9 May - faşizm üzərində Qələbə günüdür
"Dünya birliyi Azərbaycan xalqının döyüş ruhu, insan resursu və təbii ehtiyatlarının müstəsna rolu hesabına İkinci Dünya Müharibəsində faşizm üzərində böyük qələbə qazansa da, təəssüf ki, bu qorxunc ideologiya tam məhv edilmədi. Üstəlik XX əsrin sonlarında faşizm ideologiyası Ermənistanın simasında yenidən dirçəlməyə, zamanında özü faşizmdən zərər çəkmiş Fransa kimi bəzi dövlətlər isə erməni neofaşizminə açıq dəstək verməyə başladılar. Azərbaycan 44 günlük haqq savaşında Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə Ermənistanı diz çökdürməklə, əslində erməni faşizminin yayılmasının qarşısını alıb, Qafqazda neofaşizmin əsas dalğasını məhv etdi. Cənab İlham Əliyevin dediyi kimi, bununla da Azərbaycan xalqı və Azərbaycan Ordusu bölgəmizi böyük bəladan – erməni faşizmindən xilas etmiş oldu".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, bu gün Ermənistan və onun havadarlarının hələ də neofaşist ideologiyasını yaşatmaq niyyətini müşahidə edirik.
"Ermənistanda Nijdenin heykəli, Nemesis abidəsi ucalır, Fransa isə bu təcavüzkarlığın dirçəlməsinə bütün mümkün dəstəyi verməkdə israrlı görünür. Bu şər ittifaqının neofaşizmin arealını genişləndirməsinə imkan verməyən yeganə güc regional səviyyədə Azərbaycan Respublikası, qlobal müstəvidə isə Qoşulmama Hərəkatının Sədri cənab İlham Əliyevdir. Bu mənada, əlamətdar 9 may tarixində əminliklə demək olar ki, XXI əsrdə faşizmlə mübarizədə ən səmərəli fəaliyyət göstərən lider cənab İlham Əliyev, ən inamlı mübarizə aparan dövlət isə Azərbaycan Respublikasıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Qızılın qiymətində yeni göstəricilər
Gündə minimum addım sayı təyin edildi
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR
Bakıda ev almaq istəyənlər üçün ƏN SƏRFƏLİ ƏRAZİLƏR - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video