Aksiya iştirakçısı: "Məqsədimiz güney azərbaycanlıların səsini dünyaya çatdırmaqdır"
"Berlin aksiyasının məqsədi Brüsseldəki kimi güney azərbaycanlıların etirazlarını dünyaya, Avropa siyasi ictimaiyyətinə çatdırmaqdır".
Bunu "Report"un Avropa bürosunun əməkdaşına açıqlamasında aksiya iştirakçısı, Güney Azərbaycandan olan soydaşımız Şərifə Cəfəri deyib.
O bildirib ki, aksiyanın əsas tələblərindən biri də İranda Azərbaycan dilindən istifadəyə qoyulan qadağanın ləğv edilməsidir: "Bizim haqlarımız tapdanır, günahsız insanlarımız öldürülür və həbs edilir. Urmiya gölümüz qurudulur. Biz də haqlarımız və ədalət üçün çalışırıq".
Ş.Cəfəri söyləyib ki, güney azərbaycanlıların aksiyaları davamlı olacaq.
Qeyd edək ki, hazırda Almaniyanın paytaxtı Berlində 2006-cı ildə İranda baş verən 22 may (1 Xordad) hadisələrinin növbəti ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilir. "Unter Der Linden" meydanında toplaşan etirazçılar əllərində müxtəlif şüarlar, Azərbaycan və Güney Azərbaycanın bayraqlarını tutublar.
Aksiyada azərbaycanlılar, türkiyəlilər, Qaşqay türkləri iştirak edirlər. İrandan didərgin salınan və dünyanın müxtəlif ölkələrində məskunlaşmış Güney Azərbaycandan olan soydaşlarımız xüsusi fəallıqları ilə seçilirlər.
Onlar "Azadlıq, Ədalət, Milli Hökumət" şüarını səsləndirirlər.

Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1078 Tarix: 20 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrBu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu
18 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrAzərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabr