Rusiya XİN başçısı: "Heydər Əliyev ölkələrimizi birləşdirən şəxsiyyətdir"
"Bu həftənin əvvəlindən Moskvada həm SSRİ-nin, həm də Azərbaycanın böyük dövlət xadimi olan Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilir".
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar zamanı deyib.
O, ümummilli lider Heydər Əliyevi ölkələrimizi birləşdirən şəxsiyyət adlandırıb.
Lavrov həmçinin tədbirlərin təşkilinə görə Azərbaycanın Rusiyadakı səfirliyinə də təşəkkürünü bildirib.
Xatırladaq ki, bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında ikitərəfli görüş keçirilir.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1033 Tarix: 19 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlyona Əliyeva sərgidə - Fotolar
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Bir Mədəniyyət Xəzinəsi: "Divanü lüğat-it-türk" adlı sərginin açılışı baş tutub. "Qafqazinfo" xəbər verir ki, açılış mərasimində Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva iştirak edib. Fotoları təqdim edirik:
1 iyulBu institut ləğv edilir
"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakımənzilkommunlayihə" Layihə İnstitutunun ləğv edilməsi ilə bağlı zəruri tədbirlə
10 iyun"Qərbi Azərbaycana qayıdış ərazi ıddiası deyil, insan hüququdur" - AÇIQLAMA
Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda ərazi iddiası kimi qiymətləndirilməsi əsassızdır. Bunu Ordubadda keçirilən II "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı çərçivəsində jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib. Parlamentin sədr müavin
18 iyun