Sahibsiz itlərlə bağlı problem tezliklə həllini tapacaq - AÇIQLAMA
Son zamanlar Abşeron rayonu ərazisində sahibsiz itlərin insanlara hücum halları artıb. Ətraf yaşayış massivlərindən rayon ərazisinə axın edən sahibsiz itlər uşaq, qoca, yaşlı, cavan demədən hər kəsə hücum edirlər. Bəziləri bundan yüngül xəsarətlərlə canını qurtara bilsə də, bir çoxları aldıqları ağır yaralar səbəbilə günlərlə palatalarda yatmalı olurlar. Bunu BAKU.WS-in qaynar xəttinə daxil olan video və fotolardan ibarət çoxsaylı şikayətlər də sübut edir. Bəs görəsən bu xoşagəlməz hal nə vaxta qədər davam edəcək? Aidiyyatı qurumlar məsələdən xəbərdardırlar? Xəbərdardırlarsa, qarşısnı almaq üçün hər hansı profilaktiv tədbir görürülür?
Problemlə bağlı BAKU.WS-ə danışan heyvansevər Elxan Mirzəyev bildirib ki, bunun qarşısını almaq üçün görüləcək ən birinci profilaktiv tədbir onların qısırlaşdırmadır:
"Sahibsiz itlərin sayının artması ev heyvanı saxlayan insanların günahıdır. Ev heyvanlarının statusu var. Ev heyvanları saxlayan insanlara qarşı tələb qoyulmalıdır ki, onları qısırlaşdırsınlar, vaxtlı-vaxtında peyvəndlətsinlər. Ev heyvanı saxlayan hər kəs məsuliyyətli olsa, küçədə sahibsiz itlər artmaz. Heyvanları qısırlaşdırmırlar. Nəticədə onlar doğub törəyirlər. Polis gəlib yoxlanış aparmalı, baytarlıq gəlib yoxlamalıdır. Dövlət hətta bir rayonda real baytarlıq sistemi qurmalıdır".
Abşeron RİH-nin birinci müavini Yusif Sadıqov isə BAKU.WS-ə bildirib ki, yaxın zamanlarda problem köklü şəkildə həlll ediləcək. Belə ki, sahibsiz heyvanlar üçün xüsusi sığınacaq tikiləcək və onların hər biri ora yerləşdiriləcək:
"Məsələ tərəfimizdən araşdırılıb. Bununla bağlı Bakı şəhərində yerləşən "Toplan sahibsiz itlərə qayğı mərkəzi" ilə təmas qurmağa çalışdıq. Onlar ancaq Bakı şəhəri ərazisində fəaliyyət göstərdiklərini bildirdilər. Sahibsiz heyvanlara qarşı istər hüquqi, istərsə də humanist davranma nöqteyi nəzərindən radikal addımın atılması mümkün olmayıb.
Rayon icra hakimiyyəti tərəfindən mütəxəssilərin də rəyi nəzərə alınaraq sahibsiz heyvanlara qayğı mərkəzinin layihəsi hazırlanıb. Layihədə sahibsiz itlərin müalicəsi, müayinəsi, peyvəndlənməsi, insanlar tərəfindən himayəyə götürülməsi, onlar üçün xüsusi otaqların və gəzintiləri üçün böyük yaşıllıq sahənin salınması nəzərdə tutulub".
Qurumdan o da bildirilib ki, Abşeron rayon icra hakimiyyətindən də həmin layihənin tikintisi üçün maliyyə vəsaiti ayrılıb. Xidməti personal belə təyin edilib. Hazırda isə həmin sığınacaq üçün nəzərdə tutulan torpaq sahəsinin sənədləşdiriliməsi işləri aparılır. Artıq son mərhələdədir. Bu mərhələ bitdikdən sonra sığınacağın tikintisinə başlanılacaq.
Biz sayt olaraq qaynar xəttimizə daxil olan şikayətlər əsasında problemi işıqlandırdıq. Bunun dəqiqliklə nə vaxt həllini tapacağını isə zaman göstərər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Pensiyalar bu tarixdə ödəniləcək
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Qızılın qiymətində yeni göstəricilər
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Mehriban Rəhimliyə hökm oxundu
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi