Kikboksinq üzrə altı qat dünya çempionu: "Peşəkar idmançı hər zaman səbirli olur"

Kikboksinq üzrə altı qat dünya çempionu: "Peşəkar idmançı hər zaman səbirli olur"Bir çox valideynlər uşaqlarının idmanla məşğul olmasını arzu edirlər. Həm sağlamlıq baxımından, həm də gələcəkdə tanınmış idmançı kimi yetişməsi üçün. Lakin bu arzusu yarımçıq qalan valideynlər də var. Sumqayıtda, Tağıyev qəsəbəsində 19 saylı məktəbdə azyaşlının idman zalında məşqçi tərəfindən döyülərək öldürülməsi olayının ölkə gündəmini necə silkələdiyini hamımız gördük. Bu hadisədən sonra idman məşqçiləri ilə bağlı cəmiyyətdə sanki bir inamsızlıq yaranıb.

Bu cür hadisələrin ölkəmizdə idman sahəsinə təsiri ilə bağlı peşəkar kikboksinq üzrə 6 qat dünya çempionu, əməkdar idman ustası Pərviz Abdullayev "Kaspi" qəzetinə müsahibəsində danışıb.

Həmin müsahibəni təqdim edirik:

- Pərviz bəy, tanınmış idmançı olaraq Sumqayıtda yaşanan olay sizə necə təsir etdi?

- Döyüşdə, rinqdə insan içindəki vəhşiliyi üzə çıxarır. Amma döyüşdən sonra biz dostuq. 7 yaşlı uşağın videosuna baxdığım zaman o vəhşilik məndə də üzə çıxdı. Həmin adama bəlkə də hər şey edə bilərdim. Çünki bir uşaqla, tələbə ilə davranış qaydası bu deyil. Uşağa vurmaqla heç nə öyrətmək olmaz. Bu, sadəcə psixoloji problemdir.

- İdmanın adının bu cür məsələlərdə hallanması nə dərəcədə düzgündür?

- Bu hərəkətləri edənlər peşəkar idmançı deyillər. Peşəkar nəticələr qazanmış idmançılar nə vaxtsa dava ediblər? Küçədə kimisə döyüblər? Bu, mümkün deyil. Peşəkar idmançı hər zaman səbirlidir, öz gücünə bələddir. Cəmiyyət də bilir ki, nəticə qazanmış idmançı heç vaxt küçədə dava etmir, əksinə, üzr istəyir. Mən həmişə ehtiyat edirəm, küçədə biri söz deyəndə üzr istəyirəm. Bilirəm ki, vursam həm mənə, həm o şəxsə problem olacaq. Bu gücü Allah verib. O demək deyil ki, küçədə kimisə döyməlisən. Bunu edənlər sadəcə, özünü göstərmək, yaxud nəyisə sübut etmək istəyənlərdir. Səbir etmək lazımdır. 100 peşəkar idmançıdan maksimum 1-i psixoloji problemlidir.

- Sizcə, cəmiyyətin hörmətindən sui-istifadə edən idmançılar varmı?

- Azərbaycanda idman, idmançı həmişə çox yüksək qiymətləndirilib. Amma idmançılar bəzən onlara göstərilən bu qayğıdan sui-istifadə ediblər. Məsələn, yol polisləri deyir ki, kimi saxlayırsan dünya çempionudur. Bu, Azərbaycan dövlətinin idmana və idmançıya verdiyi qayğıdan sui-istifadədir. Azərbaycanda kimə daş atırsan, dünya çempionudur (gülür).

- Belə sui-istifadə halları ölkədə idmanın gələcəyinə necə təsir edə bilər?
- Bu hadisələr idmanın inkişafına təbii ki, mənfi təsir edir. Məlum hadisədən sonra bir çox valideynlərin idmana güvəni azaldı. Valideynlər düşünür ki, görəsən belə halı bizim uşaqlar da yaşaya bilərmi? Onsuz da cəmiyyətdə belə fikir formalaşıb ki, idmançıdırsa, vəhşidir, özünü idarə edə bilmir. Belə hallar bu tezisi daha da gücləndirir. İdmançı küçədə kimisə döydü, qaziyə yumruq atdı, piyadanı vurdu. Bu xəbərlər normal idmana, idmançıya aid olan fikirləri də dəyişir. Cəmiyyətdə idmançıya qarşı başqa münasibət yaranır. Çempionluq, idmanda yüksəlmək istəyirsənsə, təbii ki, qətiyyətli olmalısan. Rinqdə hücum etməsən döyüşü uda bilməzsən. Mən dalaşqanam. Amma küçədə yox (gülür). Hər idmançının xasiyyəti fərqlidir. Elə idmançı var müdafiədə döyüşür. Mənə görə ən yaxşı müdafiə hücumdur. Hərə idmana bir fikirlə gedir. Mən müdafiə üçün yox, idmançı, məşhur olmaq üçün getmişəm. Məni idmana şöhrət aparıb. Uşaqlar var, çox istedadlıdır. Amma meyli küçəyə, davayadır. O uşaq məhv olur. Fikirləşmir ki, istedad sadəcə işin 20 faizidir, qalanı əziyyətdir.

- Valideynlərə uşaqlarını idmana qoymaqla bağlı hansı məsləhətləri verə bilərsiniz?

- Valideynlər öncə araşdırsınlar. Uşaqlarını apardıqları zalda məşq keçənlər kimlərdir? Oradan hər hansı çempion, tanınmış idmançı çıxıbmı? Və ya zalda kamera var, ya yoxdur? Bunlarla maraqlanmaq lazımdır. 2-3 dəfə məşqi izləməli, müəllimin davranışına baxmalıdırlar. Özünü müdafiə etmək, sağlam həyat yaşamaq üçün olsa da həm məşqçi, həm zal araşdırılmalıdır. Yaxşı idmançıdır, dünya çempionudur deyib də uşağı qoymaq olmaz. Məşqçinin heç öz nəticəsinin olmasına ehtiyac yoxdur. Şəxsi nəticələrinə deyil, tələbələrinə baxmaq lazımdır. Çünki əgər o zaldan normal bir idmançı çıxıbsa, deməli, müəllim doğru işləyir.

- Deyirsiniz ki, müəllimin öz nəticələri önəmli deyil. Amma insanlar düşünür ki, idmançıdırsa, daha yaxşı məşqçidir.

- Yaxşı idmançı yaxşı məşqçi olacaq deyə bir qanun yoxdur. Məsələn, Joze Mourinyo vaxtilə tərcüməçi olub, amma hazırda dünyanın ən yaxşı məşqçilərindəndir. Çox yaxşı məşqçilərimiz var ki, onlar idman karyerasında o qədər uğur qazana bilməyiblər. Mən yaxşı məşqçi ola bilmərəm. Uşaqla yaxşı danışa bilərəm, motivasiya verərəm, çünki bu yolları keçmişəm. Amma yaxşı məşqçi olmağa, uşaqla işləməyə səbir lazımdır. İnsanın uşaqla davranışı, ötürdüyü enerji önəmlidir. Onun qayğısına qalmaq, məşğul olmaq başqa bir şeydir. Bu, xarakterdən irəli gəlir.

- Siz müəyyən müddətdir ki, qardaş Türkiyədə yaşayırsınız. Orada idmançılara münasibətdə hansı fərqlər var?

- Türkiyədə idman dedikdə futbol yada düşür. Kollektiv idmanlara - basketbol, voleybol, futbola daha çox maraq var. Dünya çempionu dediyin zaman sənə əlçatmaz bir insan kimi baxırlar. Dünya çempionluğunun əziyyəti burada başqa cür qiymətləndirilir. Türk cəmiyyətinin gözündə başqa bir pillədəsən. Amma Azərbaycanda dünya çempionu o qədər ucuzlaşdırılıb ki, bəzi insanlar eşidəndə "hə də, dünya çempionusan" deyir.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1536   Tarix: 11 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"UFC Fight Night Baku": Fərman Həsənov amerikalı rəqibini məğlub etdi

Bakıda keçirilən "UFC Fight Night Baku" turnirində növbəti təmsilçimiz oktaqona çıxıb. xəbər verir ki, yarımorta çəki dərəcəsində təmsilçimiz Fərman Həsənov (77.33 kq) ABŞ təmsilçisi Erik Nolanla (77.33 kq) qarşılaşıb. O, ABŞ-dən olan rəqibinə hakimlərin yekdil qərarı nəticəsində qalib gəlib

27 iyun
.

ABŞ hökuməti İran millisindən matçdan dərhal sonra ölkədən çıxmağı tələb etdi

ABŞ hökuməti İran milli futbol komandasının oyunçularından DÇ-2026-da qrup mərhələsinin son turunda Misir yığması ilə matç başa çatan kimi ölkəni dərhal tərk etməyi tələb edib. xəbər verir ki, bunu iyunun 27-də İran millisinin baş məşqçisi Əmir Qalenoi "RIA Novosti" agentliyinin sualını cavablandırarkə

28 iyun
.

Messi, yoxsa Salah? - Argentina Misirə qarşı

Son dünya çempionu Argentina millisi bu gün mundialda 1/8 finala çıxacaq. "Qafqazinfo" xəbər verir ki, cənubi amerikalılar Misirlə qarşılaşacaq. Bu görüş həm də argentinalıların kapitanı Lionel Messi və misirlilərin ulduzu Məhəmməd Salah arasında mübarizə baxımından maraqlı olacaq. Matç Bak

7 iyul
.

Sevgilisi Ronaldonun neçə yaşadək oynayacağını açıqladı

Georgina Rodriqez futbol ulduzu Kriştiano Ronaldonun 41 yaşında belə yüksək səviyyədə çıxış etməsinin sirrindən danışıb. -ın xəbərinə görə, Rodriqez sosial şəbəkədə yazıb ki, Ronaldonun futbola olan sevgisi və motivasiyası tanış olduqları ilk gündə necə idisə, bu gün də eynidir. "İnanılmazdır ki

28 iyun
.

DÇ-2026: Fransa darmadağınla 1/8 finalda

Futbol üzrə dünya çempionatında Fransa İsveçi məğlub edib. Qaynarinfo-nun məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən 1/16 final mərhələsinin matçında fransızlar 3:0 hesablı qələbəyə seviniblər. Baş məşqçi Didye Deşamın rəhbərlik etdiyi kollektivdə 45 və 74-cü dəqiqələrdə Kilian Mbapp

1 iyul
.

"Qarabağ"dan ayrılan futbolçu İtaliya A Seriyasında?

"Qarabağ"dan ayrılan qanalı futbolçu Emmanuel Addai karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Qaynarinfo İtaliya mətbuatına istinadən xəbər verir ki, "Leççe" qanalı forvardla danışıqlar aparır. Klub rəhbərliyi yeni mövsüm öncəsi hücum xəttini gücləndirmək üçün Addain

1 iyul
.

Erve Renar Tunis millisi ilə vidalaşdı

Fransalı mütəxəssis Erve Renar futbol üzrə Tunis millisinin baş məşqçisi vəzifəsindən ayrıldığını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Instagram" hesabında paylaşım edib. Erve Renar Tunis millisinə dünya çempionatının qrup mərhələsinin ilk turundan sonra - iyunun 16-da baş məşqçi təyi

5 iyul
.

Elvin sabahkı matçda oynayacaq? - Açıqlama

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevin sabah Avroliqa matçında "Vestri"yə qarşı matçda meydana çıxıb-çıxmayacağı ilə bağlı sualı cavablandırıb. "Qafqazinfo" xəbər verir ki, o, müdafiəçinin meydana çıxa biləcəyini istisna etməyib:. "Elvin bizi

8 iyul
.

Klopp Almaniya yığmasının baş məşqçisi olacaq

Almaniyalı mütəxəssis Yurgen Klopp futbol üzrə Almaniya millisinə rəhbərlik edəcək. "Report" xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsindəki səhifəsində bildirib. Onun sözlərinə görə, uzunmüddətli müqavilənin detalları hələ müzakirə olunur, lakin prinsipia

5 iyul