Siyavuş Aslanın kiçik oğlu: "Atam qoymurdu ki, qardaşımla oturub-durum"
Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslan bir həftə əvvəl vəfat edib, lakin onun cənazəsi təhvil alınmadığından bu müddətdə Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyində qalıb.
Sonxeber.az xəbər verir ki, moderator.az məsələ ilə bağlı mərhumun qardaşı Eldar Aslanla əlaqə saxlayıb.
Siyavuş Aslanın kiçik oğlu qardaşının ölümündən xəbərsiz olduğunu bildirib:
"Vallah xəbərim yoxdur. Ailəsi olaraq xəbər versəydilər, bilərdik. Deyirlər ki, 5 gündür dünyasını dəyişib, nə əcəb bu 5 gündə sosial şəbəkələrdə yayılmadı? Kimsə mənə zəng etmədi? Bizim ailə qəbiristanlığımız yoxdur.
Atamı fəxri xiyabanda dəfn ediblər, anamı isə Yasamal qəbiristanlığında. Anamın yanında da yer yoxdur. Onsuz da bu yolu götürmüşdü, ona doğru gedirdi. Başqa cür olması mümkün deyildi. Bu insan 60 yaşında da pis vərdişlərindən əl çəkmədi".
Eldar Aslan qardaşı ilə münasibətinin heç vaxt yaxşı olmadığını bildirib:
"Əslində böyük qardaş o idi. Böyük qardaş atanın yarısı deməkdir. Mən əlimdən gələni edirdim. Amma o heç nə etmirdi. Mənim onunla aramda qardaşlıq olmayıb. Barmaqla sayaram ki, mən bu insanı neçə dəfə görmüşəm. Həyatının 20 ilini həbsxanada yatıb. Evdə də tapılmırdı. Ondan qayğı görməmişəm.
Əvvəldən aramızda soyuqluq var idi. Atam da heç sağlığında qoymurdu ki, onunla oturub-durum. Deyirdi ki, "Nə badə həbsxanaya yanına gedəsən". Bir-iki dəfə atamla getmişdim. Bir atanın övladıyıq. Bir qardaş kimi boynuma nə düşürsə, onu da etməliyəm".
Eldar Aslan əlavə edib ki, hazırda işsizdir:
"2019-cu ildə pandemiya olandan Moskvadan aralanıb, Bakıya gəldim. İşimi itirdim. İndiyə qədər iş-güc tapa bilmirəm ki, kirayə pulumu verə bilim. Var-dövlət istəmirəm, normal həyat sürmək istəyirəm. Savadıma, təcrübəmə uyğun iş istərdim. Yaşımın çox olduğunu bilib işə götürmürlər".

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Gündə minimum addım sayı təyin edildi
Qızılın qiymətində yeni göstəricilər
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA
SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR