Paşinyan Filippin prezidentini müstəqillik günü münasibətilə təbrik edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Filippin Respublikasının prezidenti Ferdinand Romualdez Markosa milli bayram münasibətilə təbrik məktubu göndərib.
Sonxeber.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
"Zati-aliləri, Filippin Respublikasının milli bayramı, Müstəqilliyinin 125-ci ildönümü münasibətilə sizi və dost Filippin xalqını Ermənistan Respublikası Hökuməti adından təbrik edirəm. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Ermənistan və Filippin arasında diplomatik münasibətlər qurulandan bəri iki ölkə arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli platformalarda müntəzəm surətdə inkişaf edib.Əminəm ki, birgə səylərlə biz iki ölkə xalqlarının rifahı naminə Ermənistan və Filippin arasında qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin daha da inkişafına və dərinləşməsinə töhfə verəcəyik.Sizə möhkəm cansağlığı və yeni uğurlar, dost Filippin xalqına firavanlıq və sülh arzulayıram", - deyə Paşinyan bildirib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1081 Tarix: 12 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA
"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi
18 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrTariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabr