Niyaməddin Paşayev: "Dünya çempionu olmağa potensial taekvondoçularımız var"

Niyaməddin Paşayev: "Dünya çempionu olmağa potensial taekvondoçularımız var""Həm kişi, həm də qadınlardan ibarət milli komandalarımız dünya çempionatının hazırlığına yanvardan başlayıblar. Hazırda son məşqlərini edirlər".

Bunu APA-ya Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev deyib.

O, taekvondo yığmalarımızın Bakıda keçiriləcək dünya çempionatına hazırlıqlarını dəyərləndirib. Paşayev bildirib ki, hər iki milli komanda mundial üçün son toplanışını keçir:

"Kişilərdən ibarət yığma Şamaxıda toplanışdadır. Onlar bu gün Bakıya qayıdıb, hazırlığı paytaxtda davam etdirəcəklər. Qadın taekvondoçularımız isə federasiyanın inzibati binasında hazırlıq keçirlər. Komandalarımız son hazırlıq dönəmindədir və hər şey yüksək səviyyədədir".

Vitse-prezident 143 ölkənin qatılacağı mundialda taekvondoçularımızın şansları barədə də danışıb. Onun sözlərinə görə, heyətdə yer alacaq hər bir milli üzvü dünya çempionu olmaq üçün əlindən gələni edəcək:

"Düzdür, mundiala əvvəlcədən proqnoz vermək düzgün olmazdı. Amma komandamızda dünya çempionu olmağa potensial taekvondoçularımız var. Onlardan dünya çempionatında qızıl medal gözləyirik".

Paşayev bildirib ki, dünya çempionatına bir həftə qalmış bir neçə ölkə ilə birgə hazırlıq da nəzərdə tutulub. Komandalarımızla Özbəkistan və İordaniyanın məşq keçəcəyi dəqiqləşib. Lakin bu say yeddiyə çata bilər. Çünki daha beş komanda da bununla bağlı federasiyaya müraciət edib.

Qeyd edək ki, mayın 29-dan iyunun 4-dək keçiriləcək dünya çempionatında ölkəmizi Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Əliəsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakorava (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcəklər.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1030   Tarix: 13 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı

"Sabah" Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu gün paytaxt təmsilçisi 1-ci turda "Mançester Yunayted"in qonağı olacaq. "Old Trafford" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyun

10 sentyabr
.

Naxçıvanda ilk Minifutbol Kuboku başa çatıb

Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan Minifutbol Kuboku üzrə iki aya yaxın davam edən mübarizəyə yekun vurulub. Final qarşılaşmasında "Cahan MFK"nı 6:5 hesabı ilə məğlub edən "Prestij MFK" turnirin ilk qalibi adını qazanıb. Sentyabrın 15-də Uzunoba Təlim-Məşq Bazasınd

16 sentyabr
.

"Sabah" "Şəfa"ya qarşı

Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra

14 sentyabr
.

Mbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər

Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd

13 sentyabr
.

"Mən və o ən yaxşı futbolçularıq" - Yamal

"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı

14 sentyabr
.

İnfantino FIFA prezidentliyinə namizədliyini irəli sürüb-sürməyəcəyini açıqlayıb

FIFA prezidenti Canni İnfantino təşkilatın rəhbərliyinə növbəti seçkilərdə namizədliyini irəli sürəcəyini təsdiqləyib. "Report" xəbər verir ki, onun sözlərindən "The Touchline" sitat gətirib. "Əlbəttə, gələnilki seçkilərdə namizəd olacağam. Bilmək istəsəniz, mənim platforma

12 sentyabr
.

Avropa Liqasında ilk turun oyunları başa çatdı

UEFA Avropa Liqasında əsas mərhələnin ilk turunun oyunları başa çatıb. İlk turda 9 qarşılaşma keçirilib. xarici mediaya istinadla xəbər verir ki, gecənin diqqətçəkən oyunlarından birində Türkiyənin "Beşiktaş" komandası İstanbulda Fransa təmsilçisi "Marsel"i qəbul edib. İstanbul təmsilçis

18 sentyabr
.

Formula 1 altı illik fasilədən sonra İstanbula qayıdır - Tarix açıqlandı

Formula 1 yarışları altı illik fasilədən sonra yenidən İstanbulda keçiriləcək. Qaynarinfo xəbər verir ki, 2027-ci il FIA Formula 1 Dünya Çempionatının təqvimi açıqlanıb. Təqvimə əsasən, "Formula 1 Turkish Grand Prix" 1-3 oktyabr 2027-ci il tarixlərində TOSFED İstanbul Parkda təşkil olunacaq

17 sentyabr
.

Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub

"Fənərbağça"nın qapıçısı Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub. xəbər verir ki, 37 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Xatırladaq ki, Mert Günok 2012-ci ildən Türkiyə yığmasının formasını geyinib

18 sentyabr