Cıdır düzündə "Xarıbülbül" festivalının açılış konserti olub - FOTO
Şuşa şəhərində təşkil olunan "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 9-da Cıdır düzündə konsert proqramı təqdim olunub.
Oxu.Az xəbər verir ki, konsert proqramında TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivlərinin təqdimatında bir-birindən maraqlı ifaları dinlənilib.
Konsert çərçivəsində incəsənət ustaları təmsil etdikləri ölkə və regionun musiqi mədəniyyətini tamaşaçılara təqdim ediblər.
Konsertdə Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistandan olan musiqi kollektivlərinin və ifaçıların çıxışları maraqla qarşılanıb.
Sonda Türk dünyasının solistləri birlikdə "Qarabağ" kompozisiyasını ifa ediblər.
Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı mayın 11-dək davam edəcək. Festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq.















Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1243 Tarix: 09 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səbuhi Əliyevə vəzifə verildi - Dosye
Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa
8 oktyabrQəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı
Qəbələdə Yeni il şənliyi zamanı "Şaxta baba" obrazında olan şəxsi döyməkdə təqsirləndirilən "Fortuna Boutique Hotel"in sahibi Samir Abdullayev barəsində inzibati tənbeh tətbiq edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə qərarına əsasən, 1985-ci ildə Yevlax şəhərində anadan olan, al
8 oktyabrMəktəbdə nizam-intizam niyə vacibdir? - Təhsil yalnız dərs keçməklə bitmir
Məktəb yalnız biliklərin öyrədildiyi məkan deyil. Şagirdlərin məsuliyyət, qarşılıqlı hörmət, qaydalara əməl etmək və cəmiyyət içində düzgün davranmaq vərdişləri də məhz burada formalaşır. Buna görə məktəbdə nizam-intizamın qorunması tədrisin keyfiyyəti və sağlam təhsil mühitinin yaradılması baxımında
9 oktyabrMəleykə Abbaszadə müdiri işdən çıxardı, yenisi təyin etdi
Dövlət İmtahan Mərkəzinin (DİM) Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunun müdiri dəyişib. -a istinadən xəbər verir ki, bununla bağlı DİM sədri Məleykə Abbaszadə müvafiq əmr imzalayıb. Belə ki, Süraya Cəfərova Magistratura
9 oktyabr