Məktəblərdəki idman zalları bağlanacaq? - RƏSMİ
"Ümumtəhsil məktəblərində idman zallarının uşaqların sağlamlığı naminə daha geniş istifadəsi davam etdiriləcək".
Sonxeber.az Report-a istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, ümumi təhsil müəssisələrinin idman zalları fiziki tərbiyə fənninin tədrisi, həmçinin dərsdən sonrakı vaxtlarda müxtəlif idman növləri üzrə şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, sağlamlığının qorunması və inkişaf etdirilməsi, bu sahədə kütləviliyin təmin olunması, uşaqların idmana olana marağının artırılması məqsədilə istifadə olunur:
"İdman zallarının bağlanılması bu sahədə səmərəliliyin aşağı düşməsinə, uşaqların idmandan kənarda qalmasına səbəb ola bilər. Bu baxımdan, məktəblərdə idman zallarının uşaqların sağlamlığı naminə daha geniş istifadəsi davam etdiriləcək".
Bildirilib ki, nazirlik sistemində 76 uşaq-gənclər idman-şahmat məktəbi fəaliyyət göstərir: "Onlardan 20-si Elm və Təhsil Nazirliyinin birbaşa, 56-sı regional təhsil idarələrinin tabeliyində işləyir. Bu müəssisələr idmanın müxtəlif növləri üzrə idman sahəsində kütləviliyin təmin edilməsi, təhsil müəssisələri arasında yarışların təşkili və keçirilməsi, müəssisələrə metodiki köməkliyin göstərilməsi istiqamətində fəaliyyət göstərir.
2022-2023-ci tədris ili üçün olan məlumata əsasən qeyd olunan məktəblərdə idmanın 29 növündə 346 bölmə üzrə 2 452 məşqçi-müəllim və 4 271 qrup fəaliyyət göstərir, qruplarda 60 minə yaxın idmançı məşğul olur (idman növləri: şahmat, futbol, sərbəst güləş, voleybol, Yunan-Roma güləşi, boks, stolüstü tennis, cüdo, basketbol, ağır atletika, sambo, badminton, atletika, taekvando, akrobatika gimnastikası, həndbol, dama, karate, üzgüçülük, qılıncoynatma, idman gimnastikası, batut gimnastikası, kikboksinq, avarçəkmə, tamblinq, tennis, bədii gimnastika, veloidman, atıcılıq)".
Qeyd edək ki, Sumqayıt şəhərində tanınmış idmançı, 1994-cü il təvəllüdlü Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə F.Bakarov aprelin 29-da Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölüb. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. M.Xəlilov həbs olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1471 Tarix: 04 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq
Ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Belə ki, monitorinqlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçü
9 oktyabrNoyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin
8 oktyabrVahid məktəbli forması ayrı-seçkiliyin qarşısını alır - AÇIQLAMA
"Məktəblərdə vahid geyim formasının tətbiqi yalnız vizual tələb deyil, həm də təhsilin dünyəvilik prinsipi və sosial bərabərlik məsələsidir. Məktəb uşaqların sosial statusundan, ailələrinin maddi imkanlarından və ya dini mənsubiyyətindən asılı olmayaraq hər bir şagirdin özünü bərabər hiss etməl
9 oktyabrSüni intellekt əmlak bazarında: Dəqiq hesablama apara biləcək?
Ədliyyə Nazirliyi daşınmaz əmlakın bazar qiymətinin müəyyənləşdirilməsi üçün süni intellekt əsaslı yeni rəqəmsal xidməti istifadəyə verib. Sistem əmlakın xüsusiyyətlərini və bazardakı məlumatları təhlil edərək onun təxmini qiymətini müəyyənləşdirir. Bəs süni intellekt mənzilin sahəsi, yerləşdiyi ərazi
8 oktyabrAzərbaycanda bəzi kolleclər ləğv olunacaq
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov geniş müsahibəsində maraqlı açıqlamalar verib. Qaynarinfo -a istinadla xəbər verir ki, o , Ali təhsil haqqında qanun layihəsindən danışarkən bu sahədə ediləcək yeniliklərə də toxunub. Bildirib ki, bəzi kolleclərin müəyyən universitetləri
8 oktyabrXəzərdə yeni ada yarandı - Dəniz sürətlə geri çəkilir
Xəzər dənizinin şimal hissəsinin bəzi əraziləri Aral dənizində baş verənlərə bənzər vəziyyətlə üzləşə bilər. Alimlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi və insanların su ehtiyatlarından istifadəsi regiona təzyiqi artırır. Qaynarinfo xəbər verir ki, bu barədə "Euronews" yazıb. Xəzər dəniz
9 oktyabrSabah bəzi rayonlara dolu düşəcək, leysan yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam yarımadanın ayrı-ayrı yerlərind
8 oktyabr