"Beşiktaş"ın baş məşqçisi: "Mahir Emreli istedadlı futbolçudur"

"Beşiktaş"ın baş məşqçisi: "Mahir Emreli istedadlı futbolçudur""Mahirin oyununu hələ "Qarabağ"da çıxış edərkən izləmişdim, istedadlı futbolçudur".

Bunu "Report"a müsahibəsində Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Şenol Güneş azərbaycanlı futbolçuların qardaş ölkədə legioner həyatı yaşaması barədə danışarkən deyib.

71 yaşlı mütəxəssis daha əvvəl Rəşad Sadıqovun da Türkiyədə oynadığını xatırladıb: "Onunla da əlaqəm var, hərdən danışırıq. Yəni, Azərbaycanda da futbolçu yetişir. Amma onların inkişafı üçün uzunmüddətli plan lazımdır. Problem məhz bundadır. Avrokuboklarda oynamaq üçün hazır futbolçu lazımdır. Bu zaman ən asan yol legioner götürməkdir. Halbuki əlindəki yerlilərin meydana çıxmağa ehtiyacı var. Onlara daha çox şərait yaratmaq lazımdır. Əvvəlcə əlimizdəkindən istifadə etməliyik. Keçmişdə imkanlar məhdud idi. Amma ində elə deyil".

Onun sözlərinə görə, Azərbaycanda futbolun inkişafı üçün infrastruktur var: "AVRO-2020 zamanı "Neftçi"nin stadionunda məşq edirdik. Xalça kimi meydança, tribunalar əla. Hər komandanın stadionu, məşq meydançaları var. Təhsil üçün şərait, insan amili və təşkilatçılıq önəmlidir. Futbol bu qədər sevilirsə, oyunçu yetişdirməli, hazıra qaçmamalıyıq. Hazırda bizim Avropada oynayan futbolçularımız var. Düzdür, hardasa bir səviyyə geridəyik. Ölkə xaricinə gedən futbolçularımız bəzən uğurlu çıxış edə bilmir. Düşünürəm ki, Azərbaycandan da Avropaya səs salan oyunçular çıxmalıdır. Yetişən futbolçular meydana çıxmalı, oyun təcrübəsi qazanmalıdırlar".

Ş.Güneş bildirib ki, hazırda "Qarabağ"a başçılıq edən Qurban Qurbanov kimi təlimçi və rəqabətcil mütəxəssislərin sayını artırmaq lazımdır: "Bundan sonra əcnəbi məşqçilərin də futbola xeyri dəyə bilər. Biz nəyisə görürük və dərhal düşünürük ki, bunu edə bilərik. Bu, elə də asan məsələ deyil. 50 ildir bu işin içindəyəm, hələ də özümü tam məşqçi hesab etmirəm. Hər gün yeniliyə ehtiyac var. Futbola marağı artırmaq üçün rəqabət lazımdır. Bizdə "Qalatasaray", "Fənərbağça", "Beşiktaş" və "Trabzonspor" arasındakı rəqabətin türk futbolunun nəbzini tutduğunu düşünürəm. Amma bəzən bu matçlar davaya çevrilir. Bu isə tamamilə başqa mövzudur".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1294   Tarix: 13 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı

"Sabah" Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu gün paytaxt təmsilçisi 1-ci turda "Mançester Yunayted"in qonağı olacaq. "Old Trafford" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyun

10 sentyabr
.

Naxçıvanda ilk Minifutbol Kuboku başa çatıb

Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan Minifutbol Kuboku üzrə iki aya yaxın davam edən mübarizəyə yekun vurulub. Final qarşılaşmasında "Cahan MFK"nı 6:5 hesabı ilə məğlub edən "Prestij MFK" turnirin ilk qalibi adını qazanıb. Sentyabrın 15-də Uzunoba Təlim-Məşq Bazasınd

16 sentyabr
.

"Sabah" "Şəfa"ya qarşı

Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra

14 sentyabr
.

Mbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər

Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd

13 sentyabr
.

"Mən və o ən yaxşı futbolçularıq" - Yamal

"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı

14 sentyabr
.

İnfantino FIFA prezidentliyinə namizədliyini irəli sürüb-sürməyəcəyini açıqlayıb

FIFA prezidenti Canni İnfantino təşkilatın rəhbərliyinə növbəti seçkilərdə namizədliyini irəli sürəcəyini təsdiqləyib. "Report" xəbər verir ki, onun sözlərindən "The Touchline" sitat gətirib. "Əlbəttə, gələnilki seçkilərdə namizəd olacağam. Bilmək istəsəniz, mənim platforma

12 sentyabr
.

Avropa Liqasında ilk turun oyunları başa çatdı

UEFA Avropa Liqasında əsas mərhələnin ilk turunun oyunları başa çatıb. İlk turda 9 qarşılaşma keçirilib. xarici mediaya istinadla xəbər verir ki, gecənin diqqətçəkən oyunlarından birində Türkiyənin "Beşiktaş" komandası İstanbulda Fransa təmsilçisi "Marsel"i qəbul edib. İstanbul təmsilçis

18 sentyabr
.

Formula 1 altı illik fasilədən sonra İstanbula qayıdır - Tarix açıqlandı

Formula 1 yarışları altı illik fasilədən sonra yenidən İstanbulda keçiriləcək. Qaynarinfo xəbər verir ki, 2027-ci il FIA Formula 1 Dünya Çempionatının təqvimi açıqlanıb. Təqvimə əsasən, "Formula 1 Turkish Grand Prix" 1-3 oktyabr 2027-ci il tarixlərində TOSFED İstanbul Parkda təşkil olunacaq

17 sentyabr
.

Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub

"Fənərbağça"nın qapıçısı Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub. xəbər verir ki, 37 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Xatırladaq ki, Mert Günok 2012-ci ildən Türkiyə yığmasının formasını geyinib

18 sentyabr