Laçının işğal günü konsert verdi, Ajda Pekkan onunla duet oxumaq istədi - Eyyub Yaqubov haqqında maraqlı faktlar

Laçının işğal günü konsert verdi, Ajda Pekkan onunla duet oxumaq istədi - Eyyub Yaqubov haqqında maraqlı faktlarSonxeber.az Kulis.az-a istinadən Xalq artisti Eyyub Yaqubov haqqında maraqlı faktları təqdim edir.

Eyyub Zəkəriyyə oğlu Yaqubov 26 aprel 1965-ci ildə Bakı şəhərinin Bayıl qəsəbəsində anadan olub. İlk təhsilini 49 saylı orta məktəbdə alıb.

***

Uşaqlıq illərindən musiqiyə böyük marağı olan Eyyub eyni zamanda 3 saylı musiqi məktəbində təhsil alır. 8 illik orta məktəb təhsilini bitirdikdən sonra, 1980-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano sinfinə daxil olur.

Texnikumda oxumaqla yanaşı o, Əlibaba Məmmədovun rəhbərlik etdiyi "Humayun" xalq instrumental ansamblında pianoçu işləyirdi. Bu ansambl ilə Eyyub Yaqubov Azərbaycanın bütün regionlarında keçirilən konsertlərdə iştirak edirdi.

***

Hələ məktəbli olaraq 3 saylı musiqi məktəbinin 7-ci sinif şagirdi Azərbaycan pianoçuları arasında keçirilən müsabiqədə birinci yeri tutmuşdur. Əlibaba Məmmədovun ansamblında işləyərək, klassik musiqi ilə yanaşı xalq musiqisini də öyrənirdi. Dostları və tanışları əhatəsində hərdən mahnılar oxuyurdu.

***

Musiqiçi olmaq arzusunda olan pianoçu Eyyub bu fikirdən uzaqlaşır. Müğənni müsahibələrinin birində həmin dövrləri belə xatırlayır:

"Asəf Zeynallı adına musiqi kollecində təhsil aldığım illərdə bir dostum mənə Xalq artisti Əlibaba Məmmədovun "Humayun" ansamblına peşəkar pianoçu axtardığını dedi. Təklif etdi ki, özümü sınayım. Mən getdim, Əlibaba müəllim məni dinlədi, bəyəndi və ansambla qəbul etdi. Açığı, heç vaxt müğənni olmağı düşünməmişdim. Belə bir arzum olmayıb. Özüm üçün zümzümə edirdim. Ancaq dostların əhatəsində oxuyurdum. Mən necə oldu müğənni kimi meydana çıxdım? "Humayun" ansamblında sənət dostlarım səsimin olduğunu bilirdi. Bir gün Əlibaba müəllimə dedilər ki, Eyyubun yaxşı səsi var. Təkid etdilər ki, oxuyum. Əlibaba müəllimin yanında oxumağa utanırdım. Güc-bəla ilə özümü toplayıb oxudum. Bəyəndi səsimi. Mənim müğənni kimi meydana çıxmağımda Əlibaba müəllimin böyük təsiri olub. O, mənə müəllimliklə yanaşı, həm də atalıq qayğısı göstərib".

***

Özünün dediyinə görə, o, "blatnoy" mahnılar oxumağa başladı. Zamanın tələbləri ilə addımlayaraq, restoranlada oxumağa başladı. Sonradan isə daha ciddi işlər görməyə başlayır. Ancaq müğənninin fanatları ondan əvvəlki kimi mahnılar istəyirlər:

"Bəli, tamaşaçılarım darıxırlar və hər dəfə məndən şanson xahiş edirlər. Elə kompozisiyalar mənim repertuarımda çoxdur. Amma onlarla yanaşı daha ciddi şeyləri də oxumağa çalışıram".

***

Eyyub Yaqubov 1992-ci ildən etibarən populyarlıq qazanır. Həmin zamandan bəri 4 audio-kaset və 3 kompakt-disk buraxıb. Bunlar 1999-cu ildə çıxmış "Duet Amburan" və "Mister Əlibala", 2000-ci ildə - "Ağabala Çaykovski", 2001-ci ildə - "Ana". 3 mahnısına - "Ana", "Kor ərəbin mahnısı" və "Mənə dəniz verin" mahnılarına kliplər çəkdirib.

***

Oxuduğu mahnılar çox sevilsə də, bəzi mahnıları kəskin tənqid olunub. Onlardan biri də "Serıy Popuqay" dır. Dinləyicilər onu erməni mahnısı oxumaqda ittiham edirdilər. Yaqubov bu məsələyə belə aydınlıq gətirib:

"Çox yanlış bir fikirdir. Bu mahnını "Madam Papuqay" mahnısı ilə səhv salırlar. "Serıy Papuqay"ı Elçin İmanov bəstələyib. "Madam Papuqay" mahnısının ilk ifaçısı və yaradıcısı olan Boka Bakıda doğulub yaşayan ermənilərdən olub. O da bu mahnıları yazarkən bizim folklorumuzdan bəhrələnib. Həmin mahnılarda Bakı ruhu var. Ona görə heç bu mahnını da erməni mahnısı adlandırmaq günahdır. Biz zamanla sənətimizlə sübut etdik ki, bu mahnılar Azərbaycana məxsusdur. Niyə indi də yaranmır Ermənistanda o janrda mahnılar? Elə bu fakt sübut edir ki, bu musiqi janrı onlara aid deyil".

***

Müğənninin 2019-cu ildə mayın 17-də İsveçdə konsert verdiyi barədə xəbərlər yayılıb. Müğənninin Laçının işğal günü səhnəyə çıxması Azərbaycanda ciddi etirazla qarşılanıb. Xüsusilə həmin konsertdə İsveçdə yaşayan bəzi azərbaycanlıların da iştirak etməsi hiddət doğurub. Bundan əlavə, səhnədəki video-kadrlarda erməni bayrağı da yer alıb. Bu da ciddi sualların yaranmasına səbəb olub. Sonrakı açıqlamada müğənninin işğal günü olmasından xəbərinin olmadığı bildirilib. Müğənni müsahibələrinin birində bu məsələ ilə bağlı bunları deyib:

"Torpaqlarımızın işğal olunması təbii ki, hamımızın böyük dərdidir. Amma mən həmişə deyirəm, biz gərək ümid ilə yaşayaq. Ruhdan düşməyək. Hər gün oturub ağlamaqla torpaqlar geri qayıtmır. Matəm edə-edə, ağlaya-ağlaya biz gücsüz düşürük. Bizi həmişə parçalayıblar. Bu indinin işi deyil. Ona görə də ayıq və nikbin olmalıyıq".

***

Tez-tez Mikayil Müşfiqin poeziyasına poeziyasına müraciət eləyir. Onun "Küləklər", "Ana", "Yenə o bağ olaydı" kimi şeirlərinə bəstələnmiş mahnıları oxuyaraq Müşfiq poeziyasını milyonlara sevdirib.

***

Anasını 15 yaşında itirib. Müşfiqin "Ana" şeirinə yazılan mahnını nisgillə oxumasının səbəbi də budur;

"Anamı on beş yaşımda itirmişəm. Bu, insana çox təsir edir. Həsrət insanın içini yandırıb-yaxır. Ananı axtarırsan. Allah özünü ananın vasitəsi ilə göstərir. Peyğəmbərimiz də buyurub ki, cənnət anaların ayaqları altındadır. Ana sevgisi vicdanı, imanı olanların qəlbində yaşayır".

***

İsrail konsetində Turanla bağlı dedikləri bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən müsbət qarşılanmayıb. Onlar Yaqubovu millətçilikdə və geriçilikdə ittiham ediblər:

"Vaxtilə Mikayıl Müşfiq, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi şəxsiyyətlər həqiqət uğrunda, Vətən uğrunda şəhid oldular. Və Turan uğrunda şəhid oldular. Və görürsünüz ki, qələbələr, torpaqlarımız işğaldan azad olundu. Bu, hələ başlanğıcdır. İnşallah, hələ Azərbaycan daha da bütövləşəcək və bütöv bir Turan dövləti qurulacaq. Onların yanında bir dost kimi İsrail, yəhudilər də olacaq. Yaşasın Turan, Azərbaycan və İsrail dostluğu, qardaşlığı".

***

Ajda Pekkan Bakı səfərlərinin birində Eyyub Yaqubova duet təklif edib, ancaq sonradan duet baş tutmayıb. Türkiyəli müğənni söz versə də, sözündən yayınıb:

"O, etiraf etdi ki, günah ondadır. Sənət məsələsi qəlizdir. İşlər çox olur. Mən duet oxumağa hər zaman hazıram. Amma ondan xəbər çıxmadı. Nə etmək olar? Ajda "Kim bilir", "Unutdum artıq", "Alışdım mahnılarını birlikdə oxumağımızı istəyirdi. Amma duetimiz alınmadı. çünki işlər çoxdur".

***

1992-ci ildə ailə qurub, Zakir adlı bir oğlu var. Oğlu müsahibəsində müğənninin ailəsi barədə gəzən şayiələrə belə aydınlıq gətirib:

"Anam atamın yanında olmasaydı, düşünürəm ki, atam bugünkü qədər uğurlu bir insan olmazdı. Belə bir deyim var: baş kişidirsə, boyun isə qadındır. Anam bütün hallarda atama dəstəkdir. Atamın həyat yoldaşının ayrılıb başqa ölkədə yaşaması isə əsassız şayiələrdir. Atam və anamın bir-birinə bəslədiyi sevgi və hörməti bizi tanıyan hər kəs təsdiqləyə bilər".


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2197   Tarix: 06 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Teatrın durumu Allahın ümidinə qalıb" - Xəyalə Rəis

Səhnədə işıqlar yanır, pərdə açılır və tamaşa başlayır. Hər bir tamaşa isə cəmiyyətin düşüncəsini, hisslərini və həyat hekayələrini əks etdirən bir aynaya çevrilir. Bu gün Azərbaycanda Milli Teatr Günü qeyd olunur. 10 mart ölkəmizdə peşəkar milli teatrın əsasının qoyulduğu tarix kimi yadda qalıb və hə

10 mart
.

"Mən Zeynəb Xanlarovanı Məcnun kimi sevirəm" - Qəzənfər Abbasov

"Mən Zeynəb Xanlarovanı Məcnun kimi sevirəm". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar mədəniyyət işçisi, xanəndə Qəzənfər Abbasov Xalq artisti Zeynəb Xanlarovanın "Leyli rolunda oynayaram, amma Məcnun yoxdur" fikirlərinə münasibət bildirib. Xanəndə qeyd edib ki, Zeynəb Xanlarov

23 may
.

Putin Dərbənddəki Azərbaycan Musiqili Dram Teatrının açılışında çıxış etdi

Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən Azərbaycan Dövlət Musiqili Dram Teatrı əsaslı təmirdən sonra yenidən fəaliyyətə başlayıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu mədəniyyət ocağının açılış mərasiminə videokonfrans formatında qatılıb. TASS-a istinadən xəbər verir ki, təntənəl

27 mart
.

Ərdoğandan İlber Ortaylının vəfatı ilə bağlı başsağlığı mesajı: "Dərin kədər hissi keçirdim"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tanınmış tarixçi, professor İlber Ortaylının vəfatı ilə bağlı başsağlığı mesajı yayımlayıb. türk mediasına istinadən xəbər verir ki, dövlət başçısı paylaşımında İlber Ortaylının ölüm xəbərini böyük kədərlə qarşıladığını bildirib. Ərdoğan mesajında qeyd edib:. "Ço

13 mart
.

"Gələn il "dəmir toy" etməyi düşünürük" - Yazıçı Anar

"Çox adam doğum günümlə əlaqədar məni təbrik edib. Dünəndən bəri onlarla təbrik almışam. Amma ad günümü geniş əhatədə deyil, ailəmlə bir yerdə qeyd edəcəyəm". xəbər verir ki, bu sözləri -a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev deyib. Xalq yazıçıs

14 mart
.

Pikassonun tablosu 1,7 milyon dollara satıldı

İspan rəssam Pablo Pikassonun fotoqraf Dora Maarın portreti Londonda keçirilən hərracda 1,7 milyon dollara satılıb. -a istinadən xəbər verir ki, hərracı "Sotheby's" təşkil edib. 1936-cı ildə çəkilən əsərin ilkin qiyməti 600-800 min funt sterlinq qiymətləndirilsə də, yekunda 1,3 milyo

26 iyun
.

Kəmaləddin Heydərovla Baba Vəziroğlu Alim Qasımov üçün yeni mahnılar hazırlayır

Nəğməkar şair Baba Vəziroğlu yeni mahnılar üzərində işləyir. Sözləri şairə məxsus olan mahnıların musiqisi fövqəladə hallar naziri, bəstəkar Kəmaləddin Heydərova aiddir. Baba Vəziroğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu dəfəki layihələr Alim Qasımov ilə həyata keçiriləcək:. "Bu mahnıla

17 mart
.

"Sandıqdakı qardaşım" - Aysel İbrahimli

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) "Bədii yaradıcılıq və ekran dramaturgiyası" ixtisasında təhsil alan II kurs SABAH qrupu tələbəsi Aysel İbrahimlinin "Sandıqdakı qardaşım" adlı hekayəsini təqdim edir:. Anamın qırxı təzə çıxmışdı, amma bağ evinin hə

15 may
.

Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirildi (FOTO)

Xalq artisti Rasim Balayevin cənazəsi Türkiyənin İstanbul şəhərindən Bakıya gətirilib. "Report" xəbər verir ki, cənazəni gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib. Qeyd edək ki, bu gün Akademik Milli Dram Teatrında mərhum sənətkarla vida mərasiminin keçirilməsi, ardınca isə Birinc

30 mart