Zahid Oruc: "Tvlərimizin siması Zəfərimizin parlaq tablosuna uyğun olsa"..

Zahid Oruc: "Tvlərimizin siması Zəfərimizin parlaq tablosuna uyğun olsa".."İctimai Televiziyanın Yayım Şurasının üzvlüyünə namizədlərin hər biri öz sahələrində peşəkar çalışan insanlardır və biz onları müsbət qiymətləndirirk. Bildiyiniz kimi, Azərbaycanda ilk Televiziyanın yaranmasından 67 il keçir. Hazırda ölkəmizdə-4 dövlət, 7 özəl, 11 regional olmaqla-22 televiziya kanalı fəaliyyət göstərir. Son 5 ildə, yəni 2019-cu ildən başlayaraq, dövlət media siyasətində köklü islahatlara başlayıb, struktur islahatlar həyata keçirib, sahəyə məsul bütün qurumlar, vəzifəli şəxslər yenilənib. Media ilə bağlı yeni qanun qəbul edilib. Azərbaycan xalqı misilsiz Zəfər tarixini yazıb. 2020-ci il dekabrın 31-dən etibarən radio-televiziya yayımı Qarabağda-Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə və ətraf rayonlarda bərpa edilib. Şuşa Radio-Televiziya yayım stansiyası ən müasir avadanlıqla təchiz edilib.Bütün bunlar aparılan son 4 illik dəyişikliklərin uğurlu olduğunu deməyə əsas verir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O bildirib ki, 2013-cü ildən Qafqazda yeganə peyk operatoru olan"Azərkosmos","Azərspace-1 və 2" telekommunikasiya peykləri işə başlayıb.
"Əlbəttə, televiziya-milli təhlükəsizlik məsələsidir. "Cəmiyyətin güzgüsü" adlanan TV-lər bütün dünyada ictimai rəyin, milli birliyin və kimliyin formalaşmasına təsir edən, güclü dövlət quruculuğunun aparıcı qüvvəsidir. Bu gün istənilən cəmiyyəti məqsədli yönəltmək və idarə etməyin siyasi texnologiyası- informasiya və ideoloji manipulyasiya prosesləri çox asanlaşıb. İnternet/süni intellekt əsrində manipulyasiya obyekti artıq təkcə insan və ya qrup deyil, bütün cəmiyyət olduğundan tv-lər milli təhlükəsizliyin fundamental amilinə çevrilib.Araşdırmalara görə, TV-lərə baxanların sayı dünyada 5-6 il öncəki tamaşaçıların sayı ilə müqayisədə bir neçə dəfə azalıb. Sosial şəbəkələr və youtube kanalları geniş yayılır.Səbəblər dərin və çoxşaxəlidir. Onlar dünya TV təcrübəsində ən uğurlu proqram formatlları, verilişlərin, yayım ənənəsi, milli xüsusiyyətləri, janrı, kontenti, hədəf auditoriya, aparıcı peşəkarlığı, təqdimat tərzi və s. aspektlərlə bağlıdır.
Kanallar üzrə qeyd edilərsə, son bir neçə ildə İctimai TV-nın proqramlarının məzmun, keyfiyyət və rəngarənglik meyarına önəm verir. Xüsusilə də digər kanallarda epidemiya kimi yayılan sosial tok-şoularla müqayisədə İctimai Tvdə dünyada qəbul edilən meyarlara cavab verən, gündəlik yayımlanan "Sabaha saxlamayaq", "Diqqət mərkəzi-yekun" "Ötən günlər", Pressinq və digər elm-təhsil-maarifçi proqramların çəkisi getdikcə artmağa başlayır, keyfiyyət meyarlarına diqqət verilir.
Sosial Tədqiqatlar Mərkəzinin "Azərbaycanda media landşaftı" ilə bağlı 2020-ci ildə keçirilən sosioloji tədqiqatının nəticələrinə görə, Azərbaycan telekanallarında respondentlərin təxminən yarısı-44.9%i-hərbi-vətənpərvərlik məzmunlu verilişləri tez-tez görmək istədiyini, 40.4%-i informasiya/xəbərlərini, təhsil, maarifləndirici, elmi məzmunlu verilişləri daha çox görməyi arzulayanların sayı da kifayət qədərdir-37.6%. Hər 3-cü respondent -29% telekanallarda milli-mənəvi, dini dəyərlərə aid verilişləri daha tez-tez görmək istəyir..
Artıq 10 illərdə davam edən bayağı məzmunlu, heç bir sosial funksiya daşımayan şou-proqramların tvlərin əsas simasına çevrildiyini görürük, onlar tədricən öz qarşılarına qoyduğu məqsədlərə nail olur. Belə ki, üst-üstə 5-6 milyon ölkə əhalisnin yarıdan çoxu instagram izləyicisinin olması onu göstərir ki, ekrandakı izləyicilərini "xalq"hesab edən 3-4 aparıcının arxasında bəzən zövqsüz kütlə dayanır . Bütövlükdə, artıq 3-cü onillikdir ki, Azərbaycan tamaşaçısının sosial portreti, onun maraq və istəkləri tamamilə təhrif edilməkdə, dünyagörüş və mədəniyyəti, dəyərləri ciddi deformasiyaya uğramaqdadır.
Bayağı şou proqramlarının ekranlarda getdikcə çoxalması qətiyyən təsadüfi deyil, əksinə düşünülmüş və sistemli xarakter daşıyır. Yalnız kommersiya və biznes maraqları, milli-mənəvi dəyərlərin inkarı, ictimai rəydə ziyalı, alim, intellektual obrazların, Vətən müharibəsinin parlaq simalarının deyil, şou əhlinin-müğənni, rəqqasə, tamada və s. cəmiyyətə əsas ideal, dəyər kimi təqdim edilməsi nəticəsində bir neçə aparıcı və TV kanalı reklam və sərvət toplayır. Tvlərimizin siması Zəfərimizin parlaq tablosuna uyğun deyil.
"Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil" mövzusunda ictimai rəy sorğusunda "Azərbaycan ailə dəyərlərinə qarşı ziyanlı təsirlər və təhlükələr kimi ilk sırada: sosial şəbəkələr (64%), və xarici seriallar/kinolar (44.9%), media və TV -lərdə Qərb ailə dəyərlərinin düzgün təbliğ olunmaması (18.9%), yerli televiziyalarda olan verilişlərin məzmunu (22.2%), anti-ailə təbliğatının çoxalması (16.2%), yerli seriallar (19.1%). Qərb dəyərlərinin təbliği ilə yanaşı, yerli TV verilişlər və serialların da məzmununun respondentlərin böyük qismi tərəfindən ailə dəyərlərinə ziyan kimi qiymətləndirilməsi olduqca ciddi və narahatedici siqnaldır. Sorğuda 80.7% respondentin "Ailə dəyərləri orta məktəbdə tədris olunmalıdır" fikri ilə tam razı olması, bu mövzunun həm də yerli TV-lərdə təbliğinə də ehtiyac olmasına dəlalət edir".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 962   Tarix: 02 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur

Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur. Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfran

9 oktyabr
.

Səbuhi Əliyevə vəzifə verildi - Dosye

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa

8 oktyabr
.

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind

9 oktyabr
.

Vahid məktəbli forması ayrı-seçkiliyin qarşısını alır - AÇIQLAMA

"Məktəblərdə vahid geyim formasının tətbiqi yalnız vizual tələb deyil, həm də təhsilin dünyəvilik prinsipi və sosial bərabərlik məsələsidir. Məktəb uşaqların sosial statusundan, ailələrinin maddi imkanlarından və ya dini mənsubiyyətindən asılı olmayaraq hər bir şagirdin özünü bərabər hiss etməl

9 oktyabr
.

Məktəbli forması ilə bağlı monitorinqlər keçirilir: Məqsəd nədir?

Məktəblərdə vahid geyim formalarına dair monitorinqlərin keçirilməsi müəyyən edilmiş qaydalara əməl olunmasına nəzarət baxımından əhəmiyyətlidir. xəbər verir ki, məktəbli forması şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını almağa, bərabərliyin qorunmasına və nizam-intizamın gücləndirilməsin

9 oktyabr
.

Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı

Cəbrayılda Dağmaşanlı kəndi ərazisində ikinci mina partlayışı zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonu ərazisində baş verən partlayış zamanı xəsarət alan 1966-c

9 oktyabr
.

Ramin Məmmədov: "Məqsədimiz tarixini anlayan və dövlətinin nailiyyətlərini dərk edən vətəndaş yetişdirməkdir"

"Milli-mənəvi dəyərlər yalnız keçmişdən miras qalan irs deyil, həm də dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdən biridir". BİG.AZ xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusund

9 oktyabr
.

Son istifadə tarixinə 2-3 ay qalan məhsulları almaq olarmı? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Supermarketlərdə alıcıların diqqətini cəlb edən endirimlər arasında son istifadə tarixinə iki-üç ay qalmış ərzaq məhsulları da var. Qiymətlərin aşağı salınması istehlakçılara daha sərfəli alış-veriş imkanı yaratsa da, belə məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı suallar ortaya çıxır. Xüsusil

9 oktyabr
.

"Grafinya"nın sahibi ondan şikayət edən qonşuya cinayət işi açdırmaq istədi - Rədd edildi

Oğuz rayonu, Kərimli kəndində yerləşən "Grafinya" ailəvi istirahət mərkəzinin rəhbəri İlham Cəfərov qonşusuna qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, İlham Cəfərov qonşusunun uzun müddət ərzində onun və rəhbərlik etdiy

8 oktyabr