Yaxın zamanda mənzillər bahalaşacaq - AÇIQLAMA
"Yaxın zamanlarda İpoteka və Kredit Zəmanət Fondu tərəfindən növbəti kreditin ayrılması gözlənilir ki, bu da mənzil bazarına xüsusi fəallıq gətirəcək. Həmin hadisədən sonra bazarda yenidən qiymət artımının şahidi olacağıq".
Sonxeber.az xəbər verir ki, bu sözləri bizim.media-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert, iqtisadçı Vüqar Oruc qeyd edib.
Onun sözlərinə görə, hazırda əmlak bazarında stabillik mövcuddur:
"Tələb və təklif hələ də yüksək olduğu üçün qiymətlərdə cüzi də olsa artımın şahidi oluruq. Amma ötən il və bu ilin əvvəllərində olan yüksək qiymətlərlə hələ ki qarşılaşmırıq. Bazarımız dinamikləşib və fəallaşıb. Fors-major hal baş verməsə, bundan sonra ümumiyyətlə daşınmaz əmlakın qiymətində hər hansı enmə baş verməyəcək. Ölkəyə yeni investisiyalar və layihələr daxil olur. Bunlar isə daşınmaz əmlak bazarına əlavə təkan verən məsələdir.
Eyni zamanda dünyada baş verən inflyasiya nəticəsində, bütün milli valyutalar kimi, Azərbaycan manatının da alıcılıq qabiliyyəti düşüb. Mənzil bazarındakı qiymətlərə bu amil də təsir göstərir. Qiymətləri tətikləyən digər məqam isə investorların ölkəmizə axınıdır.
Ayrı-ayrı beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi ölkəmizin dünyanın turizm mərkəzlərindən birinə çevrilməsi istiqamətində inamlı addımlardır. Bütün bunlar daşınmaz əmlakın qiymətlərinin artmasını şərtləndirən amillər kimi qəbul oluna bilər".
Ekspert yay mövsümü ilə əlaqədar fərdi və bağ evlərinin kirayə ilə əldə edilməsi prosesinə start verildiyini də vurğulayıb. O deyib ki, bu baxımdan dənizqırağı ərazilərdə yerləşən fərdi bağ evlərinin qiymətində xüsusi artım var:
"Artıq fərdi və bağ evlərini kirayə ilə əldə etmək prosesinə start verilib. Bu evlərdə qiymətlərin artımı indidən hiss olunur ki, bu, bazarda təklif qiymətlərində də dəyişikliyə səbəb olacaq. Onu da əlavə edim ki, növbəti tədris ili ilə əlaqədar da bəzi valideynlər kirayə mənzil axtarmağa start veriblər. Bu da haradasa gələcək aylarda kirayə seqmentində çox ciddi artımların olacağını proqnozlaşdırmağa əsas verir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Pensiyalar bu tarixdə ödəniləcək
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Qızılın qiymətində yeni göstəricilər
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Mehriban Rəhimliyə hökm oxundu
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi