Hakimin lift düyməsini qırmasının səbəbi məlum oldu - YENİLƏNİB + FOTO/VİDEO
Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovun "Yeni Həyat" yaşayış kompleksində liftin idarəetmə lövhəsindəki hissəni qırmasının təfərrüatı üzə çıxıb.
Z.Bağırovun yaxınları "Qafqazinfo"ya bildirib ki, o, 15 günə yaxındır ki, səhhəti ilə əlaqədar bülletendədir və hadisə onun işdə olmadığı müddətdə baş verib.
Bildirilib ki, Z.Bağırovun yaşadığı yaşayış kompleksinin liftinin fəaliyyəti komendantlığın qərarı ilə bir müddət əvvəl dayandırılıb. Bir qrup sakinin təyin olunmuş kommunal ödənişləri etməməsi səbəbindən bina rəhbərliyi təzyiq vasitəsi kimi lifti söndürüb. Buna etiraz olaraq kommunal ödənişi edən sakinlər Xətai Rayon Məhkəməsinə müraciət ediblər. Məhkəmə liftin fəaliyyətinin kommunal borca görə dayandırılmaması ilə bağlı qətnamə çıxarıb. Bundan sonra Z.Bağırov, eləcə də digər sakinlər məhkəmə sənədini komendantlığa təqdim etsələr də, liftin fəaliyyəti bərpa edilməyib. Nəhayət, Z.Bağırov əsəbi şəkildə liftə daxil olaraq idarəetmə panelinə ziyan vurub.
Vəkil Hikmət Əliyev bildirib ki, ümumiyyətlə, həmin binaya girişlə bağlı qanunsuz müdaxilələrə görə, başqa şikayətlər də var. Hazırda həmin şikayətlər üzrə də məhkəmə çəkişmələri davam edir.
13:22
Bakıda yaşayış komplekslərindən birində binanın liftinin düymələri qoparılıb.
Bu barədə məlumatı sosial şəbəkələrdə Haqqın.az xəbər portalının baş redaktoru Eynulla Fətullayev paylaşıb.
O qeyd edib ki, hadisə şəhərin mərkəzində, "Yeni Həyat" yaşayış kompleksində qeydə alınıb.
"Rüsvayçı hadisəni Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Rəşid oğlu Bağırov törədib. O, sakinlərin liftini qırıb. Buna nə ad verəsən? Bu nə vəhşilikdir? Dövlət, Milli Məclis, Məhkəmə-Hüquq Şurası dərhal bu hadisəyə reaksiya verməlidir. Bu psixi xəstəyə insan talelərini necə etibar etmək olar?", - deyə jurnalist paylaşımında qeyd edib.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3988 Tarix: 12 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şagird və müəllimlər üçün ŞAD XƏBƏR - Bakı, Quba, Siyəzəndə...
Respublika üzrə bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin aparılması nəzərdə tutulur. -in məlumatına görə, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən bununla bağlı satınalma prosesi həyata keçirilir. İşlər üçün ehtimal oluna
7 oktyabrMaye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər
7 oktyabr"Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb" - Misir Mərdanov
"Elə bir ölkə yoxdur ki, onun təhsil sahəsində problemi olmasın. Mən işləyən dövrdə də olub, bu gün də var, gələcəkdə də olacaq. Ancaq fikrimcə, təhsildə ən ciddi problemlərdən biri müəllimlərin əməkhaqqı məsələsi idi". Qaynarinfo xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində keçmiş təhsi
6 oktyabrBakının altı rayonunda su niyə hələ də verilməyib?
Oktyabrın 6-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacağı ilə bağlı məlumat verilib. Suyun verilişini
7 oktyabrPsixotrop dərman iddiası olan bağçanın direktoru işdən çıxarıldı - Yenilənib
Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasının direktoru Elnurə Əliyeva vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Hazırda onun vəzifəsinin müvvəqqəti olaraq başqasına tapşırıldığı bildirilir. *. Bakı Şəhəri üzrə Təhsil idarəsindən (BŞTİ) "Qafqazinfo"y
7 oktyabrAqşin Fatehə ağır itki
Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!
7 oktyabr