"Türkiyə tərəfinin istəyi olarsa, Ermənistan münasibətləri normallaşdırmağa hazırdır"-Ermənistan Parlamentinin spikeri
Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib ki, Türkiyə tərəfinin istəyi olarsa, Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır.
Sonxeber.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
"Türkiyə tərəfi istəsə, hər zaman səbəblər gətirə bilər. Nemezida heykəli olmasa, başqa bir şey. Şəxsən mən Nemezida heykəlinin ucaldılmasını səhv hesab edirəm, çünki bu, dövlət siyasəti xətti deyil və ola da bilməz, amma yenə deyirəm, bu, Türkiyə üçün sadəcə bir bəhanə idi. Bayaq dedim ki, Türkiyəyə getməmək üçün milyonlarla səbəb tapa bilərdim. Əgər Türkiyədən iradə varsa və məndə belə bir təəssürat yaranıbsa, biz buna hazırıq, hətta böyük tənqiddən də keçməyə, lakin erməni xalqına davamlı sülh gətirməyə hazırıq", - deyə Simonyan bildirib.
O əlavə edib ki, Baş nazir Nikol Paşinyanın prezident Ərdoğanın andiçmə mərasimi üçün Türkiyəyə səfəri çox yaxşı keçdi. Onun sözlərinə görə, Ermənistanın baş naziri diqqət mərkəzində olub.
"Deyə bilərik ki, səfər əsas hadisələrdən biri olub", - deyə spiker Simonyan bildirib.
Qeyd edək ki Ermənistanda Nemezida abidəsinin ucaldılması Türkiyənin etirazına səbəb olmuşdu. Nemezida tanınmayan erməni soyqırımını törədən Osmanlı rəsmilərinə qarşı təşkil olunmuş sui-qəsd hərəkatıdır.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb