İlk dəfə mobil telefonla kimə zəng edilib? - VİDEO

İlk dəfə mobil telefonla kimə zəng edilib? - VİDEOBaku TV Gülnar Muradovanın mobil telefonun tarixçəsi və inkişafı ilə bağlı araşdırmasına həsr olunmuş süjet hazırlayıb.

Süjetin müəllifi ilk dəfə mobil telefonla edilən zənglə bağlı məlumat verir:

"1973-cü ilin apreli idi. Nyu-Yorkun mərkəzi küçələrinin birində əlində əcaib qurğunu saxlayıb telefonla danışan kişi hamının nəzərini özünə cəlb etməyi bacarmışdı. Bu zaman küçədəki insanlar bəlkə də onun yadplanetli olmasını düşünüblər. Amma o, yadplanetli deyildi. Həmin insan mühəndis Martin Kuper idi. Əlindəki əcaib aparat isə ilk telefon idi. O, rəqib şirkətdə çalışan həmkarı Coel Engelə zəng vurmuşdu. Çünki həmkarına nə vaxtsa bu möcüzənin baş verəcəyinə söz vermişdi. Məhz bu zəng yeni mobil eranın başlanğıcı və əlaqə yaratmaq sahəsində inqilab idi".

Süjetdə, həmçinin Azərbaycanda mobil rabitənin inkişafına toxunulur. Bildirilir ki, bu sahə Ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İctimai Nəzarət Şurasının sədri Sirus Abasbəyli Heydər Əliyevlə bağlı xatirələrini bölüşərkən deyib: "Ulu öndərin qəbulunda olarkən ona ən son model mobil telefon aparatı hədiyyə etdik. Bir neçə mobil nömrə verdik. 211 00 01 və 09-a qədər nömrələri şəxsən təqdim eləmişəm. Burada 10 ədəd nömrə var".

Daha ətraflı Baku TV-nin süjetində:


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2935   Tarix: 14 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu

Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka

15 noyabr
.

Xurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?

Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v

15 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq

Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə

17 noyabr
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

15 noyabr
.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

8 noyabr
.

Turşu xiyarların xarab olmaması üçün nə etməli?

Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank

8 noyabr
.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

7 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr