15 yaşlı qızla evlənib üzərində siqaret söndürənə bu cəza verildi
Salyanda 15 yaşlı qızla evlənən oğlana 2 il 6 ay həbs cəzası verilib.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ötən gün Salyan Rayon Məhkəməsi hökm elan edib.
Belə ki, keçən il 2003-cü il təvəlüdlü Tural Nəzirov (şərti) 2006-cı il təvəllüdlü Çinarə Quliyeva (şərti) ilə evlənib. Toy məclisi evdə ailələr arasında təşkil olunduğu üçün rəsmi qurumlar bundan xəbər tutmayıb.
Həmin vaxt qızın 16 yaşı tamam olmayıb. Lakin qısa müddət sonra 18 yaşlı oğlan başqa qızlarla mesajlaşdığı üçün cütlük arasında mübahisə yaranıb. Tural 15 yaşlı həyat yoldaşını döyməyə başlayıb. Onun üzərində siqaret söndürüb. Daha sonra Ç.Quliyeva ata evinə qayıdıb və ərindən polisə şikayət edib.
T.Nəzirov Türkiyəyə getmək istəyərkən aeroportda saxlanılıb. O, döyülmə şikayətinə görə saxlanılsa da, sonradan ona yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmasına görə də ittiham verilib.
Tural Cinayət Məcəlləsinin 133.2.4 (yetkinlik yaşına çatmayan şəxsə əzab vermə) və 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə təqsirli bilinib. O, məhkəmədə Çinarə ilə evlənərkən onun azyaşlı olduğunu bildiyini etiraf edib. Çinarə isə Turala könüllü şəkildə ərə getdiyini, lakin hazırda şikayətçi olduğunu bildirib.
Məhkəmə faktları nəzərə alaraq, T.Nəzirova ittiham olunduğu hər bir maddə üzrə 2 il həbs cəzası verib. Cəzaların qismən toplanması yolu ilə onun üzərində qəti olaraq 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1952 Tarix: 04 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq
Ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Belə ki, monitorinqlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçü
9 oktyabrNoyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin
8 oktyabrVahid məktəbli forması ayrı-seçkiliyin qarşısını alır - AÇIQLAMA
"Məktəblərdə vahid geyim formasının tətbiqi yalnız vizual tələb deyil, həm də təhsilin dünyəvilik prinsipi və sosial bərabərlik məsələsidir. Məktəb uşaqların sosial statusundan, ailələrinin maddi imkanlarından və ya dini mənsubiyyətindən asılı olmayaraq hər bir şagirdin özünü bərabər hiss etməl
9 oktyabrSüni intellekt əmlak bazarında: Dəqiq hesablama apara biləcək?
Ədliyyə Nazirliyi daşınmaz əmlakın bazar qiymətinin müəyyənləşdirilməsi üçün süni intellekt əsaslı yeni rəqəmsal xidməti istifadəyə verib. Sistem əmlakın xüsusiyyətlərini və bazardakı məlumatları təhlil edərək onun təxmini qiymətini müəyyənləşdirir. Bəs süni intellekt mənzilin sahəsi, yerləşdiyi ərazi
8 oktyabrAzərbaycanda bəzi kolleclər ləğv olunacaq
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov geniş müsahibəsində maraqlı açıqlamalar verib. Qaynarinfo -a istinadla xəbər verir ki, o , Ali təhsil haqqında qanun layihəsindən danışarkən bu sahədə ediləcək yeniliklərə də toxunub. Bildirib ki, bəzi kolleclərin müəyyən universitetləri
8 oktyabrXəzərdə yeni ada yarandı - Dəniz sürətlə geri çəkilir
Xəzər dənizinin şimal hissəsinin bəzi əraziləri Aral dənizində baş verənlərə bənzər vəziyyətlə üzləşə bilər. Alimlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi və insanların su ehtiyatlarından istifadəsi regiona təzyiqi artırır. Qaynarinfo xəbər verir ki, bu barədə "Euronews" yazıb. Xəzər dəniz
9 oktyabrSabah bəzi rayonlara dolu düşəcək, leysan yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam yarımadanın ayrı-ayrı yerlərind
8 oktyabr