ÜST-dən Azərbaycandakı pandemiya ilə bağlı YENİ AÇIQLAMA
"Koronavirusla bağlı pandemiya dövrü bitib, lakin xəstəlik hələ davam edir".
Sonxeber.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O bildirib ki, COVID xəstəliyi hələ də var, sadəcə olaraq fövqəladə vəziyyət dövrü ortadan qaldırılıb.
"Bundan sonra bütün ölkələr koronavirusla bağlı vəziyyəti izləməyə davam etməlidirlər. Necə ki, qrip xəstəliyi var, COVID də var. Bir vaxtlar qrip xəstəliyi də pandemiya şəklində ortaya çıxmışdı. Lakin indi sadəcə xəstəlik kimi qalıb. Digər tərəfdən genomika araşdırmaları davam etdirilməlidir. Bildiyimiz qədəri ilə Azərbaycan da bu istiqamətdə tədqiqatlar aparır. Təbii ki, bundan sonra da yenə pandemiyalar olacaq. Prosesləri yaxından izləməliyik ki, gələcəkdə ortaya çıxa biləcək hər hansısa pandemiyalara vaxtında müdaxilə edə bilək".
Hande Harmancı koronavirusa qarşı vaksinasiya prosesinin davam etdirilib-etdirilməməsi zərurətinə də aydınlıq gətirib.
O bildirib ki, bununla bağlı qərarı hər bir ölkə müstəqil olaraq verir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1584 Tarix: 09 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səbuhi Əliyevə vəzifə verildi - Dosye
Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa
8 oktyabrQəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı
Qəbələdə Yeni il şənliyi zamanı "Şaxta baba" obrazında olan şəxsi döyməkdə təqsirləndirilən "Fortuna Boutique Hotel"in sahibi Samir Abdullayev barəsində inzibati tənbeh tətbiq edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə qərarına əsasən, 1985-ci ildə Yevlax şəhərində anadan olan, al
8 oktyabrMəktəbdə nizam-intizam niyə vacibdir? - Təhsil yalnız dərs keçməklə bitmir
Məktəb yalnız biliklərin öyrədildiyi məkan deyil. Şagirdlərin məsuliyyət, qarşılıqlı hörmət, qaydalara əməl etmək və cəmiyyət içində düzgün davranmaq vərdişləri də məhz burada formalaşır. Buna görə məktəbdə nizam-intizamın qorunması tədrisin keyfiyyəti və sağlam təhsil mühitinin yaradılması baxımında
9 oktyabrMəleykə Abbaszadə müdiri işdən çıxardı, yenisi təyin etdi
Dövlət İmtahan Mərkəzinin (DİM) Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunun müdiri dəyişib. -a istinadən xəbər verir ki, bununla bağlı DİM sədri Məleykə Abbaszadə müvafiq əmr imzalayıb. Belə ki, Süraya Cəfərova Magistratura
9 oktyabr