"Artıq Paşinyan da yaxşı anlayır ki, kapitulyasiya aktı kimi sülh müqaviləsini də imzalamalı olacaq" - DEPUTAT
"Nikol Paşinyan anlamalıdır ki, gec-tez Azərbaycanın şərtləri əsasında hazırlanan sülh müqaviləsini imzalamalı olacaq".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, Nikol Paşinyan sonuncu açıqlamasında bildirib ki, növbəti görüşlərdə sülh müqaviləsi imzalana bilər:
"Artıq Nikol Paşinyan özü də yaxşı anlayır ki, sülh müqaviləsini imzalamaqdan başqa yolu yoxdur. Azərbaycan qonşu ölkələrlə daim sülh şəraitində yaşamaq istiqamətdə ciddi addımlar atıb. 44 günlük Vətən müharibəsində möhtəşəm zəfərə imza atsaq da yenə də Ermənistanla sülh müqaviləsinin bağlanması təşəbbüsü ilə çıxış edirik. Təəssüf ki, bunu Ermənistana aid etmək olmaz. Əksinə bu gün Ermənistan havadarlarının sifarişini yerinə yetirərək müxtəlif təxribatlarla regionda vəziyyəti gərginləşdirməyə çalışır. Lakin Nikol Paşinyan və onun havadarları anlamalıdır ki, Ermənistan sülh müqaviləsini ya könüllü, ya da məcburi qaydada imzalayacaq".
Deputat vurğulayıb ki, sülh müqaviləsindən imtina Ermənistanın bir ölkə kimi xəritədən silinməsinə səbəb olacaq:
"Sülh müqaviləsinin gecikdiyi hər ötən gün Ermənistanın zəyif iqtisadiyyatını daha da çöküşə aparacaq. Bilirsiniz ki, 44 günlük Vətən müharibəsindəki biabırçı məğlubiyyətdən sonra Ermənistan iqtisadiyyatı demək olar ki, çöküb və demoqrafik vəziyyəti pisləşib. İnsanların öz ölkəsinə olam inamı və sevgisi itib. Ermənistan vətəndaşları da xilas yolunu Azərbaycanla sülh müqaviləsinin imzalanmasında görür. Artıq Paşinyan da yaxşı anlayır ki, kapitulyasiya aktı kimi sülh müqaviləsini də imzalamalı olacaq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Pensiyalar bu tarixdə ödəniləcək
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Qızılın qiymətində yeni göstəricilər
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Mehriban Rəhimliyə hökm oxundu
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi