"Beşinci üçtərəfli görüş: Brüsseldə qalib Azərbaycandır" - DEPUTAT
Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüsselə səfəri çərçivəsində keçirdiyi görüşlərin önəmi istər yerli, istərsə də beynəlxalq medianın gündəmini təşkil etməkdədir. Xüsusilə də, dövlət başçısının Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə üçtərəfli görüşünün diplomatik nəticələri geniş müzakirə olunur.
"Şarl Mişelin görüşdən sonra mətbuata açıqlamasında əks olunan məqamlar isə bir sıra məsələlərə aydınlıq gətirir. Aİ Şurasının Prezidenti qeyd edib ki, "Liderlər 1991-ci ilin Alma-Ata Bəyannaməsinə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər". Yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bu dəfə Avropa İttifaqı platformasından bəyan etdi. Bu, Azərbaycanın diplomatik müstəvidə ardıcıl nailiyyətlərinin davamıdır.
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
O bildirib ki, Şarl Mişelin açıqlamasında qeyd edildiyi kimi, "Bağlantılar məsələsində tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə aydın irəliləyişə nail olublar. Bu mövzuda xüsusilə də Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb".
"Beləliklə, Ermənistan Zəngəzur dəhlizinin açılmasının zəruriliyini rəsmi şəkildə etiraf və qəbul edib. Bu, Azərbaycanın mövqeyinə tam adekvat olmaqla yanaşı, kommunikasiyaların bərpasında, Zəngəzur dəhlizinin reallaşması məsələsində irəliləyişi ifadə edir. Ümumiyyətlə, dəhlizin yaradılması məsələsi təkcə Azərbaycanın deyil, bütövlükdə, regionun siyasi gündəliyinin mühüm tərkib hissəsidir. Bu da təsadüfi deyil, çünki kommunikasiyaların bərpası həm ölkəmizin yerləşdiyi regionda, həm də Asiyadan Avropaya doğru geniş məkanda yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Zəngəzur dəhlizi bir çox dövlətin əməkdaşlıq imkanlarını genişləndirəcək. Bəhs olunan açıqlamada yer alan "Avropa İttifaqının gizli gündəliyi yoxdur. Bizim yeganə məqsədimiz Azərbaycana və Ermənistana əhatəli və ədalətli sülhə nail olmaqda kömək etməkdir. Biz onların birgə səylərinə dəstək verməyə hazırıq" fikir isə Aİ-nin Cənubi Qafqazda sülhün bərqərar olunmasının özünü geostrateji prioritetləri sırasına daxil etdiyini göstərir. Başqa sözlə, Avropa İttifaqı postmüharibə dövrünün reallıqlarını məhz Azərbaycanın haqlı mövqeyi fonunda dəyərləndirir, Bakının təklifləri yüksək qiymətləndirilir və əsas götürülür. Avropanın siyasi paytaxtında baş tutan beşinci üçtərəfli görüş Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi-diplomatik müstəvidə möhkəmləndirildiyini və ölkəmizin strateji hədəflərinə doğru inamla addımladığını təsdiqləyir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Pensiyalar bu tarixdə ödəniləcək
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Qızılın qiymətində yeni göstəricilər
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Mehriban Rəhimliyə hökm oxundu
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi