"Heydər Əliyevin Prezident seçilməsi Azərbaycan xalqını rifaha aparan yolun başlanğıcı oldu" - Kamilə Əliyeva

"Heydər Əliyevin Prezident seçilməsi Azərbaycan xalqını rifaha aparan yolun başlanğıcı oldu" - Kamilə Əliyeva"Ulu öndər Heydər Əliyev Prezident seçildikdən sonra güclü Azərbaycan dövlətinin təməli qoyuldu və Azərbaycan xalqını rifaha aparan yolun başlanğıcı oldu. Ölkəmiz bütün sahələrdə böyük inkişaf mərhələsinə qədəm qoydu".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a deyib.

O qeyd edib ki, Heydər Əliyev Sovet Azərbaycanının inkişafında müstəsna rol oynamışdır. 1969-cu ilə qədər Azərbaycan Respublikası Sovet İttifaqının respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi:

"Bütün ömrünü canından artıq sevdiyi xalqına fəda verən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1923-cü il mayın 10- da Azərbaycanın qədim diyarı olan Naxçıvanda anadan olmuşdur. Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsində sədr müavini, 1967-ci ildən isə sədr vəzifəsində işləyib, general - mayor rütbəsinə qədər yüksəlmişdir. 1969-cu ildə Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub.
1987-ci ilin oktyabrından Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunun və Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz edərək tutduğu vəzifədən istefa verib. 1970-1980-ci illərdə Heydər Əliyev Sovet Azərbaycanının inkişafında müstəsna rol oynamışdır. 1969-cu ilə qədər Azərbaycan Respublikası Sovet İttifaqının respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra respublikada sənaye, kənd təsərrüfatı sürətlə inkişaf etməyə başladı, çətin sosial vəziyyətdə yaşayan azərbaycanlıların həyat səviyyəsi, rifahı yüksəldi. SSRİ-nin müttəfiq respublikaları arasında Azərbaycan sosial-iqtisadi cəhətdən ön sıralara yüksəldi".

Deputat bildirib ki, Dağlıq Qarabağla bağlı Sovet rəhbərliyinin ikiüzlü, riyakar siyasətinə etiraz əlaməti olaraq ulu öndər Heydər Əliyev 1991-ci ilin iyul ayında Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi.

"1990-cı il yanvarın 20-də Sovet qoşunları Bakı şəhəri və bir sıra rayonlarımızda azərbaycanlılara qarşı qətliam törətdilər. Səhərisi gün 21 yanvarda həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev hadisənin təşkilatçılarını ittiham edərək cəsarətli bəyanatla çıxış etdi. Dağlıq Qarabağla bağlı Sovet rəhbərliyinin ikiüzlü, riyakar siyasətinə etiraz əlaməti olaraq ulu öndər Heydər Əliyev 1991-ci ilin iyul ayında Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi.
1990-cı ildə Azərbaycana qayıdan ulu öndər həmin il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. YAP-ın Naxçıvanda keçirilən təsis qurultayında Heydər Əliyev partiyanın sədri seçilir. Məhz Heydər Əliyevin siyasi peşəkarlığı sayəsində YAP ölkənin ən böyük və güclü bir partiyasına çevrildi. Ulu öndər Heydər Əliyevin dahi şəxsiyyət, güclü siyasətçi olması, öz xalqına olan sadiqiyi, Azərbaycanın görkəmli ziyalılarını onun ətrafında birləşdirdi. 1990-cı ilin əvvəlində Azərbaycanda ictimai-siyasi vəziyyət çox ağır durumda idi. Ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycan xalqı başa düşürdüki ölkəni bu çətin durumdan ancaq ulu öndər Heydər Əliyev çıxara bilər. Xalqın haqlı tələbi ilə Heydər Əliyev Bakıya gəldi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi və iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqının səsinin əksəriyyətini qazanan Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu öndər Heydər Əliyev Prezident seçildikdən sonra güclü Azərbaycan dövlətinin təməli qoyuldu və Azərbaycan xalqını rifaha aparan yolun başlanğıcı oldu. Ölkəmiz bütün sahələrdə böyük inkişaf mərhələsinə qədəm qoydu.
Azərbaycanın uğurlu inkişafını davam etdirmək, insanların rifahını daha da yüksəltmək üçün xalqımız 1998-ci il oktyabrın 11-də Heydər Əliyevi növbəti dəfə Prezident seçdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti öz müstəqilliyini qorudu, dövlətçiliyin əsasları qoyuldu, böyük iqtisadi islahatlara başlanıldı. Xalq Heydər Əliyevə inanırdı və bilirdi ki, məhz Heydər Əliyev zəkası, müdrikliyi dövləti, xalqı xoşbəxt gələcəyə apara bilər. Ulu öndər Heydər Əliyev milli dövlətçilik ənənələrini də bərpa etdi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilmişdir.
Heydər Əliyev Prezident seçildikdən sonra bütün silahlı dəstələri bir komandanlıq altında birləşdirdi. Heydər Əliyevin başçılığı ilə Azərbaycan Ordusu uğurlu hərbi əməliyyat keçirərək Füzuli rayonunun bir neçə yaşayış məntəqəsini işğaldan azad etdi. Hərbi uğursuzluqla üzləşdiyini görən təcavüzkar Ermənistan rəhbərliyi 1994- cü ilin mayında atəşkəs haqqında protokola imza atdı. Atəşkəsin əldə edilməsi ilə Azərbaycan iqtisadi, siyasi, hərbi sahələrdə böyük inkişaf mərhələsinə qədəm qoydu.
1994-cü il sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 nəhəng neft şirkəti arasında bağlanan Əsrin müqaviləsi Azərbaycanın gələcək iqtisadi inkişafına, ölkəmizin siyasi nüfuzunun artmasına şərait yaratdı. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü güclü Azərbaycan dövlətinin bünövrəsini qoydu.
Ulu öndər fenomenal, universal biliyə, qeyri adi yaddaşa malik şəxsiyyət idi. Dünya liderləri Heydər Əliyevi dünyanın ən güclü siyasətçilərindən biri olduğunu etiraf edirdilər. Heydər Əliyev eyni zamanda idarəetmənin ustadı və dünya siyasətinin kamil bilicisi, uzaqgörən bir siyasətçi, mahir diplomat idi. Ulu öndər Heydər Əliyev milli ideologiyanın, azərbaycançılıq məfkurəsinin yaradılmasının banisi olmuşdur.
Bugünkü güclü Azərbaycan Ordusunun əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1971-ci ildə Heydər Əliyev Çəmşid Naxçıvanski adına Hərbi litseyin yaradılmasına nail oldu. Bununla da Azərbaycanda milli hərbi kadrların hazırlanmasına başlanıldı. 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında Heydər Əliyev tərəfindən imzalanmış fərman hərbi zabitlərin yetişdirilməsində böyük addım oldu.
Müasir Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqının xilaskarı, ümummilli lider Heydər Əliyev əbədi olaraq Azərbaycan xalqının yaddaşında, qəlbində yaşayacaq" ,- deyə deputat əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1699   Tarix: 08 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr