Yol polisindən "Son zəng"lə bağlı valideynlərə müraciət
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) "Son zəng" tədbirlərində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı valideynlərə müraciət edib.
BDYPİ-dən Sonxeber.az-a daxil olan müraciətdə deyilir:
"Əziz müəllimlər, valideynlər və şagirdlər!
Son illərin təcrübəsi göstərir ki, bəzən şagirdlər "Son zəng" günü valideynlərinə və ya qohumlarına məxsus nəqliyyat vasitələrindən istifadə edərək əyləncə təşkil etmək məqsədilə sükan arxasına əyləşirlər. Lakin, unutmaq olmaz ki, avtomobilin onu idarə etmək hüququ olmayan yeniyetməyə könüllü təqdim edilməsindən və ya sahibinin icazəsi olmadan ələ keçirilməsindən asılı olmayaraq, belə hallara yol verilməsi olduqca təhlükəli əməldir.
Odur ki, ilk növbədə avtomobilini sürücülük hüququ olmayan övladına etibar edən valideynlərə səslənirik. Xatırladırıq ki, belə hallar ciddi qayda pozuntusudur və inzibati məsuliyyət yaradır. Çox təəssüf ki, bəzən bu cür səhlənkarlığa yol verən valideynlərə rast gəlinir ki, nəticədə həm ayrı-ayrı ailələr, həm də cəmiyyətimiz üçün ağır faciələr yaşanır.
Əziz məzunlar, yaddan çıxarmayın ki, sizin gələcək həyatınızda hər bir uğurunuz valideynləriniz və bizim üçün çox vacibdir. Yol hərəkəti qaydalarına əməl etməklə siz, doğmalarınızın və başqalarının həyatına da dəyər vermiş olursunuz.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1237 Tarix: 13 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azər Aydəmirə yeni vəzifə verildi
Aktyor Azər Aydəmirə yeni vəzifə verilib. OLAY yazır ki, aktyor Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni tərkibdə formalaşan İdarə Heyətinin üzvü seçilib. Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi ilə bağlı protokollaşdırılan və təsdi
7 oktyabrNoyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin
8 oktyabrNigar Camal heyvanlara zülm edənlərə dair: "Cəzalar artırılmalıdır"
Nigar Camal heyvanlara qarşı amansız rəftara görə tətbiq olunan cəzaların sərtləşdirilməsini tələb edib. "Yeni Sabah" xəbər verir ki, o, hamilə itin öldürülməsi ilə bağlı paylaşımında cərimələrin ən azı 3-5 dəfə artırılmalı olduğunu vurğulayıb. Müğənni qeyd edib ki, itin bətnində ən azı 6 bal
6 oktyabrSəbuhi Əliyevə vəzifə verildi
Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa
8 oktyabrBakının altı rayonunda su niyə hələ də verilməyib?
Oktyabrın 6-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacağı ilə bağlı məlumat verilib. Suyun verilişini
7 oktyabrPsixotrop dərman iddiası olan bağçanın direktoru işdən çıxarıldı - Yenilənib
Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasının direktoru Elnurə Əliyeva vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Hazırda onun vəzifəsinin müvvəqqəti olaraq başqasına tapşırıldığı bildirilir. *. Bakı Şəhəri üzrə Təhsil idarəsindən (BŞTİ) "Qafqazinfo"y
7 oktyabr