Keçmiş icra başçısının oğlu "Şərurlu İsfəndiyar"a qarşı - Əmlak davası (FOTO)
Ağsu Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ənvər Seyidəliyevin oğlu Dəyanət Seyidəliyev "Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundova məxsus "Şərur" Mənzil-Tikinti Kooperativindən (MTK) əmlak tələb edir.
Qaynarinfo xəbər verir ki, keçmiş icra başçısının oğlu bu məqsədlə məhkəməyə müraciət edib.
Birinci instansiya məhkəməsi Dəyanət Seyidəliyevin iddiasını təmin etməyib. O, apellyasiya şikayəti verib. Artıq iş üzrə hakim təyin edilib. Dəyanət Seyidəliyevin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Akif İsgəndərovun sədrliyi ilə baxılacaq.
İşin detalları barədə açıq mənbələrdə məlumat yoxdur.
Dəyanət Seyidəliyev
"Şərur" MTK 24 aprel 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 148 788.20 AZN-dir. İsfəndiyar Axundovun şirkəti Azərbaycanın tikinti bazarında əsas oyunçulardan biridir.
Dəyanət Seyidəliyevin atası Ənvər Seyidəliyev 2007-2019-cu illərdə Ağsunun icra başçısı olub. O, hazırda təqaüddədir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3375 Tarix: 09 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səbuhi Əliyevə vəzifə verildi - Dosye
Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa
8 oktyabrQəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı
Qəbələdə Yeni il şənliyi zamanı "Şaxta baba" obrazında olan şəxsi döyməkdə təqsirləndirilən "Fortuna Boutique Hotel"in sahibi Samir Abdullayev barəsində inzibati tənbeh tətbiq edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə qərarına əsasən, 1985-ci ildə Yevlax şəhərində anadan olan, al
8 oktyabrMəktəbdə nizam-intizam niyə vacibdir? - Təhsil yalnız dərs keçməklə bitmir
Məktəb yalnız biliklərin öyrədildiyi məkan deyil. Şagirdlərin məsuliyyət, qarşılıqlı hörmət, qaydalara əməl etmək və cəmiyyət içində düzgün davranmaq vərdişləri də məhz burada formalaşır. Buna görə məktəbdə nizam-intizamın qorunması tədrisin keyfiyyəti və sağlam təhsil mühitinin yaradılması baxımında
9 oktyabrMəleykə Abbaszadə müdiri işdən çıxardı, yenisi təyin etdi
Dövlət İmtahan Mərkəzinin (DİM) Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunun müdiri dəyişib. -a istinadən xəbər verir ki, bununla bağlı DİM sədri Məleykə Abbaszadə müvafiq əmr imzalayıb. Belə ki, Süraya Cəfərova Magistratura
9 oktyabr