"İran və ABŞ qeyri-rəsmi danışıqlar aparır" - İranlı deputat
İranlı deputat Fədahüseyn Maliki Tehranla Vaşinqton arasında qeyri-rəsmi danışıqların aparıldığını və dolayısı ilə aparılan danışıqların bəzilərində nəticəyə gəlindiyini bildirib.
Sonxeber.az xəbər verir ki, Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Maliki İran dövlət televiziyasına bağlı Gənc Jurnalistlər Klubuna müsahibəsində İran və ABŞ arasında müxtəlif mövzularda dolayı və birbaşa danışıqların aparıldığını deyib.
"Amerikalılarla vasitəçilər vasitəsilə aparılan danışıqların bəziləri uğurlu oldu. Bizim ABŞ ilə də birbaşa danışıqlarımız var, lakin bu danışıqlar rəsmi deyillər",- deyə Maliki bildirib.
İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani ilə Ağ Evin İran üzrə xüsusi nümayəndəsi Robert Mallinin ABŞ-da bir neçə dəfə görüşməsi və danışıqlarda mühüm irəliləyişin əldə olunması ilə bağlı iddialar son vaxtlar beynəlxalq mediada yer alıb. İran mediası isə Omanda İran və ABŞ arasında dolayı danışıqlar aparıldığını açıqlayıb.
Ötən gün İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ABŞ-la dolayı danışıqlar apardıqlarını təsdiqləyib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1344 Tarix: 15 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrPrezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabr