Vaşinqton danışıqları: Ermənilər yenə sülhə razılaşmadılar

Vaşinqton danışıqları: Ermənilər yenə sülhə razılaşmadılarAzərbaycan və Ermənistan arasında Vaşinqtonda 4 günlük danışıqlar başa çatdı. Bəzi məqamlarla bağlı razılığın əldə edildiyi açıqlansa da, tərəflər arasında əsas bəndlərlə bağlı fikir ayrılıqları hələ də qalır. Qarşıdan Moskva görüşü gəlir.

ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqtonda 4 gün davam edən görüşü keçirildi. Azərbaycan XİN-in yaydığı məlumata görə, Ceyhun Bayramov, Ararat Mirzoyan və onları müşayiət edən nümayəndə heyətinin üzvləri aparılan danışıqlar nəticəsində Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə ediblər. Eyni zamanda, bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər. ABŞ-nin moderatorluğu ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin keçirdiyi bu görüşün nəticələrini necə qiymətləndirmək olar?

"Kaspi" qəzeti bu suala cavab tapmaq üçün mütəxəssislərin rəyini öyrənib.

"Ortada bunu göstərən heç nə yoxdur"

Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirdi ki, ABŞ təmsilçiləri Arlinqton danışıqlarının uğurlu keçdiyini desə də, ortada bunu göstərən heç nə yoxdur:

"Prezident İlham Əliyevin Şuşada keçirilən beynəlxalq konfransdakı açıqlamasından bəlli idi ki, orada böyük irəliləyişin olacağı gözlənilmir. Səbəb də Ermənistanın, ən əsası isə ona geosiyasi alət kimi yanaşanların Azərbaycanın Qarabağ üzərində suverenliyini hələ də həzm etmək istəməmələri ilə bağlıdır. Dövlət başçısının da vurğuladığı kimi, Ermənistan özü indi bizim ərazi bütövlüyümüzü tanımağa hətta "Qərbdəki bəzi dostlarından" daha meylli görünür. Ona görə də həmin "dostları" hayları reallığa uyğun hərəkət etməyə səsləməkdənsə, iransayağı revanşizmə həvəsləndirirlər. ABŞ-yə gəldikdə, rəsmi Vaşinqton Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində, ən əsası isə Türkiyə ilə əlaqələrin tam da olmasa, normallaşmasında maraqlıdır. İlk növbədə ona görə maraqlıdır ki, belədə Rusiyanın Ermənistanda hərbi baza saxlaması zərurəti aradan qalxmış olur".

Paşinyanın çağırışları Qərbdən idxal edilib

Millət vəkilinin sözlərinə görə, amma eyni əminliklə söyləmək olmaz ki, ABŞ-nin indiki administrasiyası da Qarabağda gərginliyin tam aradan qalxmasını istəyir:

"Əgər istəsə idi, yeni Təhlükəsizlik Strategiyasında Ukrayna və Gürcüstanla yanaşı Azərbaycanın da ərazi bütövlüyünün təşviqi əksini tapardı. Bu isə yoxdur. Fikrimcə, səbəblərdən biri budur ki, qərbdə Qarabağda hərbi kontingenti olan Rusiya ilə Azərbaycan və Türkiyəni üz-üzə gətirmək niyyəti hələ də qalmaqdadır. Onlar haçansa Xankəndidə öz qüvvələrini yerləşdirərək bundan Azərbaycana qarşı davamlı təzyiq aləti olaraq istifadə etməyi planlaşdırırlar. Yəni Ermənistan baş nazirinin Laçın yoluna və Qarabağa beynəlxalq missiyanın gətirilməsi haqda çağırışları onun öz istehsalı deyil, qərbdən idxal edilib".
"Prinsipial mövqeyimiz Ermənistanda əsl xaos yaradıb"

Politoloq Amid Əliyev də bildirdi ki, öncə Vaşinqton görüşlərini ABŞ-nin vasitəçilik missiyasında yeni qələbəsi kimi qiymətləndirmək lazımdır:

"Ən azından ona görə ki, indiyə qədər keçirilmiş Brüssel və Moskva görüşlərindən fərqli olaraq Vaşinqton görüşü 4 gün davam etdi. Görüşlər həm ikitərəfli, həm də üçtərəfli formatda keçirildi. Ermənistanda 102 saylı hərbi bazanın olması, eləcə də bölgədə Rusiya sülhməramlı qüvvələrin xidmət apardığı bir müddətdə görüşün Vaşinqtonda keçirilməsi Rusiya tərəfindən həzm edilməyəcək. Qarşıdan Moskva görüşü gəlir. Əsas məqamların məhz Vaşinqtonda razılaşdırılması faktını nəzərə alsaq, yenə də Moskva görüşünün formal xarakter daşıyacağını indidən demək olar. Bununla yanaşı, artıq erməni və ABŞ mediasında görüşlərin bir sıra pərdəarxası məqamları bəlli olub. Belə ki, Azərbaycanın prinsipial mövqeyinin dəyişməz olması və ABŞ tərəfindən də bunun dəstəklənməsi Ermənistanda əsl xaos yaradıb. Məlumatlara əsasən, Qarabağ məsələsi Azərbaycanın daxili işi kimi qiymətləndirilib, orada yaşayan ermənilər etnik-milli azlıq kimi tanınıblar. Bu da Ermənistan XİN rəhbərinə yüksək səviyyədə izah edilib. Sərhəddəki nəzarət buraxılış məntəqəsinin Azərbaycanın suveren hüququ olması Ermənistan tərəfinə çatdırılıb".

Həm məzmun, həm də keyfiyyətcə fərqlənən görüş

A.Əliyev ehtimal edir ki, Alma-Ata bəyanatına uyğun olaraq ərazi bütövlüyünün qarşılıqlı tanınması və anklavların Azərbaycana qaytarılması məsələsi də müzakirə elementlərindən olub:

"Bu barədə də Azərbaycanın real siyasətinin nədən ibarət olduğunu gözəl anlayırıq. Azərbaycan Ermənistana heç bir ərazi güzəştinin edilməyəcəyini dəfələrlə bildirib. Ermənistanı narahat edən əsas məqam 29 min kvadrat km-lik ərazisinin tanınması və beynəlxalq səviyyədə təhlükəsizlik təminatının verilməsidir. Bu məsələ ətrafında müvafiq danışıqların aparılma ehtimalı da var. Çünki dövlət sərhədləri müəyyən ediləndə bu rəqəmin heç də Ermənistanın xeyrinə dəyişməyəcəyi məlumdur.

Ümumilikdə, bu görüş sülhün əldə olunması istiqamətində son iki ildə keçirilmiş görüşlərdən həm məzmun, həm də keyfiyyətcə fərqlənir. Tərəflər arasında rəylərin bu qədər yaxınlaşması və sülhə doğru inamlı addımların qarşılıqlı olaraq atılması baxımından Vaşinqton görüşləri olduqca əhəmiyyətli hesab oluna bilər". Politoloq qeyd etdi ki, indi əsas məsələ Moskva görüşündən sonra Ermənistanın davranışları olacaq.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1274   Tarix: 06 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu sevgi mahnısı bütün zamanların əsl məşhur hitinə çevrildi (VİDEO)

Britaniyalı müğənni Endi Gibb 1978-ci ildə təqdim olunan "Shadow Dancing" mahnısı ilə musiqi tarixinin ən uğurlu hitlərindən birinə imza atıb. Qaynarinfo xəbər veror ki, "Zlote Przeboje" nəşrinin yazdığına görə, mahnının nəqarəti cəmi bir neçə dəqiqə ərzində yazılıb və qısa müddətd

15 iyul
.

Britaniyanın konteyner gəmisi Oman sahillərində hücuma məruz qalıb

Konteyner gəmisi Oman sahillərindən 16 km şərqdə zədələnib, bundan sonra göyərtədə yanğın baş verib. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO Omandan 16 km şərqd

12 iyul
.

İrəvani: ABŞ beynəlxalq öhdəliklərini pozub

ABŞ İslamabad Anlaşma Memorandumundakı öhdəliklərini pozmağa davam edəcəyi təqdirdə, İran da razılaşmanı icra etməyəcək. "Report" IRIB-yə istinadən xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib. "ABŞ və İsrail İrana qarşı qanunsuz hərəkətlərinin bütün nəticələrin

12 iyul
.

Rubio: ABŞ Kubaya qarşı bütün vasitələrdən istifadə etməyə hazırdır

ABŞ administrasiyası milli təhlükəsizliyinə Kuba tərəfindən düşündüyü təhdidlərin aradan qaldırılması üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazırdır. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamenti tərəfindən yayılan bəyanatında bildirib. Onun sözlərin

12 iyul
.

Britaniyada keçmiş deputatın qətlində şübhəli bilinən şəxs saxlanılıb

Böyük Britaniyada 28 yaşlı kişi İcmalar Palatasının keçmiş deputatı Enn Uiddikombun qətlində şübhəli bilinərək saxlanılıb. "Report"un məlumatına görə, bu barədə Devon və Kornuoll qraflığı polisinin açıqlamasında bildirilir. "28 yaşlı kişinin 11 iyul axşamı Cənubi Yorkşirdə Enn Uiddikombu

12 iyul
.

Kral ailəsi qələbəyə belə sevindi - Video

İspaniya millisinin 2026-cı il dünya çempionatının finalına yüksəlməsi ölkədə böyük sevinc yaradıb. "Qafqazinfo" xəbər verir ki, kral ailəsinin də İspaniyanın DÇ-nin finalına vəsiqə qazanmasını sevinclə qarşıladığını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, Kral V

15 iyul
.

Alimlər suyun beyin və psixologiyaya təsirini araşdırırlar

Su hövzələrinin yaxınlığında olmağın beyin fəaliyyətinə təsiri ilə bağlı aparılan son araşdırmalar dünyada "mavi məkan" (Blue Space) terapiyasına marağı artırıb. Mütəxəssislər bildirirlər ki, okean, dəniz, göl və çay kənarında keçirilən terapiyalar narahatlıq, psixoloji travmalar və müxtəli

14 iyul
.

Türkiyədə vaxtilə 20 min nəfərin yaşaya bildiyi gizli yeraltı şəhər necə inşa edilib?

Kapadokiyadakı Derinkuyu yeraltı şəhəri insan zəkasının yerin altında yaratdığı nəhəng bir "kölgə səltənəti"ni xatırladır. Qaranlığın dərinliklərinə oyulmuş dəhlizlər, havalandırma şaxtaları və iri daş qapılar bu gün də öz incə mühəndislik həlli ilə dünyanın diqqətini cəlb edir. Qayanrinf

14 iyul
.

ABŞ-nin İrana hücumları nə qədər davam edib?

ABŞ hərbi qüvvələri üç saatdan artıq müddət ərzində İranın hədəflərinə zərbələr endiriblər. xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, son vaxtlar həyata keçirilən hücumlarla müqayisədə bu əməliyyat nisbətən uzun davam edib. ABŞ Mərkəzi Komandanlığını

13 iyul