"İyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan dövləti böhrandan xilas oldu" - Deputat

"İyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan dövləti böhrandan xilas oldu" - Deputat"1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan dövləti böhrandan xilas oldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. İyunun 24-də isə Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. 15 iyun tarixi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış bir gün oldu - Milli Qurtuluş Günü".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a deyib.
"İyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan dövləti böhrandan xilas oldu" - DeputatO qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi, ölkədə qayda-qanun bərpa olundu, güclü ordu quruculuğunun təməlini qoydu.
Ölkəmizdə qanunsuz silahlı birləşmələrin dövlət çevrilişi cəhdlərinə son qoyuldu:

"Ulu öndər Heydər Əliyev 1987-ci ilin oktyabrında SSRİ rəhbərliyinin, şəxsən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Mixail Qorbaçovun yarıtmaz siyasətinə etiraz əlaməti olaraq SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsindən istefa verdi. Bundan istifadə edən Qorbaçovun ətrafındakı ermənilər keşmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə bağlı məsələ qaldırmağa başladılar. Ulu öndər Heydər Əliyev siyasi hakimiyyətdə olduğu zaman erməni millətçiləri bu cür çirkin əməllərə əl atmağa cürət etməzdilər.
Azərbaycan XX əsrin sonlarında ikinci dəfə müstəqillik qazansa da bu müstəqilliyimizi istər daxildə, istərsə də xaricdə istəməyən güclü qüvvələr var idi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızı işğal etməsi, eləcə də daxildəki siyasi qüvvələrin hakimiyyət uğrunda çəkişmələri dövlətimizi tamamilə zəiflətmiş, məhv olmaq təhlükəsi yaratmışdır. 1992-ci ildə AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlməsi ilə Azərbaycanda siyasi-iqtisadi böhran daha da dərinləşdi. Hakimiyyətin başında duran insanların səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması nəticəsində Azərbaycanda qanunsuz silahlı dəstələr yarandı. Məhz bu səriştəsizliyin və ölkədə baş alıb gedən hərc-mərcliyin nəticəsində regionlarda separatçılıq, parçalanma meyilləri baş qaldırdı. Ölkəmizdə vəziyyət qarşısıalınmaz bir həddə gəlib çıxmışdır. Hakimiyyətdə yüksək post tutan bir çox məmurlar özlərinə silahlı dəstələr yaratmışdılar. Respublikamızda vətəndaş müharibəsi təhlükəsi yaranmış və qardaş qırğını törədilmişdir.
Hakimiyyətdə olan AXC-Müsavat cütlüyü baş verən bu hadisələrin qarşısında acizlik göstərirdi, yalnız hakimiyyətdə qalmaq haqqında düşünürdülər. Xalq acınacaqlı vəziyyətə düşmüşdü. Xarici siyasətdə də böyük uğursuzluqlar hökm sürürdü. Qonşu ölkələrlə münasibətlər korlanmış, Azərbaycan dünyadan təcrid olunmuş vəziyyətdə idi. Dünya dövlətləri ilə iqtisadi-siyasi əlaqələr tamamilə dağıdılmışdır. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə Azərbaycanda baş alıb gedən anarxiya, xaos, özbaşınalıq nəticəsində iqtisadiyyat tamamilə çökmüş, torpaqlarımız ermənilər tərəfindən işğal edilirdi.
Azərbaycan dövlətinin əsl müstəqilliyi, suverenliyi, bir dövlət kimi inkişaf etməsi Qurtuluş Günündən başladı.
Azərbaycan xalqının erməni təcavüzünə son qoyacaq, əhalinin sosial vəziyyətini yaxşılaşdıracaq, ölkəni vətəndaş müharibəsindən xilas edəcək, öz xalqını, dövlətini sevən bir Liderə ehtiyacı var idi. Xalq inanırdı ki, ölkəni bu ağır günlərdən xilas edəcək və dövlətin suverenliyini bərpa edə biləcək yeganə şəxsiyyət Heydər Əliyevdir. Xalqımız güclü bir dövlət qurmaq üçün dahi şəxsiyyət olan Heydər Əliyevin ətrafında sıx birləşməyin vacib olması barədə müdrik bir qərar verdi. 1993-ci il iyunun 9-da Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının çağırışına səs verərək Bakıya qayıtdı. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqını yaşanacaq daha böyük bəlalardan xilas etdi. Ümummilli lider Heydər Əliyevin qayıdışı ölkəmizin, xalqımızın taleyində dönüş günü oldu, böyük inkişafa, gözəl gələcəyə doğru addım atıldı.
1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan dövləti böhrandan xilas oldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. İyunun 24-də isə Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. 15 iyun tarixi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış bir gün oldu - Milli Qurtuluş Günü. 1997-ci ilin iyun ayında Milli Məclis 15 iyun gününü bayram günü elan etmişdir. Heydər Əliyevin adı Azərbaycan tarixinə Vətəninin, xalqının xilaskarı kimi yazıldı. Məhz ulu öndər Heydər Əliyev Azərbaycanda vətəndaş həmrəyliyini yaratdı, eləcə də dövlətimizdə sabitliyin, əmin-amanlığın bərqərar olmasına nail oldu. Ulu öndər Heydər Əliyevin arzusu Azərbaycan dövlətini bütöv görmək idi. Ümummilli lider Heydər Əliyev məcburi köçkünlərlə görüşlərində işğalda qalan torpaqlarımıza mütləq dönəcəyimizi qətiyyətlə vurğulayırdı. Ulu öndərin yeritdiyi siyasi-iqtisadi siyasətin başında işğal altında olan torpaqlarımızın işğaldan azad edilməsi dururdu. Ulu öndər Heydər Əliyev hər zaman "Biz bu torpaqlarsız yaşaya bilmərik"-deyirdi.
Azərbaycan xalqının Heydər Əliyevə olan tükənməz inamı, Heydər Əliyev şəxsiyyətinin qüdrəti, əzəməti, ulu öndərin öz xalqına sevgisi və məhəbbəti nəticəsində bugünkü güclü Azərbaycan dövləti formalaşmışdır.
Ulu öndər Azərbaycanı parçalanmaqdan xilas etdi, ölkədə qayda-qanun bərpa olundu, güclü ordu quruculuğunun təməlini qoydu.
Ölkəmizdə qanunsuz silahlı birləşmələrin dövlət çevrilişi cəhdlərinə son qoyuldu. İlk parlament seçkiləri keçirildi, Konstitusiya qəbul edildi. Azərbaycanın dünyaya inteqrasiya olunmasına, eləcə də ölkədə iqtisadi və siyasi islahatlara başlanıldı və çoxpartiyalı bir sistem yaradıldı. Ulu öndər Heydər Əliyevin sayəsində Qarabağ müharibəsində atəşkəsə nail olundu. Atəşkəsə nail olunduqdan sonra Azərbaycanın iqtisadi inkişafının əsası qoyuldu və qələcəkdə böyük Qələbəmizin qazanılması üçün şərait yaradıldı. Neft konkraktlarının imzalanması ilə Azərbaycan dövləti sürətli və dayanıqlı iqtisadi inkişaf yoluna qədəm qoydu. Məhz ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində gördüyü işlərin nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordu sırasında yer alır. Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi şücaət, xüsusilə Şuşanın işğaldan azad edilməsi uğrunda həyata keçirilən hərbi əməliyyat bir çox dünya ölkələrinin ordularında öyrənilir. Əminliklə söyləyirik ki, ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın banisi və memarıdır. Ümummilli lider Heydər Əliyev bütün həyatını canından çox sevdiyi Vətəninə, xalqına həsr etmişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlətimizin inkişafı və tərəqqisi üçün alternativi olmayan Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan dünyada öz gücünü və nüfuzunu durmadan artırmaqdadır. Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bütün dünyaya Azərbaycanı Qalib bir dövlət, Azərbaycan xalqını isə qəhrəman bir xalq kimi tanıtmaqla yanaşı ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi. Ulu öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı azad görmək idi. Artıq işğaldan azad edilmiş bu torpaqlarımızda misli görünməmiş quruculuq və abadlıq işləri aparılır. İşğaldan azad edilmiş bu torpaqlarımıza Böyük Qayıdış prosesi başlamışdır. Keçmiş məcburi köçkünlərimizin bir hissəsi öz doğma ocaqlarına geri qayıdıblar. Prezident cənab İlham Əliyev Qarabağı, Zəngəzuru bütün dünyanı heyrətləndirəcək cənnət bir məkana çevirəcək".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1277   Tarix: 15 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr