Media.Az-ın baş aşpaz Metin Kadıkla müsahibəsi: "Veqanlar üçün braunilər və avokado tartaletləri" - FOTO
Bakıda, Xəzər dənizinin sahilində, mənzərəli dəniz qəsəbəsi olan "Sea Breeze Resort"un ərazisindəki "Nine Senses" incəsənət mərkəzində yerləşən "Vida Cafe" restoranında Heydər Əliyev Fondunun vitse-prezidenti, rəssam və şair Leyla Əliyeva və baş aşpaz Metin Kadıkın "Şirin, amma şəkərsiz" adlı birgə kitabının təqdimatı olub.
Kitab kağız və elektron versiyada olmaqla dörd dildə - Azərbaycan, rus, ingilis və türk dillərində nəşr olunub.
Bütün insanların, o cümlədən özlərinin sağlamlığının qayğısına qalan müəlliflər sağlam inqrediyentlərə əsaslanan və təbii dadlandırıcıların istifadə olunduğu reseptlər təklif edirlər. Elə reseptlər ki, çox vaxt yalnız peşəkar kulinariya mütəxəssislərinə məlumdur.
Media.Az Türkiyə, Dubay və Banqkokdakı restoranların mətbəxlərinə rəhbərlik edən, tanınmış aşpaz Metin Kadıkdan müsahibə alıb. Hazırda o, Azərbaycanda yaşayır və işləyir, "Vida Cafe Baku" restoranında baş aşpaz kimi fəaliyyət göstərir.
- Metin bəy, nə qədər müddətdir Bakıda çalışırsınız?
- Son iki ildir. Bütün bu müddət ərzində mən sağlam yeməklərin hazırlanması üzrə ixtisaslaşıram. Çox zəngin milli mətbəxin olduğu Azərbaycanda buna nail olmaq asan deyil. Lakin mövsümi meyvə və tərəvəzlərin böyük çeşidi sayəsində biz bununla bağlı nəticə əldə edə bilirik. Ona görə də hazırladığım yeməklərdə məhz mövsümi məhsullardan istifadə etməyə, mümkün qədər emal olunmuş qidalardan uzaq durmağa çalışıram.
- Leyla Əliyeva ilə tanışlığınız necə olub?
- Leyla xanımla məni bir araya gətirən məhz düzgün qidalanma mövzusu oldu. Sağlam və balanslaşdırılmış qidalanma onunla daim müzakirə etdiyimiz mövzulardır. Sağlam qidalanmağa həsr olunmuş kitab ərsəyə gətirmək ideyası da belə yarandı.
Biz istədik ki, hər kəs üçün əlçatan olan reseptləri paylaşaq, həmçinin yeməklərin hazırlanması üçün istifadə olunan inqrediyentləri tapmaq asan olsun və hər kəs onları öz evində bişirə bilsin.
Mən bu restoranın baş aşpazı kimi hər bir yeməyə xüsusi qayğı və diqqətlə yanaşmağa, boşqabda sənət əsəri yaratmağa çalışıram.
- Leyla xanımın ən çox sevdiyi yeməklər barədə danışa bilərsinizmi?
- Leyla xanım sağlam və balanslaşdırılmış qidalanmaya böyük diqqət yetirir. Onun sevdiyi yeməklərdən danışsaq, bunlar mövsümi meyvə-tərəvəzlər əsasında hazırlanan yeməklərdir.
- Bəs şirniyyat necə?
- Leyla xanım da hamı kimi, şirniyyatı çox sevir, lakin şəkərsiz desertlərə üstünlük verir. Onun ən çox sevdiyi şirniyyata gəlincə, bu, yəqin ki, veqanlar üçün brauni və avokado tartaletləridir.
- Bəs öz sevimli yeməkləriniz barədə nə deyə bilərsiniz? Milli mətbəximizdən nələrə üstünlük verirsiniz?
- Mən düşbərəni, turşuları və müxtəlif plov növlərini sevirəm. Həmçinin Türkiyədə vərdiş etdiyim yeməklərin bir az fərqli də olsa, Azərbaycanda hazırlandığını görmək mənə çox xoşdur.




Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Qızılın qiymətində yeni göstəricilər
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Gündə minimum addım sayı təyin edildi
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR
Bakıda ev almaq istəyənlər üçün ƏN SƏRFƏLİ ƏRAZİLƏR - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA