Premyer Liqa: "Turan Tovuz" "Qəbələ"ni son dəqiqə qolu ilə məğlub edib
Azərbaycan Premyer Liqasında XXXIV tur davam edir.
Günün ilk oyunu Qəbələdə keçirilib.
Bölgə komandalarının duelində "Qəbələ" "Turan Tovuz"u qəbul edib.
Qarşılaşmada hesab fasilədən sonra açılıb. 54-cü dəqiqədə Sadiq Quliyev qonaqları önə keçirib. Bu azmış kimi, "Qəbələ" iki dəqiqə sonra azlıqda qalıb. Kapitan Urfan Abbasov qırmızı vərəqə ilə meydandan qovulub.
Buna baxmayaraq, "qırmızı-qaralar" tezliklə status-kvonu bərpa ediblər. Sürətli əks-hücumu Rafael Utziq dəqiq zərbə ilə tamamlayıb. Matçın sonlarında Asif Məmmədov zədələnərək mübarizəni davam etdirə bilməyib. Məşqçilər korpusu bütün əvəzləmələrdən istifadə etdiyi üçün meydan sahibəri qarşılaşmanı 9 nəfərlə tamamlamalı olublar.
Bundan yararlanan tovuzlular son saniyələrdə qələbə topunu vurublar. Xulu Siyanda 90+5-ci dəqiqədə başla toru silkələyərək, qonaqlara 2:1 hesablı qələbə qazandırıb.
Bununla 48 xalla 4-cü yerdə qərarlaşan "Qəbələ" 5-ci sıradakı "Zirə" ilə aradakı xal fərqinin 2-yə enməsinə mane ola bilməyib. Turnir cədvəlinin 6-cı pilləsində yer alan "Turan Tovuz" isə aktivindəki xalların sayını 38-ə çatdırıb.
Qeyd edək ki, turun açılış oyununda bir gün əvvəl "Zirə" ilə "Kəpəz" 1:1 hesablı heç-heçə ediblər. Bu gün "Səbail" "Qarabağ"ı, mayın 14-də "Neftçi" "Şamaxı"nı, 17-də isə "Sumqayıt" "Sabah"ı qəbul edəcək.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 927 Tarix: 13 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı
"Sabah" Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu gün paytaxt təmsilçisi 1-ci turda "Mançester Yunayted"in qonağı olacaq. "Old Trafford" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyun
10 sentyabrNaxçıvanda ilk Minifutbol Kuboku başa çatıb
Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan Minifutbol Kuboku üzrə iki aya yaxın davam edən mübarizəyə yekun vurulub. Final qarşılaşmasında "Cahan MFK"nı 6:5 hesabı ilə məğlub edən "Prestij MFK" turnirin ilk qalibi adını qazanıb. Sentyabrın 15-də Uzunoba Təlim-Məşq Bazasınd
16 sentyabr"Sabah" "Şəfa"ya qarşı
Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra
14 sentyabrMbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər
Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd
13 sentyabr"Mən və o ən yaxşı futbolçularıq" - Yamal
"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı
14 sentyabrAvropa Liqasında ilk turun oyunları başa çatdı
UEFA Avropa Liqasında əsas mərhələnin ilk turunun oyunları başa çatıb. İlk turda 9 qarşılaşma keçirilib. xarici mediaya istinadla xəbər verir ki, gecənin diqqətçəkən oyunlarından birində Türkiyənin "Beşiktaş" komandası İstanbulda Fransa təmsilçisi "Marsel"i qəbul edib. İstanbul təmsilçis
18 sentyabrFormula 1 altı illik fasilədən sonra İstanbula qayıdır - Tarix açıqlandı
Formula 1 yarışları altı illik fasilədən sonra yenidən İstanbulda keçiriləcək. Qaynarinfo xəbər verir ki, 2027-ci il FIA Formula 1 Dünya Çempionatının təqvimi açıqlanıb. Təqvimə əsasən, "Formula 1 Turkish Grand Prix" 1-3 oktyabr 2027-ci il tarixlərində TOSFED İstanbul Parkda təşkil olunacaq
17 sentyabrMert Günok Türkiyə millisindəki karyerasını başa vurub
"Fənərbağça"nın qapıçısı Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub. xəbər verir ki, 37 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Xatırladaq ki, Mert Günok 2012-ci ildən Türkiyə yığmasının formasını geyinib
18 sentyabr