Azərbaycan XİN Ermənistan TŞ katibinə cavab verib

Azərbaycan XİN Ermənistan TŞ katibinə cavab verib"İyunun 8-də Ermənistanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryanın Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında çıxışı zamanı guya Azərbaycanın Ermənistanla sərhəddə və Laçın yolunda vəziyyəti gərginləşdirdiyi, güc tətbiqi siyasəti yürütdüyü, Qarabağ bölgəsində yaşayan erməni sakinlərə qarşı etnik təmizləmə həyata keçirmək niyyətində olduğu barədə səsləndirdiyi iddiaların heç bir əsası yoxdur və bu Ermənistan tərəfinin növbəti manipulyasiyasıdır".

BAKU.WS xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclası zamanı səsləndirdiyi iddialara cavabında bildirilib.

Qeyd edilib ki, Ermənistan tərəfinin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etmək əvəzinə erməni sakinlərin reinteqrasiyası kimi daxili məsələlərə müdaxilə cəhdlərinə hələ də son qoymaması bu ölkənin bölgədə sülh və sabitlikdə maraqlı olmadığını göstərir:

"Misal olaraq, Ermənistan Təhlükəsizlik Şurasının katibinə xatırladırıq ki, Ermənistan Üçtərəfli bəyanat çərçivəsində öhdəliklərinə zidd olaraq erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən tam olaraq hələ də çıxarmayıb və bu qüvvələrin Azərbaycan ərazisində mövcudluğu beynəlxalq hüququn bütün norma və prinsiplərinin pozuntusu olmaqla yanaşı, ciddi təhdid mənbəyidir.

Azərbaycanın Laçın sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinlərin Azərbaycan qanunvericiliyinə və müvafiq prosedurlara əməl etməklə hər iki istiqamətdə sərbəst şəkildə keçməsi bir daha göstərir ki, Ermənistanın reinteqrasiya prosesinə maneçilik cəhdləri uğursuzluğa düçar olub".

"Ermənistanı bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xələl gətirən təhlükəli ritorikadan çəkinməyə, əsassız yerə Azərbaycanı ittiham etmək, beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edirik", - XİN-in yaydığı məlumatda bildirilib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1272   Tarix: 08 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr