Tanınmış aparıcının evindən küllü miqdarda pul oğurlandı: "Anamı iynə ilə yatızdırıb..."
Tanınmış aparıcı Sona Rəsulovanın başına iş gəlib.
Sonxeber.az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə məlumat verən aparıcının sözlərinə görə, anasına qulluq edən xəstə baxıcısı qadın evdən küllü miqdarda pul və zinət əşyası oğurlayıb.
"Artıq çoxunuz bilirsiz ki, 5 fevral tarixində anam insult keçirib. 23 fevral tarixinə kimi xəstəxanada idik, daha sonra müalicəni evdə davam edirik. 2 mart tarixində evimizə özünü xəstə baxıcısı Günay kimi təqdim edən qadın gəldi.
Onunla yataq xəstəsinə baxmağa görə 1000 manata razılaşdıq. Bir ay sınaq müddəti başladı. 3 qızına çox cehiz verdiyi üçün borcunun olduğundan maaşına bir neçə gün qalmış əmək haqqının yarısı ödəməmi istədi. Mən də razılaşdım".
Anasına baxan qadının bir çox bəhanələrlə tez-tez getdiyini ifadə edən aparıcı deyir ki, elə bu müddətlərdə evdən bir neçə dəyərli əşyanın itdiyini hiss edib.
"Onun işlədiyi vaxt ərzində evdə əşyalar itirdi. Mən də stressli vəziyyəti nəzərə alıb, sonra taparam deyirdim. Məsələn, anamın qızıl üzüyünü və bahalı ətrimi tapa bilmirdim. Daha sonra evdən pulların azaldığını hiss etməyə başladım. Bunu yoxlamaq üçün eyni yerə qoymaq şərti ilə az pul saxladım.
Hər gün pulların sayını qeyd edirdim, beləcə 100-150 dollar azaldığını aşkar etdim. Növbəti dəfə bu qadını evdə tək qoyduqdan sonra gəldim gördüm ki, yenə pullar azalmağa başlayıb. Anama baxan qadın da 3-5 gün ərzində evdən çıxmamışdı".
Pulların evindəki qadın tərəfindən götürüldüyünə əmin olan Sona Rəsulova hadisə ilə bağlı 102 polis xidmətinə müraciət edib.
"Gecə saat 00:00-ı keçmişdi onu yanıma çaqırdım. Ona itən pulları, əşyaları götürdüyünü bildirdim. Nə isə pulu cibindən safetkaya bükülmüş halda çıxardı. "Ehtiyacım var idi", - dedi. "Bəs pulun yerini haradan bilirdin?", - deyə soruşanda isə, "Mən evdə hər yeri axtarırdım", - cavabını verdi. Gecə əlini Qurani-Kərimə basıb başqa heç nə götürmədiyini bildirdi.
Ümumilikdə evimizdən 2400 dollar, 500 manat pul, bir qızıl üzük və bahalı ətir oğurlamışdı. Qadın gedəndən bir neçə gün sonra anamın səhəti daha da yaxşılaşır. Deməli o anama nəsə əlavə iynə vurub ki, onun oğurluğuna mane olmasın.
Hadisə ilə bağlı polisə müraciət etdim. Dərhal əməliyyat qrupu yaradıldı və bu qadın polislər tərəfindən saxlanıldı. Dindirilən zaman əvvəlcə hər şeyi inkar etdi, daha sonra evdən oğurladığı üzüyü hansısa Lombarda satdığını bildirdi. Üzük tapılıb və hazırda Cinayət işi başlanılıb. Ümid edirəm oğurladığı pullarımız da tezliklə qayıdar və cinayətkar cəzasını alar", - aparıcı qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Qızılın qiymətində yeni göstəricilər
Gündə minimum addım sayı təyin edildi
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR
Bakıda ev almaq istəyənlər üçün ƏN SƏRFƏLİ ƏRAZİLƏR - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video