabrDişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət
"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir". xəbər verir ki, bunu -ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib. Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onları
21 sentyabr